QƏMƏR ALMASZADƏ

Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) Azərbaycan balerinası, SSRİ Xalq artisti (1959).

Qəmər Almaszadə (Tamara ləğəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi və mama ailəsində anadan olub. Uşaqlıqda baletlə məşqul olan dostu onda bu sənətə maraq oyandırdı. Mühafizəkar müsəlman atasından gizli olaraq Almaszadə dostunun məsləhəti ilə özəl balet studiosuna yazıldı (daha sonra studio Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdi). Atasına baletlə yox, idmanla məşqul olduğunu inandırmışdı. Lakin bir neçə ildən sonra sirrin üstü açıldı. Qəmərin atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlirdi və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünürdü.

1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil oldu. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçildi. 1933-də indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyurdu. 1936-da ali məktəbi bitirib Bakıya qayıtdı. 1937-də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əsasını qoydu. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplamışdır. 1939-da Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini dedi. Daha sonra həmin məktəbin direktoru oldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını etdi. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-da Bağdada İraq Xalq Rəqsləri ansamblını qurmaq üçün dəvət olunmuşdu. 1950-ci illərdə baleti tərk etsə də, 1990-ci illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışmışdır.

 

İfa etdiyi rollar:

1931-ci il - Tao Xoa. R. Qlier. "Qırmızı lalə".

1936-cı il - Medora. A. Adan. "Korsar".

1939-cu il - Mariya. B. Asafyev. "Baxçasaray fontanı".

1940-cı il - Gülyanaq. Ə. Bədəlbəyli. "Qız qalası".

1943-cü il - Raymonda. A. Qlazunov. "Raymonda".

1945-ci il - Odetta-Odilliya. R. Çaykovski. "Qu gölü".

1945-ci il - Kitri. L. Minkus. "Don Kixot".

1949-cu il - Maşa. P. Çaykovski. "Şelkunçik".

1950-ci il - Gülşən. S. Hacıbəyov. "Gülşən".

1952-ci il - Ayşə. Q. Qarayev. "Yeddi gözəl".

Qəmər Almaszadənin quruluş verdiyi əsərlər:

1939-cu il - Ə. Bədəlbəyli. "Tərlan" (Xoreoqrafiya məktəbi).

1948-ci il - Ə. Bədəlbəyli. "Qız qalası".

1949-cu il - İ. Morozov. "Doktor Aybolit".

1949-cu il - S. Hacıbəyov. "Gülşən".

1951-ci il - S. Hacıbəyov. "Gülşən" (SSRİ Dövlət mükafatına layiq görülüb. Yeni redaksiya).

1951-ci il - B. Asafyev. "Baxçasaray fontanı".

1952-ci il - Q. Qarayev. "Yeddi gözəl".

1954-ci il - R. Qlier. "Qırmızı lalə".

1955-ci il - P. Çaykovski. "Yatmış gözəl".

1956-cı il - A. Kreyn. "Laurensiya".

1957-ci il - B. Zeydman. "Qızıl açar".

1958-ci il - Ə. Bədəlbəyli. "Qız qalası" (yeni redaksiya).

1959-cu il - R. Driqo. "Arlekinada".

1959-cu il - S. Hacıbəyov. "Gülşən" (yeni redaksiya).

1959-cu il - C. Cahangirov. "Məhsul" süitası (Qəmər xanım bu əsərin solo hissəsini Moskvada, Böyük Teatrın səhnəsində ifa etmişdir. Bu onun səhnədə son rəqsi idi. Həmin il sənətkar SSRİ xalq artisti adına layiq görülür).

1961-ci il - A. Adan. "Jizel".

1963-cü il P. Çaykovski. "Qu gölü".

1965-ci il - Ə. Abbasov. "Qaraca qız".

1968-ci il - F. Əmirov. "Şur".

1973-cü il - L. Minkus. "Don Kixot.

1974-cü il - C. Cahangirov. "Şənlik rəqsi" (konsert süitası).

1977-ci il - Ə. Bədəlbəyli. "Qız qalası" (Yeni redaksiya).

Qəmər Almaszadənin operalarda ifa etdiyi rəqslər:

S. Quno. "Faust".

M. Musorqski. "Boris Qodunov".

A. Borodin. "Knyaz İqor".

C. Verdi. "Aida".

Ü. Hacıbəyov. "Leyli və Məcnun", "Koroğlu".

M. Maqomayev. "Şah İsmayıl".

R. Qlier. "Şahsənəm".

 

<< Geri