RAFİQ ATAKİŞİYEV |
R.Atakişiyev 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq"
fakültəsini bitirmişdir. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında əmək
fəaliyyətinə başlayaraq baş rejissor kimi teatrın yaradıcılarından biri
olmuşdur. 1976-1978-ci illərdə Moskva şəhəri Mayakovski adına Akademik
Dram Teatrında rejissor-stajiyor işləmişdir. 1978-ci ildən 1989-cu ilə
qədər Musiqili Komediyya Teatrında quruluşçu rejissor işlədiyi müddətdə
O.Kazımovun "Qızıl toy", E.Sabitoğlunun "Nəğməli Könül",(Azərbaycan
bölməsi) Kolkar "Nəsrədinin Bağdada səyahəti"Ofentaxın "Fransız qonaq"
və sair quruluşları olmuşdur. 1978-90-cı illərdə teatrla yanaşı
İncəsənət və Mədəniyyət Universitetində əvvəl baş müəllim, dossent kimi
pedoqoji fəaliyyəti ilə məşğul olmuşdur.O,teatr sənətçilərinə həsr
olunmuş (T.Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya), "Rejissor
teatra gəlir"və sair çox saylı kitabların müəllifidir. 1990-ci ildən
1999-cı ilər Akademik Milli Dram Teatrında Sərəncamçı direktor
işləmişdir. 1999-2005-ci illər Gənc tamaşaçılar teatrında quruluşçu
rejissor işləmişdir. 1999-cu ildən hal-hazıra kimi Gəncə Dövlət Dram
Teatrının bədii rəhbər direktoru vəzifəsində çalışır. R.Atakişiyevin
təşəbüssü və rəhbərliyi ilə teatrın nəzdində gənc aktyorların
yetişdirilməsi üçün ictimai əsaslarla aktyor studiyyası təşkil olunmuş
və həmin studiyanın məzunlardan bir çoxu teatrın truppasında çalışırlar.
R.Atakişiyev C.Cabbarlının "Oktay Eloğlu", İ.Əfəndiyevin "Mahnı dağlarda
qaldı" Bukovçanın "Qana-Qan" və H. Cavidin "Afət" və sair son illərdə
hazırladığı quruluşlardır.
|