|
Pantomim - (pantomim) ən sadə izahatıyla “sözsüz teatr” tamaşasıdır.
Nümayiş sənətlərindən biridir. Qısaca "mim" olaraq da ifadə edilə bilər.
Pantomimdə sənətçi üz mimikalarından, əl-qol və bədən hərəkətlərindən istifadə edərək mövzunu izah etməyə çalışır. Bir mənada “pantomim” universal teatr dili olaraq qəbul edilir. Teatrın bu növünün əsas üstünlüklərindən biri də onun beynəlxalq dilə malik olmasıdır. Dövlət Pantomim Teatrı 16 may 1994-cü ildə Respublikanın mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. Dövlət Pantomim Teatrı (DPT) Azərbaycan teatr tarixində ilk pantomim teatrıdır. Azərbaycanda pantomim teatrının əsasını qoyan əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir. Truppa indiyədək bu tamaşaları hazırlamışdır: “Ümid” -Ş.Bekket /”Bir
aktyor üçün mim”/ - pantomim, “Pantomim buketi” - B.Xanızadə - pantomim,
“Karol xofu” - S.Mrojek – eksperimental tamaşa, “Gəldim ki, olam ğəmin
hərifi” - M.Füzuli “Leyli və Məcnun” poeması əsasında – pantomim balet,
“Şəngül, Şüngül, Məngül” - M.Musabəyov – divertisment –tamaşa, “Manqurt”
-Ç,Aytmatov /”Gün var əsrə bərabər” povestinin motivləri əsasında/ -
pantomim, “Dulusçu” - Ü.Hacıbəyov /”Biz nə tövr iş görürük?” fleytonu
əsasında/- pantomim, “Zibillik pərvanələri” - B.Xanızadə - pantomim,
“Eşq” - B.Xanızadə (V.Şekspirin sonetləri əsasında plastik düşüncə),
“Balaca şahzadə” - Antuan de Sent Ekzüperi –nağıl –tamaşa, “Maska” -
Zaur Zeyanlov – pantomim, “Çərçivə” - Ə.Abdulayev – pantomim, “Dejavü” -
S.Hacıyeva – pantomim və s.
|