E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR TÜRKSOY HAQQINDA


Mən TÜRKSOY Təşkilatının yeni toplantısının iştirakçılarını salamlayıram və burada – Azərbaycanda hamınıza uğurlu fəaliyyət arzulayıram. Türkdilli dövlətlər birliyi əmələ gələndən sonra bizim təşkilatlar içərisində ən irəli getmiş qurumlardan biri TÜRKSOY-dur. TÜRKSOY hamını birləşdirir. Ona görə biz sizin təşkilata çox diqqət yetirir, əhəmiyyət veririk. Biz dövlət başçıları olaraq, türkdilli dövlət başçılarının toplantılarında birinci növbədə mədəni əlaqələri inkişaf etdirmək məsələsini qoyuruq. Təbiidir, iqtisadi əməkdaşlığın, insani əlaqələrin inkişaf etdirilməsi məsələləri də vardır. Bunların hamısı vardır. Ancaq bunların hamısının kökündə mədəniyyət, dil, bizim adət-ənənələrimiz durur. Bizi bir-birimizə bağlayan nədir? Dilimizin kökü. Milləti yaşatmaq üçün dilimizi qorumalıyıq. Biz dilimizə görə eyni kökdən gəlmiş xalqlarıq. İkincisi, bizim müştərək mədəniyyətimiz, ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar əsrlər boyu türkdilli xalqları bir-biri ilə bağlayıb, birləşdirib, yaxınlaşdırıbdır. Mədəniyyət sahəsində TÜRKSOY sayəsində sizin işləriniz bizimkindən də yaxşı gedir. Ona görə də mən sizi təbrik edirəm.

HEYDƏR ƏLİYEV

Ümummilli Lider


Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Türk dövlətləri birliyinin möhkəmləndirilməsində mədəniyyətin başlıca rolu var. Bu faktı nəzərə alan Ümummilli lider Heydər Əliyevin TÜRKSOY-un yaradılmasında əvəzsiz xidmətləri olub. Türk dünyası birliyinin təmin olunması, mədəni əlaqələrin genişləndirilməsi, türk dövlətlərinin inteqrasiyası, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi Heydər Əliyevin ən ümdə məqsədlərindən biri idi. Artıq 30 ildir fəaliyyət göstərən TÜRKSOY bu gün beynəlxalq aləmdə nüfuzlu təşkilata çevrilib. Qurum səmərəli fəaliyyəti ilə xalqlarımızın tarixi-mədəni köklərinə bağlı qalmasına və qarşılıqlı inteqrasiya proseslərinə davamlı töhfələr verməkdədir.

 

ADİL KƏRİMLİ

Azərbaycan Respublikasının Mədəniyyət naziri


TÜRKSOY hazırda türk dünyasının tarixdə ilk dəfə yaşadığı mədəni diplomatiyanın böyük bəhrəsini dadmaqdadır. müasir dövrdə bütün dünyanın - xalq və ölkələrin, hətta bütün icmaların mədəni diplomatiyaya ehtiyacı vardır. bu diplomatiyanın özəlliyi onun heç bir tərəfə zərər vurmaması, insanlara, xalqlara, ölkələrə və dövlətlərə yalnız və yalnız fayda gətirməsidir. Əminliklə deyə bilərik ki, TÜRKSOY-un tarixə gətirdiyi bu strategiya əsrlərlə yaşayacaq, daha böyük faydalar verəcək, araşdırılacaq, tətbiq ediləcək və bu təcrübədən bəhrələr əldə olunacaqdır.

NİZAMİ CƏFƏROV

Akademik


Əsası 1993-cü ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin Mədəniyyət nazirlərinin birinci görüşü zamanı qoyulan TÜRKSOY təşkilatının əsas məqsədi türdilli xalq və ölkələr arasında dost münasibətlərin və qarşılıqlı anlaşmanın qurulması, türkdilli xalqların ədəbiyyat, mədəniyyət və incəsənətinin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi, öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyyatının mədəniyyətinin yeni nəsil tərəfindən öyrənilməsinə dəstək olmasıdır.

 

KƏRİM TAHİROV

Azərbaycan Milli Kitabxanasının

direktoru, professor


TÜRKSOY-un əsas hədəfləri sırasında türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələrin inkişafı, türk mədəniyyəti nümunələrinin araşdırılması, öyrənilməsi, qorunması və dünyaya çatdırılması, türk mədəniyyətinin müştərək olduğunun sübuta yetirilməsi, terk dövlətləri və toplumları arasında əlifba və dilin saxlanılmasın dayanır.

MAİS ƏMRAHOV

Tarix üzrə elmlər doktoru, professor


TÜRKSOY tərəfindən üzv ölkələrimiz arasında mədəni əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində mütəmadi işlər görülür. Türk dünyasını təmsil edən mədəniyyət və incəsənət xadimlərimiz arasında TÜRKSOY-un tədbirləri sayəsində əlaqələr qurulur və bu əlaqələr dalğa şəklində genişlənir.

 

ELÇİN QAFARLI

TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi


TÜRKSOY-un varlığı, onun beynəlxalq nüfuzunun belə sürətlə artması təsdiq edir ki, dünyada mədəniyyətin və sənətin aça bilmədiyi qapı, toxunmadığı ürək yoxdur. Və mən inanıram ki, birgə olduğumuz müddətdə biz daima daha güclü olacayıq. Bakı görüşü isə ölkələrimizin və xalqlarımızın daha da birləşməsinəxidmət edəcəkdir.

TÜRKSOY özünün modeli, uluslararası statusu, sadə və açıq strukturu, demokratik idarəetmə sistemi ilə heç bir təşkilata bənzəməyən, analoqu olmayan bir qurumdur.

 

POLAD BÜLBÜLOĞLU

Xalq artisti


Ümumiyyətlə, XXI əsr türk xalqlarının tarixində həm qarşıya qoyulan hədəflərə çatmaq, həm görüləcək işlər, həm də türk xalqları arasında əməkdaşlıq baxımından yeni bir əsrdir. Çünki müstəqil türk cumhuriyyətləri yaranıb və bu bağımsız dövlətlər bir-birilə əlaqələri genişləndirirlər. Bu məsələdə isə beynəlxalq təşkilatlar xüsusi rol oynayırlar. Xüsusilə də türkdilli xalqlara aid təşkilatların bu sahədə fəaliyyəti danılmazdır. O qurumlardan biri də TÜRKSOY-dur.

 

BULUDXAN XƏLİLOV

Professor


TÜRKSOY türk xalqları arasında milli birliyin qurulmasında önəmli rol oynayır. TÜRKSOY-un Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixi şəxsiyyətlərinin digər türkdilli xalqlar arasında təbliğində çox önəmli rol oynayıb. Bu qurumun məqsədi türkdilli xalqlar arasında mədəni əlaqəni, birliyi daha yüksək səviyyədə qurmağa nail olmaq olub və buna nail olub da.

 

NƏZAKƏT MƏMMƏDOVA

Respublika “Xatirə Kitabı” redaksiyasının

baş redaktoru


TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır.

 

SABİR RÜSTƏMXANLI

Xalq şairi


 .

<< Geri