Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
- Türkdilli ölkələrin
mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk
xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya
məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə
böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif
mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta
onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə,
təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin
dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi
bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan,
sınaqlardan mətanətlə çıxarmış və bugünki günlərə gətirib
çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün
sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi
ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq
abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq
səhifələrini yaratmışlar.
Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud
imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində
həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına)
məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə
istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk
xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla
qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən
ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət
siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də
hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində
dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən
isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX
əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail
oldular.
Bir sıra türk xalqları (tatarlar, başqırdlar, çuvaşlar və b.)
Rusiya Federasiyası tərkibində qalmaqla milli-ərazi muxtariyyəti
hüquqlarını xeyli genişləndirdilər. Bu isə, öz növbəsində türk
dövlət qurumları arasında daha sıx ədəbi-mədəni, elmi, iqtisadi
əlaqələrin yaradılması zərurətini irəli sürdü. Yaranmış yeni
əlverişli şərait eyni kökdən olan müştərək türk mədəniyyəti və
incəsənətinin vahid təşkilatının yaranmasına səbəb oldu. Həmin
təşkilat bu gün də uğurla fəaliyyət göstərən beynəlxalq TÜRKSOY
təşkilatıdır - Türkdilli ölkələr arasında qurulan ilk beynəlxalq
təşkilat olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatıdır.
Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini qazanmış Türk
dövlətlərinin regional inteqrasiya məsələləri aktual xarakter
almışdır. Müasir dövrümüzdə müstəqil Türk dövlətləri həm ayrı-ayrılıqda,
həm də birgə çoxtərəfli münasibətlərdə, yəni beynəlxalq
təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər. Osmanlı dövləti
dağıldıqdan sonra öz müstəqilliyini qoruyub saxlaya bilən, uzun
müddət dünya xəritəsində yeganə Türk dövləti olaraq mövcud olan
Türkiyə Cümhuriyyətinin regional inteqrasiyanın təşəbbüskarı
kimi çıxış etməsi gözlənilən bir addım idi. Yeni müstəqillik
qazanmış Türk dövlətləri də istər iqtisadi, istərsə də siyasi
baxımdan Qərb institutlarına uğurla inteqrasiya etmiş Türkiyənin
təcrübəsindən yararlanmaqda maraqlıdırlar. Bu mənada TÜRKSOY
kimi təşkilatın fəaliyyəti diqqətə layiqdir.
Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq
Təşkilat (TÜRKSOY) Azərbaycan Respublikası və Türkiyə
Cümhuriyyətinin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı
şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət
nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar
əsasında yaradılmışdır. TÜRKSOY-un yaradılması haqqında ilkin
fikirlər hələ 1992-ci ildə irəli sürülmüşdür. Bu təşkilatın
yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra
görüşlər keçirilmişdir.
TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında
Müqavilə həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən 1993-cü
il iyulun 12-də Qazaxıstan Respublikasının keçmiş paytaxtı
Almatı şəhərində imzalanmışdır. Təşkilatın Nizamnaməsinə görə, o,
türkdilli dövlətlərin mədəniyyət nazirlərinin Daimi Şurasının
qərarlarına əsasən fəaliyyət göstərir. TÜRKSOY-un əsas üzvləri
Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və
Türkmənistandır. Qalan 8 üzvlər isə əsasən müşahidəçi qismində
iştirak edirlər.
Sonralar TÜRKSOY haqqında Müqaviləyə müşahidəçi ölkələr
simasında Başqırdıstan, Tatarıstan respublikaları, Şimali Kipr
Türk Respublikası, Xakasiya, Tuva, Çuvaşiya və Qaqauziya
respublikaları da qoşulmuşlar. Buna baxmayaraq, bu üzvlər də
əsas üzvlər kimi eyni hüquqa və səlahiyyətə malikdilər.
Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində demokratik prinsiplər əsas
götürülür. Yəni səsvermədə 8 müşahidəçi ölkə də əsas 6 üzvlər
kimi eyni səsvermə hüququna malikdirlər.
TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəlmişdir ki, bu
təşkilatı yaradan ölkələrin dilləri, xalqları, mədəniyyətləri
bir-birinə çox yaxın idi və bəzi xalqların hətta dinləri də eyni
idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş
edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında türkdilli xalqların
əsasən din deyil, dil prinsiplərinə üstünlük verilmişdir.TÜRKSOY
təşkilatı türkdilli ölkələrin daxili və xarici siyasətindən,
dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq,
onların mədəniyyət və incəsənət sahəsində regional birliyini
həyata keçirir.
TÜRKSOY-un üzv ölkələri onun fəaliyyətinin həyata keçirilməsində
bərabər hüquqlara malikdirlər. TÜRKSOY-un ən yüksək orqanı üzv
ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır. Təşkilatın
qərarları ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin
Daimi Şurasının toplantısında təsdiq olunur. Toplantılararası
müddətdə təşkilata nazirlər sırasından seçilmiş Baş direktor
rəhbərlik edir. Baş direktorun aparatında işçi qrupundan əlavə
hər ölkədən bir nümayəndə fəaliyyət göstərir. TÜRKSOY-un Baş
direktorluğu Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində
yerləşir; rəsmi dili türk dilidir.
1993-cü ilin ikinci yarısından sonra Azərbaycan dövləti
tərəfindən TÜRKSOY-un fəaliyyətinə diqqətin artması tezliklə bu
təşkilatın işində Azərbaycan Respublikasının rolunu xeyli
gücləndirdi. Azərbaycan nümayəndələrinin təşkiletmə işində fəal
iştirakı təşkilatın fəaliyyətinin məqsədyönlü qurulmasında
getdikcə daha çox özünü göstərirdi. Əgər TÜRKSOYun yarandığı ilk
vaxtlarda təşkilatın fəaliyyətində əsas ağırlıq mərkəzi Türkiyə
Cümhuriyyətinin üzərinə düşürdüsə, 1994-1995-ci illərdən
başlayaraq vəziyyət nisbətən bərabərləşdi, yəni, ağırlıq mərkəzi
həm də digər türk respublikalarının, xüsusən də Azərbaycanın
üzərinə düşdü.
Doğrudur, TÜRKSOY-un hələ II toplantısı (30 noyabr – 2 dekabr,
1992) Bakıda keçirilmiş və təşkilatın fəaliyyətini gücləndirməyə
yönəldilən mühüm qərarlar qəbul etmişdi. 1996-cı il noyabrın
6-7-də Bakıda türk xalqlarının birliyi, ədəbi-mədəni əlaqələri
ilə əlaqədar üç mühüm tədbirin (TÜRKSOY-un VIII toplantısı, türk
dünyası yazıçılarının III qurultayı və Məhəmməd Füzulinin 500
illik yubileyinin yekun tədbirləri) keçirilməsi artıq onu sübut
edirdi ki, Azərbaycan türk dünyasının liderlərindən birinə
çevrilməkdədir. Bu baxımdan Azərbaycan mədəniyyət naziri Polad
Bülbüloğlunun təşəbbüskarlığı və işgüzarlığı daha çox diqqəti
cəlb edirdi. Elə bu keyfiyyətlərin və üstəlik də onun
təşkilatçılığının nəticəsi idi ki, artıq TÜRKSOY-un V
toplantısında (28 may -3 iyun 1994-cü il, Bişkek,ÇolpanAta)
Polad Bülbüloğlu təşkilatın Baş direktoru seçildi.
2003-2004-cü illər Qazaxıstanın mədəniyyət naziri, 2005-ci ildən
Qazaxıstan Respublikasının BMT-də mədəni-sosial məsələlər üzrə
təmsilçisi
Düsen Korabay oğlu Kaseinov 28 may 2008-ci ildə TÜRKSOY-un Daimi
Şurası tərəfindən TÜRKSOY-un başqanı seçilib.Baş direktor
TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu
beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq
hüququna malikdir.
Təşkilat struktur etibarı ilə iki komitəyə bölünüb: Mədəniyyət
və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə,
inzibati və hüquqi təmsilçilər üzrə Komitə. Baş direktor
TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu
beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq
hüququna malikdir
Təşkilat struktur etibarı ilə iki komitəyə bölünüb: Mədəniyyət
və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə,inzibati
və hüquqi təmsilçilər üzrə Komitə.TÜRKSOY təşkilatının əsas
məramları aşağıdakılardır:
– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar
arasında mədəni əlaqələrin inkişafetdirilməsi;
– Türk mədəniyyəti nümunələrinin araşdırılması, öyrənilməsi,
qorunması və dünyaya çatdırılması;
– Türk xalqalarının mədəniyyətində tarixi, siyasi və coğrafi
səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış
fərqlərin aradan qaldırılması;
– Türk mədəniyyətinin müştərək olduğunun sübuta yetirilməsi;
– Türk mədəniyyətinin digər mədəniyyətlərin zərərli təsirindən
qurtarılması və onun öz mənbələrinə qaytarılması;
– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətiləri
və toplumları arasında əlifba və dilin saxlanılması;
– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətinin digər
yerlərdə də yayılması;
– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması
üçün mərkəz yaradılması;
– Türk dünyasının görkəmli tarixi şəxslərinin, mütəfəkkir, şair
və yazıçılarının, habelə digər böyük şəxsiyyətlərinin bütün
dünyaya tanıtdırılması və s.
Bu məqsədlərə nail olmaq naminə TÜRKSOY aşağıdakı fəaliyyət
sahələrində tədbirlər həyata keçirir(funksiyaları):
– mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında
əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə
müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin
edir;
– türkdilli xalqların ümummənəvi sərvətlərinin, tarixi irsinin,
ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin
və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına,
öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər
həyata keçirir;
– türkdilli ölkələrin mədəniyyət və incəsənətinin ən yaxşı
nailiyyətlərini yayan radio və televiziya proqramlarının,
sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri
yerinə yetirir;
– teatr, musiqi, opera və balet sənəti sahəsində festival və
musabiqələri təşkil edir, digər profilli strukturların keçirdiyi
oxşar tədbirlərdə iştirak edir;
– türkdilli ölkələrin təsviri və plastik incəsənətinin
inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər
tədbirləri həyata keçirir;
– dövri və birdəfəlik mətbu məhsulu nəşr edir;
– ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin
dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına
əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin
ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və
digər kütləvi tədbirləri təşkil edir;
– TÜRKSOYun məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi
konfranslar, simpoziumlar,diskussiyalar və i.a. keçirir.
– Mədəniyyət, incəsənət, təhsil və i. a. sahəsində digər
beynəlxalq və milli təşkilatlarla içtimai strukturlar və
hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların
həyata keçrilməsində onlarla əməkdaşlıq edir.
Ümumi razılığa əsasən 1993-cü ilin yanvarın 13-də Türkiyənin
paytaxtı Ankara şəhərində TÜRKSOY-un Baş Direktorluğunun açılışı
oldu. Hələ təşkilat tam formalaşmamış Türk dünyası üçün
ələmətdar olan bir çox müştərək tədbirlər keçirildi. Məsələn,
1993-cü ilin yanvarında Türkiyədə dahi Azərbaycan bəstəkarı və
drijoru Niyazinin xatirə gecəsi oldu. İyunun 7 və 11-də Ankarada
türk yazıçılarının qurultayının keçirilməsi Türk dünyası ədəbi
mühitinin formalaşması baxımından əhəmiyyətlidir.
Türksoyun təşkilatlanması prosesi Nazirlər Şurasının 1993-cü il
iyulun 9 və 12-də Almaatıda keçirilən III iclası ilə başa çatdı.
Bu tədbirdə “Türksoyun yaranması və formalaşması prinsipləri
haqqında müqavilə” imzalandı. Beləliklə, türkdilli ölkələrin
birgə təşəbbüsü və qarşılıqlı səyi nəticəsində mədəniyyət və
incəsənət sahələrini əhatə edən inteqrasiyanın əsası qoyuldu.
1993-cü ilin avqustunda Türkmənistanın paytaxtı Aşqabad
şəhərində TÜRKSOY Aşıq Pir Aydının xatirəsinə həsr olunmuş I
beynəlxalq festivalda iştirak etdi.
Aşık Aydın Alinin şerlərində Alevi- Bektaşi inanç və gələnəkləri
ön planda olmuş, Allah, Muhammet, Hz. Ali, 12 İmamlar, Hacı
Bektaşi Vəli və Ali Rıza Ulusoya sevgi, saygı və ürəktən
bağlılığı sıx- sıx vurgulanmaktadır. 1993-cü il oktyabr ayında
Almatıda türkdilli ölkələrin xalq tətbiqi incəsənət
nümunələrinin birinci sərgisi keçirildi.TÜRKSOY fəaliyyəti
dövründə müxtəlif ənənələrin, mədəniyyət tədbirlərinin əsasını
qoymuşdur. 1994-cü ilin 21-23 martında Türkiyədə geniş miqyasda
qeyd olunan Novruz bayramı böyük maraqla qarşılandı və hər ilin
martında müntəzəm olaraq keçirilməkdədir.
1994-cü ilin 27-28 mayında Kiprdə keçirilməyə başlayan türkdilli
ölkələrin Opera günü bu qəbildən olan ənənələr arasına daxildir.
YUNESKO-nun xətti ilə gerçəkləşən dahi Azərbaycan şairi
Füzulinin 500 illik yubileyi TÜRKSOY-un təşəbbüsü ilə bütün Türk
Dünyasında təntənəli şəkildə qeyd olundu. Məhəmməd Füzulinin
yubiley şənliklərinə məhz Türkiyədə başlanılması da Türk dünyası
mədəniyyət və incəsənət xadimləri arasında ədəbi-mədəni
əlaqələrin genişləndirilməsi zərurətinin tamamilə dərk olunması
nəticəsi oldu və gözəl səmərə verdi.
Dahi mütəfəkkir, türk dünyasının və onun ayrılmaz hissəsi olan
Azərbaycanın bütün bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan
biri Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd olunması
bütün türkdilli ölkələrin və xalqların əsl bayramına çevrildi.
Qeyd edək ki, Məhəmməd Füzulinin yubileyi təkcə Azərbaycanda
deyil, həm də Türkiyədə, Rusiyada, İraqda, İranda, Dağıstanda,
Parisdə – YUNESKO-nun baş qərargahında keçirilmiş, bütün dünyada
Azərbaycanın şöhrətini daha yüksəklərə qaldırmış, türk
xalqlarının əlaqələrinin gücləndirilməsi işinə layiqli xidmət
göstərmişdi.Dahi söz ustadının 1996-cı il noyabrın 8-9-da Bakıda
keçirilmiş yubiley şənliklərinin yekunu isə türk ölkələri və
xalqları birliyinin parlaq nümayişinə çevrilmişdi. Çünki bu
yubiley təntənələrində demək olar ki, bütün türk ölkələri və
xalqlarının nümayəndələri iştirak etmişdilər. Təntənəli yubiley
iclasına dünyanın bir çox ölkələrindən nümayəndələr gəlmiş, 7
türk ölkəsinin (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan,
Tatarıstan, Başqırdıstan, Xakasiya) nümayəndələri böyük Füzuli
sənəti, Azərbaycan xalqı haqqında geniş məruzələrlə çıxış edərək
ürək sözlərinin söyləmişdilər. Bu tədbir bir daha sübut etmişdi
ki, eyni kökdən olan türk xalqları arasında yeni şəraitdə
ədəbi-mədəni əlaqələrin gücləndirilməsində belə görkəmli
şəxsiyyətlərin yubileylərinin qeyd olunması olduqca böyük
əhəmiyyətə malikdir.
Təşkilatın Nazirlər Şurası 1995-ci ildə formalaşmış ənənvi
tədbirləri davam etdirməklə yanaşı, bir sıra dəyərli layihələri
də həyata keçirdi. Həmin ilin 29-30 iyununda Manas eposunun 1000
illiyinə həsr olunmuş beynəlxalq simpoziumda bu ədəbi abidənin
ümumtürk konteksində tədqiq olunmasının əhəmiyyətindən bəhs
edilmişdi. 24-31 avqustda Manas eposunun 1000 illiyinə həsr
olunmuş
Bişkekdə keçirilən təntənəli şənliklərdə iştirak edən TÜRKSOY bu
tarixlə əlaqədar olaraq nəfis tərtibatlı “Manas” kitabını nəşr
etdirir.Avqustun 6-11-də böyük qazax şairi Abayın yubiley
mərasimindən sonra TÜRKSOY-un dəstəyi ilə “Abayın seçilmiş
əsərləri”nəşr olunmuşdu. Avqustun 6-11-də böyük qazax şairi
Abayın yubiley mərasimindən sonra TÜRKSOY-un dəstəyi ilə “Abayın
seçilmiş əsərləri” nəşr olunmuşdu.
1996-cı il iyunun 15-də Ankarada böyük tatar şairi Qabdulla
Tukayın anadan olmasının 110 illiyi qeyd olundu. TürkSOY-un
Nazirlər Şurasının 2011-ci il mayın 19-22 mayda Moldovanın
Qaqauz Yeri Muxtar Vilayətində keçirilmiş 27- ci toplantısında
2011- ci il klassik tatar şairinin anadan olmasının 125 illiyi
şərəfinə "Abdulla Tukay ili" elan edildi.
1996-cı ilin sentyabrında Türkiyədə Qazaxıstan Respublikasının
mədəniyyət günlərinin keçirilməsi, eyni zamanda məşhur qazax
şairi Cambulun150 illik yubileyinin qeyd olunması hər iki türk
dövlətinin münasibətlərinin inkişafında yeni mərhələnin
başlanmasına dəlalət edir.
Regional mədəni inteqrasiya modeli kimi analoqu olmayan TÜRKSOY
bir çox beynəlxalq təşkilatların diqqətini cəlb etdi. Mədəniyyət
Nazirlərinin Daimi Şurası da öz növbəsində beynəlxalq əlaqələrin
inkişaf etdirilməsi yönümündə bir çox tədbirlər həyata
keçirmişdi.
1996-cı il iyulun 7-də İstanbul şəhərində TÜRKSOY-la YUNESKO
arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu
əməkdaşlıq çərçivəsində YUNESKO-nun baş direktoru F.Mayorun
dəvəti ilə TÜRKSOY-un baş direktoru P.Bülbüloğlu YUNESKO-nun baş
konfransının XXIX sessiyasında iştirak etdi. Bundan sonra
başlanan danışıqların mövzusu yaxın mərhələ üçün ikitərəfli
əlaqələrin inkişaf etdirilməsi məsələsi olub, TÜRKSOY-un təklifi
ilə YUNESKO-nun baş fəaliyyət proqramına daxil olunması təklif
edilmişdi:
1.1999-cu ildə dünya və türk ədəbiyyatının əvəzsiz nümunəsi olan
“Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi, bu
məqsədlə də 1999- cu ilin “Dədə Qorqud ili” adlanması, (YUNESKO
öz növbəsində bu ideyanı bəyənmişdi və “Dədə Qorqud”
ensiklopediyasının hazırlanması üçün 40 min ABŞ dolları
çərçivəsində maddi yardım göstərməyə hazır olduğunu bildirmişdi)
2.Türk Dünyasının tarixi mədəni mərkəzlərindən biri olan
Türkistan şəhərinin 1500 illiyinin qeyd olunması.
3. Böyük Türk Xaqanlığının 1450 illiyinə həsr olunmuş təntənəli
mərasimlərin keçirilməsi.
TÜRKSOY-un YUNESKO qarşısında qaldırdığı bütün bu təkliflərin
sonradan yüksək səviyyədə reallaşması təşkilatın beynəlxalq
nüfuzunu daha da artırmışdı. Bunlarla yanaşı, YUNESKO tərəfindən
sonradan Oş şəhərinin 3000 illiyi,Məhəmməd Kaşqarlının
“Divani-lüğəti türk” əsərinin 925 illiyi, Məhəmməd bəy
Qaramanoğlu tərəfindən türk dilinin dövlət dili elan olunmasının
725 illiyi, Əhməd Yəsəvinin anadan olmasının 900 illiyi qeyd
olunmuşdur.TÜRKSOY-la YUNESKO arasında əlaqələr daim inkişaf
edir və Türk Dünyası üçün mühüm əhəmiyyət kəsb edən tarixlər
beynəlxalq aləmdə anılmaqdadır.
XI yüzilliyin böyük zəka sahiblərindən olan Mahmud Kaşqarlının
“Divanü lüğat-it-türk” (“Türk dillərinin sözlüyü”) adlı əsəri
dünya dilçilik elminin ən nadir incilərindən və türkologiyanın
başlıca dayaqlarından biridir. Təkcə türk dillərinə aid bir
sözlük olmaqla məhdudlaşıb qalmayan bu dahiyanə əsər ümumtürk
mədəniyyətinə, tarixinə, etnoqrafiyasına, folkloruna,
mifologiyasına, çoğrafiyasına və s. aid əvəzsiz bir qaynaqdır,
prof. P.K.Juzenin dediyi kimi, bir “türk ensiklopediyası”dır.
Əhməd Yəsəvi — XI əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk
ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm
ədəbiyyatının ilk yaradıcılarından. Orta Asiya Türkləri arasında
İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında
böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir.
Vəfatı: 1194-cü. Əsas əsəri "Divani-hikmət" Əhməd Yəsəvi — XI
əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk
mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk
yaradıcılarından. Orta Asiya Türkləri arasında İslamı yayan,
Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan
Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Vəfatı: 1194-cü.
Əsas əsəri "Divani-hikmət" 1996-cı il noyabrın 6-8-də Nazirlər
Şurası Bakıda özünün VIII iclasını keçirərək sözügedən il üçün
nəzərdə tutulmuş tədbirlər planını müzakirə etdi. Bu iclasın
ələmətdar cəhətlərindən biri o idi ki, ilk dəfə olraq Tuva
Respublikası və Xakasiya Respublikası müşahidəçi sifəti ilə
TÜRKSOY-a qoşulmuşdu. Bundan sonra sıraları həmişə genişlənən və
getdikcə daha böyük arenanı əhatə edən TÜRKSOY-un üzvlərinin
sayı 12-yə çatmışdı.
1996-cı ilin oktyabrında Daşkənddə keçirilən türkdilli dövlət
başçılarının IV sammitində TÜRKSOY-un fəaliyyətinə yüksək qiymət
verilmişdi. Eyni zamanda dövlət başçılarının Daşkənd
bəyannaməsində qeyd olunmuşdu ki, yaxın dövr ərzində “Türk
tarixi və mədəniyyətinin xatirə təqvimi”, “Böyük Türk
Xaqanlığının 1450 illiyinin birgə qeyd olunması proqramı”
hazırlansın. Mədəniyyət Nazirləri Şurası bu tapşırığı yerinə
yetirmək üçün bütün zəruri tədbirlərin görülməsini vacib hesab
etmiş və türkdilli ölkələrin dövlət başçılarının yüksək
səviyyəli V sammitinə kimi hər iki proqramın hazırlanması qərara
alınmışdı.
Daşkənd bəyannaməsinin müddəalarını rəhbər tutan qurultay türk
xalqları arasında qardaşlıq əlaqələrini daha da genişləndirməyə
çağıraraq bununla bağlı mühüm qərarlar qəbul etmişdi. Bunların
arasında türk dünyası yazıçılarının Bakıda Azərbaycan Yazıçıları
Birliyinin nəzdində koordinasiya (əlaqələndirmə) mərkəzinin
yaradılması, qurultay materiallarının, həmçinin, 1926-cı ildə
Bakıda keçirilmiş I Ümumittifaq türkoloji qurultayının
materiallarının çap edilməsi, 1999-cu ilin bütün dünyada "Dədə
Qorqud ili" elan edilməsi barədə YUNESKO qarşısında məsələ
qaldırılması, türk dünyasında latın qrafikalı əlifbaya keçilməsi
ilə əlaqədar real tədbirlər planı hazırlanması, ortaq ədəbi türk
dilinin formalaşdırılması üçün tədbirlər həyata keçirilməsi və
s. çox mühüm əhəmiyyətə malik idi.
1997-ci ilin 11-15 mayında Türkiyənin Ankara və Karaman
şəhərlərində “Türk dili” beynəlxalq bayramı keçirilmişdi. Həmin
il iyulun 15 və 17-də gerçəkləşən İssık-Kul Forumu Beynəlxalq
Assambleyasında TÜRKSOY-un Baş direktoru P.Bülbüloğlu “Türk
mədəniyyəti, milli və qlobal aspektdə: XXI əsrə baxıs”mövzusunda
məruzə etmişdi. TÜRKSOY-un fəaliyyətinin intensivləşdirilməsi və
daha geniş dairəni əhatə etməsi təşkilatın hüquqi bazasını
təkmilləşdirilməsini zəruri edirdi. Bu baxımdan işçi qrup
tərəfindən hazırlanmış “TÜRKSOY-un fəaliyyət prinsipləri və
yaradılması haqqında əsasnamə”, “TÜRKSOY-un personalı haqqında
əsasnamə”, “TÜRKSOY-un maliyyə fəaliyyəti haqqında əsasnamə”
uzun müddət mədəniyyət nazirləri tərəfindən müzakirə olunmuş,
təklif və iradlar nəzərə alınmaqla IX iclasda qəbul olunmuşdu.
TÜRKSOY-un fəaliyyətinə böyük önəm verən türkdilli ölkələrin
dövlət başçıları, demək olar ki, bütün sammitlərin yekun
bəyannamələrində təşkilatın işini təqdir etmişlər. Bu baxımdan,
TÜRKSOY dövlət başçıları qarşısında məsuliyyət daşıyan orqan
kimi də nəzərdən keçirilməlidir. 1996-cı il Daşkənd
Bəyannaməsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün
mədəniyyət nazirləri az vaxt ərzində mühüm bir layihəni
hazırlaya bildilər. Bu layihələrdən birincisi Türk Dünyasının
mədəniyyət və incəsənətinə aid olan hadisələr sistemli şəkildə
öz əksini tapıb. Bu təqvim eyni zamanda TÜRKSOY-un 1998-2003-cü
illərdə həyata keçirməyi nəzərdə tutduğu tədbirlər planı kimi də
qiymətlidir. Diqqəti çəkən məqam odur ki,TÜRKSOY-un
tarixindəhələ elə bir hal olmayıb ki, bu təqvimdə öz əksini
tapmış hər hansı hadisə və ya yubiley qeyd olunmasın.
Həyata keçirilməli olan tədbirlər öz əhəmiyyətinə və miqyasına
görə üç kateqoriyaya ayrılır:
1.Beynəlxalq səciyyə daşıyan tədbirlər.Bu qəbildən olan
tədbirlər TÜRKSOY-un bütün üzv dövlətləri tərəfindən mütləq qeyd
olunur, daha vacibləri isə YUNESKO ilə birgə keçirilir.
2.Regional əhəmiyyət daşıyan tarixləri TÜRKSOY-a daxil olan iki
və daha çox üzv ölkələr qeyd edir.
3.Milli əhəmiyyətli tarixlər yalnız bir ölkənin daxilində
TÜRKSOY-a üzv olan başqa dövlətlərin iştirakı ilə anılır.
Daşkənd Bəyannaməsindən irəli gələn digər mühüm layihə
Böyük Türk Xaqanlığının 1450 illiyinin keçirilməsi üzrə
proqramın hazırlanması idi. TÜRKSOY-un IX iclasının protokolunda
göstərilir ki, “dünya tarixinə ilk demokratik dövlət qurumu kimi
daxil olan Böyük Türk Xaqanlığının müasir Türk Dünyasının tarixi
köklərində və milli təfəkkürün formalaşmasında
müstəsna rolu olmuşdur”.TÜRKSOY 1997-ci il avqustun 25 və 27-də
Tuva Respublikasının Qızıl şəhərində Sibirin türkdilli
xalqlarının Böyük Türk Xaqanlığının 1450 illiyinə həsr olunmuş
beynəlxalq konfransında iştirak edib.
Yubileylərin , əlamətdar hadisələrin anılması tarixi şüurun
yenidən oyanmasına əlverişli zəmin yaradır. Bu qəbildən olan
tədbirlərlə yanaşı, TÜRKSOY müxtəlif müsabiqələr, tətbiqi
incəsənət nümunələrindən, rəssam işlərindən ibarət sərgilər də
təşkil edir. Ankarada 1998-ci ilin oktyabrında keçirilən
“Mədəniyyət və incəsənmət əsərləri-98” sərgisihəmin ilin oktyabr
ayında İstanbul şəhərində təşkil olunan üzv dövlətlərin
rəssamlarının əl işlərindən ibarət sərgi diqqəti cəlb edir.
1998-ci ildə TÜRKSOY-un xətti ilə böyük özbək alim və mütəffəkir
Məhəmməd ibn İsmayıl əl Buxarinin və Əhməd əl-Fərabinin
xatirəsinə həsr olunmuş elmi simpoziumda bütün türk ölkələrindən
gəlmiş elm xadimləri iştirak edirdi. Əbu Abdulla İmam Məhəmməd
ibn İsmayıl Buxari ( 810-cu il- 869-cu il) İslam alimi Buxarinin
"Camiu`s-Səhih"i (Səhihi Buxari) qələmə alması iki səbəbə
bağlıdır. Bunların birincisi, müəlliminin ondan bunu xahiş
etməsi, ikincisi isə bunu yuxuda görməsidir. Buxari "Səhih"
olaraq adlandırılan və içərisində onun özünə görə səhih olduğu
sabit olan hədislərə yer verdiyi kitabında bir çox dini
hökmlərin qaynağını göstərməsi ilə İslam dünyasına böyük bir
xidmət etmişdir. Buxarinin "Camius-Səhih"i 97 kitabdan 3450
babdan ibarətdir.
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan
Farabi (Əbunəsr Farabi) (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd
ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması
güman olunur) ensiklopedik alim, İslam dünyasında peripatetik
fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə
Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri
adını qazanmışdır. Aristoteldən sonra bütün dövrlərin və
xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və
İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir
göstərmişdir. Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır Alimin
məşhur əsərlərindən biri "Fəzilətli şəhər əhlinin baxışları"
adlı kitabıdır. Bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli
sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və
onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan
biri hesab olunur. Müasir ərəb musiqisində istifadə olunan səs
sistemini məhz Farabi işləyib hazırlamışdır
TÜRKSOY tərəfindən 1999-cu ildə görülən işlərin yekunu olaraq,
həmçinin , gələcəkdə qarşıda duran vəzifələri özündə əks etdirən
“XXI əsrə müraciət” qəbul olundu. Ankarada keçirilən Nazirlər
Şurasının XIII yığıncağında qəbul olunmuş müraciət TÜRKSOY
adından türk dövlətlərinin başçılarına, xalqlarına və
hökumətlərinə ünvanlanmışdı. 1999-cu ilin iyulun 7-də
YUNESKO-nun Parisdə yerləşən mənzil qərargahında ”Dədə Qorqud”
eposunun 1300 illiyinə həsr olunmuş təntənəli mərasim keçirildi.
TÜRKSOY-un “Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə
Türkiyənin Bayburt şəhərində möhtəşəm bayram şənliyində iştirakı
təşkilatın ümumtürk dəyərlərinə münasibətindən irəli
gəlirdi.TÜRKSOY-un Bişkek şəhərində keçirilən Nazirlər Şurasının
XII yığıncağında Moldova Respublikasının tərkibində olan Qaqauz
yeri muxtar qurumu təşkilata üzv qəbul olundu.Türkiyə
Respublikasında 1999-cu ilin avqustun 17-də və noyabrın 12-də
baş vermiş zəlzələlər nəticəsində dövlətə milyardlarla ABŞ
dolları ilə ölçülən maddi ziyanın dəyməsinə baxmayaraq, bu ölkə
TÜRKSOY-un mailiyyələşməsində fəallığını azaltmamışdır. Türkiyə
hökuməti 2000-ci il üçün büdcə layihəsini müzakirə edərkən
TÜRKSOY-a ayrılmış payı olduğu kimi saxlamışdır. TÜRKSOY-un
qarşısına çıxan problemlərin həlli bütün üzv dövlətlər üçün
həmişə eyni dərəcədə əhəmiyyət daşımışdır.
TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi müxtəlif kitab və
məcmuələrin nəşr olunmasını göstərmək olar: Qırğızıstanın xalq
eposu “Manas”,
Abayın seçilmiş əsərləri, Altaydan Dünyaya qədər türk
mədəniyyətinin ümumi motivləri, Başqırd xalq eposu “Ural Batır”,
Türkmənistan poeziyasının antologiyası, Türkdilli ölkələrin
memarlıq abidələri, Böyük Türk Xaqanlığının tarixi,Muxtar
Auezovun seçilmiş əsərləri, Tatar xalq dastanı “İdigey”,”Dədə
Qorqud” ensiklopediyası,Bulqar-tatar sivilizasiyasının
abidələri, Nikolay Katanovun seçilmiş əsərləri və s.
TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi müxtəlif kitab və
məcmuələrin nəşr olunmasını göstərmək olar: Qırğızıstanın xalq
eposu “Manas”, Abayın seçilmiş əsərləri, Altaydan Dünyaya qədər
türk mədəniyyətinin ümumi motivləri, Başqırd xalq eposu “Ural
Batır”, Türkmənistan poeziyasının antologiyası, Türkdilli
ölkələrin memarlıq abidələri, Böyük Türk Xaqanlığının
tarixi,Muxtar Auezovun seçilmiş əsərləri, Tatar xalq dastanı
“İdigey”,”Dədə Qorqud” ensiklopediyası,Bulqar-tatar
sivilizasiyasının abidələri, Nikolay Katanovun seçilmiş əsərləri
və s.
TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi müxtəlif kitab və
məcmuələrin nəşr olunmasını göstərmək olar: Qırğızıstanın xalq
eposu “Manas”,
Abayın seçilmiş əsərləri, Altaydan Dünyaya qədər türk
mədəniyyətinin ümumi motivləri, Başqırd xalq eposu “Ural Batır”,
Türkmənistan poeziyasının antologiyası, Türkdilli ölkələrin
memarlıq abidələri, Böyük Türk Xaqanlığının tarixi,Muxtar
Auezovun seçilmiş əsərləri, Tatar xalq dastanı “İdigey”, ”Dədə
Qorqud” ensiklopediyası,Bulqar-tatar sivilizasiyasının
abidələri, Nikolay Katanovun seçilmiş əsərləri və s.
2001-ci ilin mayın 9-10-da İstanbul şəhərində gerçəkləşən elmi
tədbirdə Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın,
Türkmənistanın və Özbəkistanın Sovet İttifaqının dağılmasından
sonra müstəqillik əldə etməsindən sonrakımərhələdə iqtisadi,
siyasi, sosial və mədəni həyatlarındakı problemlər və inkişaf
tendensiyası təhlil olunmuşdu.Simpoziumda türkologiya,
filologiya,tarix, beynəlxalq hüquq, iqtisadiyyat üzrə
mütəxəssislərin 58 məruzəsi və 10 yazılı tezisi dinlənilmişdi.
Türkdilli dövlətlərin son on ildə mədəniyyət sahəsində
əlaqələrinin intensivləşdirilməsində TÜRKSOY-un rolu xüsusi qeyd
olunmuşdur. Tədbir nəticəsində türkdilli ölkələrin siyasi
sistemlərini, iqtisadi, mədəni inkişafın özündə əks etdirən
zəngin elmi faktoloji materiallar toplanmışdı.
İsmayıl Qaspıralı (Gasprinskiy) (1851 - 1914) Krım tatarı ,
müəllim və siyasətçiKaspiralı Rus İmperatorluğunda Türk və İslam
toplumlarının təhsil, mədəni islahat və modernləşməyə ehtiyacı
olduğunu fərq edən ilk və tək müslüman ziyalısıdır. Soyadı
Krımdakı Gaspra şəhərindən götürülmüşdür. Türkçü ,Turancı
görüşün ideologlarındandır.Kaspiralı düşüncələrini 1883-cü ildə
qurduğu və 1918-ci ilə qədər varlığını sürdürən "Tərcüman" adlı
qəzeti ilə yaymıştır. Yayınlarında Türk xalqlarını birlik və
dayanışmaya çağırırdı. “Dildə, fikirdə, işdə birlik!”
2002-ci il yanvarın 28-30-da Qazaxıstanın Almatı şəhərində
TÜRKSOY Beynəlxalq Təşkilatının XVII toplantısı keçirilmişdir.
Birinci gün toplantı iştirakçıları Almatıdakı Dövlət İncəsənət
Muzeyində TÜRKSOY-un rəsm sərgisinin açılışında olmuşdular.
2001-ci ilin avqustunda Türkiyənin Çanaqqala şəhərində təşkil
edilən Beynəlxalq yaradıcılıq laboratoriyasında ərsəyə gətirilən
bu sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı (sərgidə
gənc Azərbaycan rəssamı Rəşad Mehdiyevin də işləri nümayiş
etdirilmişdi).
2002-ci il yanvarın 28-30-da Qazaxıstanın Almatı şəhərində
TÜRKSOY Beynəlxalq Təşkilatının XVII toplantısı keçirilmişdir.
Birinci gün toplantı iştirakçıları Almatıdakı Dövlət İncəsənət
Muzeyində TÜRKSOY-un rəsm sərgisinin açılışında olmuşdular.
2001-ci ilin avqustunda Türkiyənin Çanaqqala şəhərində təşkil
edilən Beynəlxalq yaradıcılıq laboratoriyasında ərsəyə gətirilən
bu sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı (sərgidə
gənc Azərbaycan rəssamı Rəşad Mehdiyevin də işləri nümayiş
etdirilmişdi).
2002-ci il yanvarın 28-30-da Qazaxıstanın Almatı şəhərində
TÜRKSOY Beynəlxalq Təşkilatının XVII toplantısı keçirilmişdir.
Birinci gün toplantı iştirakçıları Almatıdakı Dövlət İncəsənət
Muzeyində TÜRKSOY-un rəsm sərgisinin açılışında olmuşdular.
2001-ci ilin avqustunda Türkiyənin Çanaqqala şəhərində təşkil
edilən Beynəlxalq yaradıcılıq laboratoriyasında ərsəyə gətirilən
bu sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı (sərgidə
gənc Azərbaycan rəssamı Rəşad Mehdiyevin də işləri nümayiş
etdirilmişdi).
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri
çərçivəsində tamaşanın premyerası da baş tutdu və sentyabr
ayında böyük dramaturqun vətəni olan Şəkidə Axundzadənin yubiley
tədbirlərində böyük ustalıqla nümayiş etdirildi. Ufada keçirilən
“Tuqanlıq” teatr festivalında isə Gəncə Dövlət Dram Teatrının
kollektivi bu məşhur əsəri Başqırdıstan tamaşaçılarına təqdim
etdi.
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri
çərçivəsində tamaşanın premyerası da baş tutdu və sentyabr
ayında böyük dramaturqun vətəni olan Şəkidə Axundzadənin yubiley
tədbirlərində böyük ustalıqla nümayiş etdirildi. Ufada keçirilən
“Tuqanlıq” teatr festivalında isə Gəncə Dövlət Dram Teatrının
kollektivi bu məşhur əsəri Başqırdıstan tamaşaçılarına təqdim
etdi.
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri
çərçivəsində tamaşanın premyerası da baş tutdu və sentyabr
ayında böyük dramaturqun vətəni olan Şəkidə Axundzadənin yubiley
tədbirlərində böyük ustalıqla nümayiş etdirildi. Ufada keçirilən
“Tuqanlıq” teatr festivalında isə Gəncə Dövlət Dram Teatrının
kollektivi bu məşhur əsəri Başqırdıstan tamaşaçılarına təqdim
etdi.
Türk dünyası mədəniyyət paytaxtları layihəsi TÜRKSOY-un yeni
layihələrindəndir. Layihənin məqsədi zəngin mədəni irsə malik
olan ölkələrimizi, şəhərlərimizi dünyaya tanıtmaqdır. TÜRKSOY-un
bu təklifi 2011-ci ildə İstanbulda keçirilən türkdilli ölkələrin
dövlət rəhbərlərinin Zirvə Toplantısında dəstək gördü və ilk
olaraq 2012-ci il Astana şəhəri Türk Dünyasının Mədəniyyət
Paytaxtı elan olundu. Türk dövlətlərinin paytaxtları arasında ən
gənc olan Astana şəhəri ilboyu türk dünyasının mədəniyyət
mərkəzinə çevrildi.
TÜRKSOY mədəniyyət nazirlərinin də iştirak etdiyi möhtəşəm
açılış törəni ilə başlayan və bütün ilboyu keçirilən rəngarəng
mədəni tədbirlər, çeşidli konsertlər, elmi konfranslar,
simpoziumlar və sərgilərlə türk dünyasının sənət adamlarını
Astana bir araya gətirdi. Dekabr ayında isə həyata keçirilən
bağlanış törənində Türk Dünyasının Mədəniyyət Paytaxtı simvolu
Astana valisi tərəfindən Türkiyənin Eskişəhər valisinə təqdim
edildi. Eskişəhər 2013-cü il üçün Türk Dünyasının Mədəniyyət
Paytaxtı elan edilmişdir.
2014-cü ildə isə Tatarıstanın Kazan şəhəri Türk Dünyasının
Mədəniyyət Paytaxtı missiyasını yerinə yetirəcək.
Türkiyənin yeni yaranmış türk dövlətlərindən fərqli təhsil
sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixtisas
kadrlarının hazırlanması zərurəti bu istiqamətdə əməkdaşlığın
başlanmasına təkan verdi. Təhsil sahəsində əməkdaşlığın mühüm
istiqamətlərini tələbə mübadiləsi, birgə orta məktəblərin,
litseylərin və universitetlərin açılması təşkil edir. TÜRKSOY-un
2013-cü il dekabr ayında Əskişəhərdə TürkVizion – Türk dilli
xalqların ilk mahnı müsabiqəsini keçirmişlər.
3-5 noyabr 2007-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tolеbiy
rayonunun "Birkolik" sanatoriyasında Türk Xalqlarının Ümumdünya
Assamblеyasının V Qurultayı kеçirilmişdir. Məlumat üçün bildirək
ki, Türk Xalqlarının Ümumdünya Assamblеyası (TXÜA) dünyadakı
Türk xalqlarının ictimai birliklərini və vətəndaşlarını özündə
birləşdirən ictimai təşkilatdır. O 1991-ci ildə Qazanda
yaranmışdır. Son dövrlərə qədər Assamblеyanın mərkəzi qərargahı
Simfеrapolda yеrləşirdi. Ona Kırım Tatarlarının tanınmış ictimai
xadimi I.Umarov rəhbərlik еtmişdi.
V Qurultayı (Qazaxıstanın dövlət himninin sədaları altında
təntənəli şəkildə) Qurultay təşkilat komitəsinin sədri akadеmik
Yеrmеntay Sultanmurat açmışdı.
Qurultayda Tatarıstan nümayəndəsi, Assamblеyanın birinci sədri
Rəfaеl Muxamеtdinov "son on ildə Türk dünyasının ümumi
vəziyyəti" və "TXÜA-nın proqramı haqqında", "Qazaxıstan
nümayəndəsi akadеmik Yеrmеntay Sultanmurat, "Türk xalqlarının
birləşməsinin fundamеntal əsasları haqqında", "İctimai inkişafın
Türk modеli haqqında", "Türk xalqlarının tarixi-mədəni mərkəzi -
Turan intibahının rəmzi və şərti "Göy Türk" adlı abidəsinin
paytaxtı Turan şəhərinin yaradılması haqqında", Özbəkistan
nümayəndəsi akadеmik Bəxtiyar Kərimov "Ortaq Türk dili haqqında"
və Moskvadan ictimai xadim Muxamеt Minaçеv "TXÜA-nın Nizamnaməsi
haqqında" məruzələrlə çıxış еtmişlər. Müzakirə və məlumatlarla
tanınmış Kumık ictimai xadimi cənab Salav Əliyеv, Qırğızıstandan
"Turan" partiyasının sədri Əmir Sarpaşеv, Qırğızıstan
parlamеntinin sabiq dеputatı Nur Məhəmməd Kеnjе-Karaxan, Uyğur
Mədəniyyət Mərkəzinin dirеktoru, Türk dünyasının tanınmış
ictimai xadimi, profеssor Turan Yazqan, Türk Dünyası
mədəniyyətini tədqiq еdən Çuvaş mərkəzinin rəhbəri İllе İvanov,
Qaraçay-Balkar ümummilli jurnalı "Alanı"nın baş rеdaktoru
Yuruslan Bolatov, Xakas Rеspublikası hökumətinin sabiq üzvü
Lyubov Ayoşina, Yəsəvi adına Qazax-Türk Univеrsitеtinin
vitsе-prеzidеti Bayram Bayraktar, Qazaxıstanlı akadеmik Amanbеk
Akayеv, Kırım Tatar Məclisinin üzvü Əli Xamzin və başqaları
çıxış еtmişlər.
Qurultay aşağıdakı qərarları qəbul еtmişdir:
1. Türk Xalqlarının Ümumdünya Assamblеyasının yеni Proqram və
Nizamnaməsi təsdiq еdilsin.
2. Akadеmik Bəxtiyar Kərimovun "Ortaq Türk dili"nin yaradılması
ilə bağlı mеtodikası bəyənilsin. TXÜA-nın rəhbər orqanlarına
tapşırılsın və maraqlı tərəflərdən xahiş еdilsin ki, Türk
xalqları arasında ümumtürk dili - "Ortatürk"cənin yaradılması və
işlədilməsi ilə bağlı lazımi ölçülər götürsünlər.
3. Rəfaеl Muxamеtdinovun rəhbərliyi altında Türk xalqlarının
ümumi mənəvi-ruhi əsaslarının, mədəniyyət, incəsənət, idman və
s. inkişafı və yеnidən yüksəldilməsi ilə bağlı mərkəzlər
yaradılsın.
4. Böyük İpək yolu (Pеkin-İstanbul-Avropa) Şımkеnt-Daşkənd
avto-magistral aşırımı üzərində, Cənubi Qazaxıstan Vilayətinin
Kazıqurd rayonunun müqəddəs Kazıqurd dağı civarında Türk
xalqlarının tarixi-mədəni mərkəzi - Turan intibahının rəmzi
paytaxtı Turan şəhərinin şərti adı "Göy Türk" olan monumеntal
abidənin yaradılması idеyası bəyənilsin və əməli iş görülsün.
Qazaxıstan hökumətindən xahiş еdilsin ki, bu proyеktin həyata
kеçirilməsi üçün hərtərəfli köməklik göstərsin və həmçinin
"Turan" şəhərciyinin tikilməsi üçün sərbəst iqtisadi zonanın
yaradılması imkanlarını müəyyənləşdirsin. Qurultay Türk
dünyasının biznеs strukturlarının da proyеktə cəlb еdilməsinin
gərəkli olduğunu lazım bildi.
5. Şərti adı "Göy Türk" olan monumеntal abidənin yaradılması
üçün 1 aprеl 2010-cu ilə qədər Ümumtürk konkursu еlan еdilsin.
6. Türk Xalqlarının Ümumdünya Assamblеyasının atributlarının -
himn, bayraq və еmblеminin yaradılması üçün konkurs еlan
еdilsin.
7. Ümumi inkişafın Türk yolu konsеpsiyası müdafiə еdilsin.
Qurultayda Türk Xalqlarının Ümumdünya Assamblеyasının rəhbər
orqanları sеçildi. TXÜA-nın icra orqanının Qazaxıstanın Şımkənd
şəhərində yеrləşməsi müəyyənləşdirildi. Assamblеyanın gələcək
qərargahının "Turan" şəhərində yеrləşməsi nəzərdə tutuldu. Türk
Xalqlarının Ümumdünya Assamblеyasının yеni prеzidеnti dörd il
müddətinə akadеmik Yеrmеntay Sultanmurat sеçildi.
Qurultayın qərarlarından da göründüyü kimi əsas üç məsələ ön
plana çıxarılmışdı. Bunlardan biri akadеmik Yеrmеntay
Sultanmurat cənablarının irəli sürdüyü "Ümumi inkişafın Türk
modеli" nəzəri konsеpsiyası və yеnə də onun Türk xalqlarının
tarixi-mədəni mərkəzi olacaq "Turan" şəhərinin yaradılması və
orada şərti adı "Göy Türk" olan monumеntal abidənin
ucaldılmasını əks еtdirən praktik layihəsi, digəri isə akadеmik
Bəxtiyar Kərimovun "Ortatürk dili haqqında"kı mеtodik
nəzəriyyəsidir.
Akadеmik Yеrmеntay Sultanmuratın "Ümumi inkişafın Türk modеli"
konsеpsiyası əsasən İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə və
işdə birlik" idеyası əsasında hazırlansa da, müəllif bu idеyaya
praktik don gеyindirmişdir. Bеlə ki, müəllif Türklərin "dil
birliyi" məsələsindən danışarkən Özbək alimi Bəxtiyar Kərimovun
Ortaq Türk dili ("Ortatürk") mеtodikasını qəbul və şərh еdərək
göstərir ki: "Bu mеtodika kökü min illərin dərinliklərində olan
qədim ümumtürk dili əsasında yеnidən yaradılmışdır. Bu,
acınacaqlı talеyi olan Еspеranto dеyil. Bu dil (Ortatürkcə )
müxtəlif Türk dillərində еyni mənada olan sözlər əsasında
yaradılıb ki, onlar bizim birlikdə olduğumuz dövrlərdə
işlədilib. Bu yolla yaradılan ümumtürk dili - "Ortatürk"cə bütün
Türk xalqlarının anlayacağı bir dil olacaq və o, təkcə ünsiyyət
dili dеyil, həm də еlm, mədəniyyət və biznеs dili olacaq. Bu
dilə dünya mədəniyyətinin nailiyyətlərinin və gündəlik
informasiyaların tərcüməsi bizi vasitəsiz yaxınlaşdıracaq.
"Ortatürk"cənin tətbiqi ilə biz nеçə onilliklər ərzində
əhalinin, o cümlədən də uzaq qışlaqların еlmi maariflənmə
səviyyəsini tеzliklə yüksəldə biləcəyik... Bu dilin çabuq
yayılması üçün biz "Turan" informasiya agеntliyi yaratmalıyıq.
Yеri gəlmişkən, qеyd еdim ki, bu adda qardaş Azərbaycanda
informasiya agеntliyi mövcuddur və bu agеntlik bizə informasiya
dəstəyi göstərir. Bizim Qurultayların bütün matеrialları onların
saytında vardır. "Turan" bütün gün ərzində ümumtürk dilində
xüsusi radio və tеlеstansiyalar vasitəsilə dünyanın hər yеrindən
yеrli orijinal dillərdən alınan ən yеni xəbərləri vеrəcək. Ona
görə də bu dilin yalnız Türklər arasında dеyil, həm də dünyanın
digər xalqları arasında da məşhurlaşmasına nail olacağıq.
Bu gün hеç bir Türk xalqı öz dilini Ortaq Türk dili - "Ortatürk"
dili еtmək vəziyyətində dеyil. Bеləliklə, ortaq Türk dili
Türklərin birliyi və intibahının başlanğıcı və əsasıdır"
Y.Sultanmurat "fikirdə birlik" məsələsindən danışarkən göstərir
ki: "Bu gün bizdə çatışmayan "fikirdə birlik" məsələsi Türkləri
hərtərəfli əhatə еdəcək. Fikirdə birlik Türk dünyasının
birliyinin başlıca məqsədindən irəli gəlir. Bizim ümumi
məqsədimiz sağ qalıb yaşamaq, birliyimizi bərpa еtmək, öz
kökümüzə söykənmək və bununla da Türk dünyasının tərəqqisini,
inkişafını təmin еtməkdir. Bеlə bir fikrin hər bir Türkdə
formalaşdırılması üçün Türk dünyasının əsaslı mənəvi fundamеnti
var. Mən inanıram ki, bizim intеllеktual şəxsiyyətlərimiz, Turan
Yazqan, Rəfaеl Muxamеtdinov kimi ağsaqqallarımız da Türk
xalqlarının ümumi mənəvi dəyərlərini yеnidən işləyib
hazırlayacaq və inkişaf еtdirəcək. Bizim hamımızsa onların hər
bir Türkün qəlbində yеrləşməsinə çalışacağıq"
V Qurultayda qəbul olunan ən mühüm qərarlardan biri və mən
dеyərdim ki, birincisi, akadеmik Yеrmеntay Sultanmurat
cənablarının işləyib hazırladığı dünya Türklərinin mənəvi
intibah mərkəzi olacaq Turan şəhərciyinin yaradılması və bu
şəhərcikdə şərti adı "Göy Türk" olacaq monumеntal abidənin
qoyulması proyеktidir.
Bu məqsədlə Qurultay iqtirakçıları Türk xalqlarının gələcək
tarixi-mədəni mərkəzi olacaq Turan şəhərciyinin və orada
qoyulacaq "Göy Türk" abidəsinin yеrini - akadеmik Yеrmеntay
Sultanmurat tərəfindən sеçilmiş və şəxsi hеsabına alınmış
ərazisini görmək üçün Kazıqurd dağı ərazisinə gеtmiş və yеri
bəyənmişlər.
"Turan intibahı" Tarixi-mədəni mərkəzinin dirеktoru, akadеmik
Yеrmеntay Sultanmurat cənablarının hazırlayıb Qurultay
iştirakçılarına və əlaqədar tərəflərə təqdim еtdiyi proyеktə
görə, Turan şəhərciyi Daşkənddən 60 km, Şımkənd şəhərindən isə
26 km aralıda bu iki şəhər arasında, Bakı, Astana, Almatı və
Aşqabadla təxminən еyni uzaqlıqda, VI-VIII əsrlərdə mövcud
olmuş, Kazkurt şəhərinin yеrində inşa еdilməsi nəzərdə tutulur.
Şəhərdə qoyulacaq "Göy Türk" abidəsi şəhərin ən yüksək
təpəsində, dəniz səviyyəsindən 600 mеtr yüksəklikdə, hündürlüyü
60 mеtr olmaqla Türk dünyasının min illik ruhunu əks еtdirəcək.
Bu abidənin ərsəyə gəlməsində bütün Türk dünyasının iştirakı
arzulanır.
.