|
1924 |
Teymur Süleyman oğlu Əliyev mart ayının 28-də Şuşa şəhərində
anadan olmuşdur. |
1931 |
Ailəliklə Bakıya köçmüş, burada 132 saylı orta məktəbdə orta
təhsil almağa başlamışdır. |
1938
|
“İspaniya qəhrəmanlarına” adlı ilk şeiri
Bakı Mərkəzi Pionerlər Evinin Azərbaycanda Aprel
revolyusiyasının 18-ci illiyinə və 1 May bayramına həsr
olunmuş “Şeirlər məcmuəsi”ndə dərc edilmişdir; |
Orta məktəbin 8-ci sinfində oxuyarkən “Azərbaycan” şeirini
qələmə almışdır. |
1939 |
“Azərbaycan” şeiri Bakı Mərkəzi Pionerlər Evinin nəşr
etdiyi “Şeirlər məcmuəsi”ndə dərc olunmuşdur. |
1941 |
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olmuşdur; |
“Gənc işçi” qəzeti redaksiyasında
ədəbi işçi işləmişdir. |
1941-1942
|
Azərbaycan Radio Komitəsində ictimai-siyasi
verilişlər baş redaksiyasında
ştatdankənar müxbir kimi çalışmışdır. |
1942-1943 |
Azərbaycan Radio Komitəsində ictimai
-siyasi verilişlər baş redaksiyasında
diktor, redaktor, məsul redaktor
vəzifələrində işləmişdir.
Radionun “Uşaq və gənclər” radio
verilişləri şöbəsinin müdiri olmuşdur. |
1943-1945 |
Böyük Vətən müharibəsində Zaqafqaziya
cəbhəsində kursant, kiçik komandir, alay
komsomol təşkilatçısı, Zaqafqaziya cəbhə
siyasi heyətinin hazırlıq və yenidən
hazırlıq kurslarının müdavimi olmuşdur. |
1945
|
“Almaniya üzərində qələbəyə görə” ordeni
ilə təltif edilmişdir. |
1945-1946
|
Ordu sıralarından tərxis ediləndən sonra
APİ-nin komsomol komitəsinin katibi
işləmişdir. |
1946-1948 |
Azərbaycan LKGİ Bakı şəhər komitəsinin
birinci katibi olmuşdur. |
1948 |
Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini bitirmişdir. |
1948-1949 |
Azərbaycan LKGİ MK Təbliğat və təşviqat
şöbəsi müdirinin müavini olmuşdur. |
1949-1950 |
Azərbaycan LKGİ Bakı komitəsinin katibi
olmuşdur. |
1950-1952 |
Azərnəşrin siyasi-ictimai ədəbiyyat
şöbəsinin müdiri işləmişdir. |
1952-1953 |
Azərbaycan Nazirlər Soveti yanında Radio
Məlumat Komitəsi sədrinin müavini
işləmişdir. |
1953-1955 |
Azərbaycan Nazirlər Soveti nəşriyyat
qrupunun rəisi, katibliyin müdiri
olmuşdur. |
1955-1957 |
Azərbaycan KP MK-nın Elm və mədəniyyət
şöbəsinin təbliğat və təşviqat
bölməsinin müdir müavini işləmişdir. |
1956 |
Azərbaycan KP XXI qurultayında
Azərbaycan KP Təftiş Komissiyasının üzvü
olmuşdur. |
1957 |
Sovet İttifaqı rəsmi nümayəndə heyətinin
tərkibində Albaniyada olmuşdur; |
Moskva şəhərində gənclərin və
tələbələrin Ümumittifaq və VI Ümumdünya
festivallarında Azərbaycan SSR
nümayəndələrinin müvəffəqiyyətli
iştirakı ilə əlaqədar olaraq Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin Fəхri
Fərmanı ilə təltif edilmişdir. |
1957-1964 |
Azərbaycan Televiziya və Radio
Verilişləri Komitəsinin sədri olmuşdur. |
1958 |
Azərbaycan Yazıçılar Birliyinin üzvü
seçilmişdir; |
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
seçilmişdir; |
Azərbaycan KP XXII qurultayında
Azərbaycan KP Təftiş Komissiyasının üzvü
olmuşdur. Azərbaycan KP MK üzvlüyünə
namizəd seçilmişdir. |
1959 |
Xidmətlərinə görə “Şərəf nişanı” ordeni
ilə təltif olunmuşdur; |
Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. |
1959-1962 |
V çağırış Azərbaycan Ali Sovetinin
deputatı seçilmişdir. |
1960
|
Azərbaycan KP MK-nın XXIV Qurultayında
Azərbaycan KP MK üzvü seçilmişdir. |
1961 |
Azərbaycan KP MK-nın XXV Qurultayında
Azərbaycan KP MK üzvü seçilmişdir. |
1962 |
Sovet İttifaqı rəsmi nümayəndə heyətinin
tərkibində Bolqarıstanda olmuşdur. |
1963-1966
|
VI çağırış Azərbaycan Ali Sovetinin
deputatı seçilmişdir. |
1964
|
Azərbaycan KP MK-nın XXVI Qurultayında
Azərbaycan KP MK üzvü seçilmişdir; |
Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. |
1964-1975 |
Azərbaycan KP MK Təbliğat və təşviqat
şöbəsinin müdiri olmuşdur. |
1965 |
“1941-1945-ci
illərdə Böyük Vətən müharibəsində
qələbənin 20 illiyi” medalı
ilə təltif edilmişdir. |
1966 |
“Əmək rəşadətinə görə” medalı
ilə təltif edilmişdir; |
Sovet İttifaqı rəsmi nümayəndə heyətinin
tərkibində Macarıstanda olmuşdur; |
Azərbaycan KP MK-nın XXVII Qurultayında
Azərbaycan KP MK üzvü seçilmişdir. |
1967-1972
|
VII çağırış Azərbaycan Ali Sovetinin
deputatı seçilmişdir. |
1968 |
“Əməkdə fərqlənməyə görə” medalı ilə
təltif edilmişdir; |
“Göyərçin” jurnalının 10 illiyi ilə
əlaqədar gənclərin kommunist tərbiyəsi
işində fəal iştirakına görə Fəxri
Fərmanla təltif edilmişdir. |
1968-1969 |
ÜİLKGİ MK-nın
Fəxri fərmanları ilə təltif edilmişdir. |
1969 |
Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. |
1970 |
V.İ.Leninin anadan olmasının 100 illiyi
münasibətilə “Əməkdə fərqlənməyə görə”
medalı ilə təltif edilmişdir. |
1971 |
Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı
Ordeni” ilə təltif olunmuşdur; |
Azərbaycan KP
MK-nın XXVIII Qurultayında Azərbaycan KP
MK üzvü seçilmişdir. |
1972-1975 |
VIII çağırış Azərbaycan Ali Sovetinin
deputatı seçilmişdir. |
1973 |
Sovet İttifaqı rəsmi nümayəndə heyətinin
tərkibində Polşada olmuşdur. |
1974 |
Anadan olmasının 50 illiyi və
respublikanın sovet və partiya
orqanlarında səmərəli fəaliyyətinə görə
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəхri Fərmanı ilə təltif
edilmişdir; |
Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. |
1975 |
“1941-1945-ci
illər Böyük Vətən müharibəsində
qələbənin 30 illiyi” medalı
ilə təltif olunmuşdur. |
1975-1988 |
Azərbaycan Mədəniyyət nazirinin müavini
vəzifəsində çalışmışdır. |
1978 |
Azərbaycan SSR-də tarixi abidələrə
respublika baxışında fəal iştirak
etdiyinə görə Azərbaycan Tarix və
Mədəniyyət Abidələrini Könüllü Mühafizə
Cəmiyyətinin Rəyasət Heyətinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. |
1981 |
“Qar qız” mənzum pyesi M.Qorki adına
Gənc Tamaşaçılar Teatrında tamaşaya
qoyulmuşdur. |
1983 |
“Qar qız” mənzum pyesi M.Qorki adına
Gənc Tamaşaçılar Teatrında tamaşaya
qoyulmuşdur. |
1984 |
Anadan olmasının 60 illiyi münasibətilə
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəхri Fərmanı ilə təltif
edilmişdir. |
1988-1990 |
Azərbaycan KP MK Ümumi şöbəsinin müdiri
olmuşdur. |
1989 |
Vasif Adıgözəlovla “Qarabağ şikəstəsi”
oratoriyasını yazmışdır. |
1991 |
Vasif Adıgözəlovla birgə “Qarabağ
şikəstəsi” oratoriyasının musiqisi və
sözlərinə görə ədəbiyyat, incəsənət və
arxitektura sahəsində 1990-cı il
Azərbaycan Respublikasının Dövlət
mükafatı laureatı adına layiq
görülmüşdür; |
Azərbaycan Yazıçılar Birliyinin İdarə
Heyətinə üzv seçilmişdir. |
1992 |
Mart ayının 14-də Bakı şəhərində vəfat
etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. |
1994 |
Azərbaycan Respublikası Nazirlər
Kabineti anadan olmasının 70 illik
yubileyinin keçirilməsi və xatirəsinin
əbədiləşdirilməsi haqqında qərar
vermişdir. |
<< Geri
|