Mənim istəkli Teymurum! İnan ki, Sənin günəş kimi isti məktubun məni nə qədər sevindirdi. Teymurcan! Bir daha təsdiq etdim ki, T e y m u r kimi mənim və yalnız mənim böyük dövlətim var! Fikrət Əmirov, SSRİ Xalq artisti Azərbaycan mədəniyyəti tarixində ziyalılıq nümunəsi olan Teymur Elçinin yeri həmişə görünür. Bəzən düşünürəm ki, bax, bu məqamda Teymur Elçinin yerinə başqa bir məmur işləmiş olsaydı, mədəniyyətimiz görün, nələr itirə bilərdi. Bu yer üzündə şərti olaraq iki Teymur – zabitəli, ciddi, tələbkar partiya adamı Teymur Əliyev və ipək kimi yumşaq, həlim, mehriban, kövrək, göy üzü kimi çağlar, dumduru gözləri ilə insanları sevən – şair Teymur Elçin yaşayırdı. *** Teymur Elçin hələ indiyə qədər qiymətini almayan bənzərsiz bir tərcüməçidir. ...Azərbaycan dilinin bütün rəngləri, çalarları, gözəllikləri tərcümələrində bütün parlaqlığı ilə üzə çıxmışdır. Budur əsl sənətkarlıq! Elçin, Xalq yazıçısı Teymur müəllim çox işıqlı bir insan idi, ziyalı bir insan idi və hamımızın xatirələrində də, o cür ziyalı kimi, o cür işıqlı insan kimi, xalqına bağlı olan, onun mədəniyyətini, onun ədəbiyyatını, onun dilini yaşatmaq istəyən, onların qayğısına qalan insan kimi yadda qalıb. *** Teymur Elçin Azərbaycan poeziyasında yüksək əxlaqi mənəvi-dəyərlər əxz edən nümünələr yaratmaqla özünə qarşı böyük məhəbbətə, sevgiyə nail olmuşdur. Müxtəlif yaş dövrünə malik olan poeziyasevərlərin maraq dünyasını nəzərə alan Teymur Elçin azyaşlı təbəqəyə malik uşaqların da tələbatını yaddan çıxarmayaraq, onların dünyasına uyğun olan fikir və ideyalarını ustalıqla nəzmə çəkmişdir. Teymur Elçinin adı Azərbaycan ədəbiyyatı tarixində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi qalmışdır. Anar, Xalq yazıçısı Teymur Elçin Azərbaycan klassik poeziyasını yaхşı bilən, müasir rus və dünya ədəbiyyatının nailiyyətlərini öyrənən və istedadla yazılmış uşaq əsərlərində bunlardan yaradıcılıq yolu ilə faydalanan şairlərimizdən biridir. Onun əsərlərinin ən mühüm məziyyəti bununla izah olunur ki, şair öz sözünü uşaq aləminə, psiхologiyasına məхsus incə bir kamertonla kökləməyi bacarır. Balacaların mənəviyyatına dərindən nüfuz edə bildiyi üçün T.Elçin onların bakir fikir və duyğular, arzu və həvəslər, maraq və duyğular dünyasında öz şeir və poemaları ilə doğmadır, arzuediləndir. Onun əsərlərində iki qat olduğunu görənlər haqlıdırlar. İlk təəssüratla bağlı olan birinci qat şən yumordur. Uşaq ürəkaçan yumorla yoğrulmuş misraları oхuduqca, yaхud dinlədikcə ürəkdən gülür. Lakin əsas qayə ikinci plandan baş qaldırır və fəhmli oхucunu düşündürür. Bəkir Nəbiyev, akademik Vətəndaş – ziyalı, milli-ədəbi və ictimai xadim nümunəsi kimi şəxsiyyətinə, daxili-mənəvi mədəniyyətinə həmişə xüsusi ehtiram bəslədiyim ziyalılardan biri də Teymur müəllimdir. Yaşar Qarayev, AMEA-nın müxbir üzvü Teymur Elçin qəlbi, düşüncəsi, zəkası, əqidəsi, əməli, bütün fəaliyyəti ilə Vətəninə, Millətinə sadiq olan bir unudulmaz məslək dostumdur. Cəmil Quliyev, akademik Teymur Elçinin şeirlərinin uşaqları nə qədər şənləndirdiyinin və sonra da necə düşündürdüyünün, mübahisələr doğurduğunun dəfələrlə şahidi olmuşam. “Qarğanın məktəbində” şeirində qarğa quşları yığıb onlara dil öyrədir. “Qarr-qarr elə”! Lakin sərçə “qarr” əvəzinə “cik-cik” deyir, bildirçin “bıp-bıpıt” deyir. Hər quş öz dilində oxuyur. Bircə tutuquşu qarğanı yamsılayır. Teymur Elçinin belə şeirləri dərin mənası ilə birgə, həm də uşaqları dilimizin zəngin, gözəl səslər aləminə aparır və onları bu dilə heyran qoyur. Sabir Rüstəmxanlı, Xalq şairi, millət vəkili Teymur müəllim sərrast müşahidəyə malikdir, uşaqların əhval-ruhiyyəsini yaxşı bilir. Onun əsərlərində müasirliklə milli kolorit üzvi surətdə birləşir. Onun kiçik qəhrəmanı yeni dövrün, yeni mədəniyyətin meyvəsi olmaqla bərabər, bütün təbiəti ilə, bütün xarakterik cizgiləri ilə azərbaycanlıdır! İlyas Əfəndiyev, Xalq yazıçısı Teymur Elçin sevib-sevilmək, oyanmaq hisslərini cəmiyyətin ən məsum xilqətinə - körpə balalara, uşaqlara aşılamaq yolunu tutub. Onun istedadı, bədii təfəkkürü uşaq əsərlərində zildir. Təsadüfi deyil ki, qeyri-uşaq şeirlərində də uşaq anlayışlı obrazlar, təşbehlər çox səmimidir. *** T.Elçinin uşaq şeirlərinin arxitektonikası nəzəri ümumiləşdirmə üçün maraqlı material verir. Dilçilikdə belə bir fikir mövcuddur ki, insan dilinin törəməsi ilə uşağın dil açma prosesinin müəyyən uyğunluqları var. Teymur Elçin şeirinin quruluşu ilə ilk bəşər şeirinin, məsələn, qədim türk-Azərbaycan şeirinin tərkib hissələri arasında analogiya hiss olunur. Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Əzizim Teymur müəllim! Hissi qane etmək, inandırmaq ayrı şeydir – sənətkarlıqdır. Siz inandırırsınız! Bu bədii inandırıcılığın sirri isə hər şeydən əvvəl Sizin hissi idrakınızdakı səmimiyyət, yanğı, düşmənə, vəhşiliyə güclü nifrət, dosta-insanlığa böyük məhəbbətdir. Məmməd Cəfər, akademik O, şair qəlbli böyük bir dövlət adamı idi. *** Teymur Elçin həm bir yaradıcı, həm də adi bir insan kimi çox böyük və nəcib xüsusiyyətlərə malik idi. Teymur Elçin həmişə çalışırdı ki, cavanlara, istedadı olanlara kömək etsin. Başa düşürdü ki, onlar Azərbaycanın gələcəyidir. Polad Bülbüloğlu, Xalq artisti Uşaq dünyaya gələn gündən böyüyür və dünyanı anlayır. Laylalardan anlayır, sevməcələrdən, tapmacalardan, bilməcələrdən... anlayır. Uşaq dünyada nə görürsə, qəlbinə köçürür, yaddaşına yazır. Biz, böyüklər isə... uşaq aləminin heç yüzdə birini də duya bilmirik, yaza bilmirik. Teymur Elçin uşaq dünyasını addım-addım böyüdüyünü diqqətlə, məhəbbətlə müşahidə edir, misralarında əbədiləşdirir. Hidayət, şair-dramaturq, Əməkdar incəsənət xadimi Şair Teymur Elçindən söz düşəndə həmişə onu uşaq ədəbiyyatımızın tanınmış nümayəndəsi kimi təqdim edirlər. Ədəbiyyatşünaslıqda belə bir bölgü məqbul sayılsa da, bu həqiqi sənət nümunələrini müəyyən bir qəlibə salmaq baxımından mənə mübahisəli görünür. Çünki uşaq dünyasının qayğıları bütövlükdə böyüklərin, ümumiyyətlə, cəmiyyətimizin problemləri deyilmi? Hətta dünyanın ən vacib problemi – Sülh, dinc yanaşı yaşamaq, əmin-amanlıq məsələlərindən danışanda belə ilk növbədə gözümüzün qabağına uşaqlar gəlir. “Uşaqlar sabahımızdır” deyən böyüklər onların həm də bizim bu günümüz olduğunu yaxşı bilirlər. Bax, bu ölçülərlə istəkli şairimizin yaradıcılığına yanaşanda hər şeydən öncə onun narahat təbiətli, əsrin qayğıları ilə nəfəs alan həqiqi şair olduğunu görürük.
*** Əgər uşaqlar üçün yazılan bir şeirdə qarşıya qoyulan məqsəd, təlqin edilən estetik amil böyükləri də düşündürmürsə, maraqlandırmırsa, bu şeirin bədii dəyərindən danışmaq artıqdır və həm də bu o deməkdir ki, böyüklər üçün yaza bilməyən şairin uşaqlar üçün yazdığı şeirlərin poetik məziyyətləri də, bir az yumşaq desək, mübahisəlidir. Azərbaycan poeziyasının təcrübəsi, klassiklərimizin yaradıcılığı da bunu sübut edir. Bir anlıq Sabiri, Abbas Səhhəti, Abdulla Şaiqi xatırlayaq. Ümumi bir fikir demək niyyətində olsaq, Teymur Elçin yaradıcılığını bu həqiqi sənət ənənəsinin uğurlu davamı hesab etmək olar. Abbas Abdulla, Əməkdar mədəniyyət işçisi Teymur Süleymanoviçin yaradıcılıq diapozonu çox genişdir. Tanrı ona sənətin ənginliklərinə ucalmaq üçün böyük istedad verib. Mən onu Korney Çukovski, Sergey Mixalkov, Aqniya Barto kimi qüdrətli rus şairlərilə bir cərgədə görürəm. Vaxt qıtlığı ona aman vermir. Ancaq o, qəhrəmancasına yazıb yaradır, balalara sevinc bəxş edir. Boris Dubrov, rus şairi Mən Teymur Elçinin əsərlərini oxuyanda Günər mənə sehrli nar ağacından bir nar verdi, dedi yesən, ömrün yüz il uzanacaq. Mən o sehrli narı bu kitabları yazan əziz, hörmətli şair Teymur Elçinə bağışlayıram. Qoy o, uzun illər yaşayıb- yaratsın və uşaqlarımız üçün gözəl nağıllar, şeirlər, nəğmələr yazsın. *** Teymur Elçinin “Şəkərim, duzum” kitabına toplanmış şeirlər, poemalar, nağıllar, tapmacalar, nəğmələr balaca oxucularına sözlərin məna çalarlarını öyrətmək, müxtəlif tərbiyəvi fikirlər aşılamaq, ibrətamiz həyat hadisələrini dərk etdirmək məqsədilə yazılmışdır desək səhv etmərik. O, gözəl insan, talantlı yazıçı, qanadlı nəğmələr müəllifidir. Mirvarid Dilbazi, Xalq şairi Teymur müəllim! Siz dəst-xətti olan təkrarolunmaz şairsiniz. Biz Sizinlə fəxr edirik. 60-cı illərin aşırımını keçdiyiniz bu bahar günlərində Sizə bahar ətirli həyat, poeziyamızın daha uzaq zirvələrinə uçmaq üçün möhkəm cansağlığı, xoşbəxtlik, şeirlərinizin Təbrizdə çapını görməyinizi arzu edirik. Mədinə Gülgün, şair,Əməkdar incəsənət xadimi Əziz qardaşım Teymur! Siz gözəl şair, qayğıkeş və humanist dostsunuz. Siz xalqımızın çox istedadlı, özünəməxsus şair oğlusunuz. Balaş Azəroğlu, Xalq şairi Teymur əsl ziyalı idi, azərbaycanlı ziyalısı. Hansı vəzifədə çalışırsa-çalışsın, onun sinəsində qeyrətli Azərbaycan türkünün ürəyi döyünürdü. *** Teymur bizim ədəbiyyatımızın yaxın dostu idi. Teymur sözə zərgər kimi yanaşırdı. Və buna görə də, onun şeirləri uşaqlar tərəfindən çox sevilirdi, əzbər deyilirdi. Teymur eyni zamanda yaxşı mahnıların müəllifi idi. Onun qoyub getdiyi əsərlər bu gün də, Azərbaycan ədəbiyyatının, Azərbaycan poeziyasının gözəl nümunələri kimi yaşayır və yaşayacaqdır, bundan sonra da çox dərsliklərə düşəcəkdir. Teymur Elçin poeziya zərgəri, dostluqda etibarı uca tutan bir şəxsiyyətdir. Hüseyn Abbaszadə, Xalq yazıçısı Teymur Elçinin şeir və poemalarının əksəriyyəti kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulub. Bu isə, şairdən istedadla yanaşı uşaq aləmini bilmək bacarığı tələb edir. Uşaq dünyasının bir-birinə bənzəməyən müxtəlif rəngləri, rəng çalarları vardır ki, bunu görüb duymaq və kağıza köçürmək şairdən xüsusi məharət tələb edir. Teymur Elçin həyatda, cəmiyyətdə və təbiətdə baş verən hadisələr barədə öz balaca oxucusunda aydın təsəvvür yaradır, elə bu yaşından başlayaraq onların şüurunda sonralar – yaşlananda görəcəkləri əhvalatları lövhə-lövhə, mənzərə-mənzərə əks etdirir. Əliağa Kürçaylı, şair, dramaturq Teymur müəllim həyəcanını büruzə verən adam deyildi. Ancaq mən söhbətlərimizdən görürdüm ki, o, Qarabağın işğal olunması dərdi ilə barışa bilmir. Bir sıra yazıçı, şair və bəstəkarlarımızı Qarabağ dərdi apardı. Onlardan biri də Teymur Elçin oldu. Vasif Adıgözəlov, Xalq artisti Teymur Elçinin “Şəkərim-duzum”, “Torağayın nəğməsi” kitabları uşaqların psixologiyasını dərindən duyan, onlara duzlu-məzəli söz deyən həssas bir müəllifin qələmindən çıxmışdır. Uşaqlarımızı vətənpərvər ruhda tərbiyə edən bu əsərlər dövlət mükafatına layiqdir. Hikmət Ziya, Əməkdar incəsənət xadimi Teymur Elçin yaz yağışı kimi gurultu-pırıltı ilə gəlib-gedən və ya qış günəşi kimi qalın buludlar ardından soyuq-soyuq gülümsünüb ötən bəzi yazıçılardan tamamilə fərqli olaraq bu vəzifənin həm şərəfini, həm də ciddiyyət və məsuliyyətini dərk edib uşaq ədəbiyyatına gəldiyini əsərlərində isbat etmiş yazıçıdır. Mikayıl Rzaquluzadə, nasir, şair Teymur Elçin bizim ədəbiyyatımızda özündən sonra yeri görünən çox istedadlı uşaq şairidir. O, harada işləməsindən asılı olmayaraq yerində olan adam idi. Ən qiymətlisi isə onun əsl Azərbaycan ziyalısı olmasında idi. Azərbaycan ziyalısı üçün mümkün olan nə vardısa Teymur müəllim onu edirdi. Ziyalıların yaşaması, sınmaması üçün çox ciddi işlər görürdü. Və ömrünün sonuna kimi o, əsl ziyalı, əsl şair kimi qaldı. Təmiz, pak, həyalı, yüksək mədəniyyətli gözəl şair. O saflığı Teymur müəllim özü ilə də apardı... Fikrət Qoca, Xalq şairi O, sözlə nəfəs alır, sözlə yaşayırdı, sözün ülviliyini uca tuturdu. Həm xalq dilinə, həm də ədəbi dilə vaqif idi – necə gözəl bilirdi dilin incəliklərini! *** O, öz zəhməti, istedadı ilə taleyini yaza-yaza örnək olan şərəfli bir ömür yaşayıb və adını doğma xalqının ürəyinə, yaddaşına həkk edib. Söz karvanı sabaha, gələcəyə üz tutub Teymur Elçinin! *** Teymur Əliyev, adı böyük hərflərlə yazılacaq əsl ziyalı idi. Onun bir çox ziyalıların, yazıçıların, televiziya jurnalistlərinin, ayrı-ayrı sənət adamlarının taleyində misilsiz xidmətləri olmuşdur. *** Teymur Elçinin şeirləri folklordan qaynaqlandığı üçün oxucunu sehrləyirdi. Onun balacalar üçün yazdığı nağıllar bal kimi şirin idi. Bu yazılar bu gün də uşaq ədəbiyyatının qızıl saxlancıdır. *** Bahar ünvanlı sənətkarlar sırasında mənim qəlbən sevdiyim, özümə ustad saydığım, xatirəsini uca tutduğum bir insan var – Teymur Elçin. Teymur müəllim tələbkar rəhbər olduğu qədər də həssas, qayğıkeş, təvazökar bir insan idi. Teymur müəllim bir məktəb – universitet idi. Onun tələbkarlığı bizim nəslin canına, qanına, iliyinə, sümüyünə işləyib. Biz onunla – ustadımızla həmişə fəxr etmişik, edirik və edəcəyik də! Nahid Hacızadə, yazıçı
O, sənətə, poeziyaya sədaqətlə, vicdanla xidmət edən, daim qəlbinin səsini dinləyən şairdir. Teymur Elçində məsuliyyət hissi güclüdür, şairlik adından sui-istifadə ondan uzaqdır. *** Teymur Elçinin kifayət qədər yaradıcılıq təcrübəsi, sevimli mövzuları, surətləri, qəhrəmanları vardır. Onun əsərlərini nəzərdən keçirəndə belə qənaətə gəlirsən ki, Teymur Elçin bütün varlığı ilə, bütün istedadı ilə uşaq ədəbiyyatına bağlı şairdir. Sadəlik, yığcamlıq, müstəqillik, adi həqiqətləri uşaqlara sevdirə biləcək şeiriyyətlə tərənnüm-təsvir onun poeziyasının başlıca məziyyətindəndir. Şair balaca dostları ilə açıq, ciddi, səmimi danışır, mehriban, eyni zamanda tələbkar valideyn kimi danışır; onların kinsiz-küdurətsiz körpə qəlblərini ehtizaza gətirir. Şair balaca oxucularının varlığını poeziyanın nuru və şəfəqi ilə doldurur. Sözlərin müxtəlif məna çalarını, xalq dilinin zənginliyini, əlvanlığını, poetikliyini uşaqlara çatdırmaq baxımından bu şeirlər müstəsna əhəmiyyətə malikdir. Qulu Xəlilov, professor Teymur Elçini belə müxtəlif yaşlı, müxtəlif dünyalı insanlara eyni dərəcədə doğma edən sirr nə idi? Yəqin ki, uşaq paklığı, böyük müdrikliyi. Ayaz Vəfalı, Əməkdar mədəniyyət işçisi Həqiqətən də söz onun qələmində mum kimi yumşaq və təsirli olur. Flora Xəlilzadə, Əməkdar jurnalist Azərbaycan müasir şeirində sərbəst vəznin növləri var: əruz sərbəsti, heca sərbəsti, ritmli sərbəst və ritmsiz sərbəst. Teymur Elçinin şeirlərinin çoxu əsl ritmik, sağlam sərbəst ilə yaradılmışdır. Bu növ sərbəstin özünəməxsus sintaksisi və kompozisiyası olur. Qafiyə sənəti də belə şeirlərə xüsüsi gözəllik və musiqi artırır. Azərbaycan şeirində yeddi tip qafiyə var: yarımqafiyə, bəsit qafiyə, tam qafiyə, dolğun qafiyə, zəngin qafiə, cinas qafiyəsi, müqəyyəd qafiyələr. “Torağayın nəğməsi”ndə dolğun və zəngin qafiyələr üstünlük təşkil edir. Bu cəhət şeirin rövnəqini çoxaldır. Bu əsərlərin demək olar, heç birində qafiyə zorakılığı yoxdur. Qafiyələr öz-özündən təbii gəlir. Yaxud dil özü ilə bu qafiyələri şeirə gətirir. *** Teymur Elçin Azərbaycan dilinin incəliklərini sıravi nəfər kimi deyil, həssas bir şair kimi duyur, fikir və hisslərini oxuculara təsirli ifadələr vasitəsilə çatdırır. *** “Dünya məhvərindən qopur elə bil” şeirini yazan əli ədəbiyyatımızın tarixi öpəcəkdir. Mən bu şeirlə qüvvət və ilham baxımından Azərbaycan poeziyasında müqayisə edilə biləcək tək bir şeir görürəm: böyük Sabirin “Fəxriyyə”sini. Əkrəm Cəfər, professor Əziz Teymur Süleyman oğlu! Bu gün Peredelkinoya təzəcə yağan qar və Sizin kimi gözəl bir insanın göndərdiyi kitablar mənə böyük sevinc gətirmişdir. Fəxr edirəm ki, mənim şeirlərim gözəl Azərbaycan dilində Sizin tərcümənizdə səslənir. Korney Çukovski, rus şairi Teymur Elçin bir söz sərrafı kimi əsərlərində kəlmələri zərgər dəqiqliyi ilə seçirdi. Xalqın dilindən eşitdiyi sözləri ustalıqla oxucusuna öyrədirdi. Zahid Xəlil, professor Fikri sadə şəkildə ifadə etmək, yeni formalar tapmaq, uşaqların qəlbinə, şüuruna təsir edə biləcək əsərlər yazmaq Teymur Elçini həmişə düşündürmüşdür. Şeirin vəzni, qafiyələrin oynaqlığı, sözün məna siqlətinə tabe edilməsi, xüsusilə, qələmə aldığı mövzunun inandırıcı, təbii səslənməsi onun yaradıcılığının başlıca keyfiyyətidir. *** Tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşya və hadisə haqqında tənqidi mühakimə yürütmək vərdişi, əlamət və keyfiyyətlərə uyğun fəal nəticə çıxarmaq bacarığı, hazırcavablıq tərbiyə olunur. Qara Namazov, professor
Əzizim Teymur! Sizin orijinal yaradıcılığınız uşaqlarımız, cavanlarımız üçün əlvan rəngli gül-çiçəkdən çələng kimi hörülən, daima təravətini saxlayan tərbiyəvi töhfədir. Siz yenilikçi yaradıcılığınızın gündən-günə açılan çiçəklənmə çağındasınız. İti, ağıllı qələminizi işlədiniz! Süleyman Rəhimov, Xalq yazıçısı
Teymur Elçin xalqımızın vətəndaş oğullarından biridir. O, ürəyi həmişə nəğmə ilə dolu, həmişə poetik, həmişə qayəli, həmişə nəğməli günləri olan şairimizdir. Məmməd Araz, Xalq şairi
Teymur müəllim! Siz gözəl bir şair, nəcib insan, görkəmli dövlət xadimi kimi hamımız üçün doğma və əzizsiniz. *** Teymur Elçini fərqləndirən cəhət uşaqlar haqqında düşünərək əl çatıb, ünyetməz uşaqlıq zirvələrinə baş vurub, böyüklərə məxsus bir bitkinliklə bu incəlikləri müasirlik baxımından təsvir və tərənnüm etməyi bacarmaqdır. *** Teymur Elçinin yaradıcılığında balalar üçün yazılmış istər kiçik, istər iri həcmli əsərlərdə məzmunla forma arasındakı uyğunluq, fikir aydınlığı ilə yanaşı dil axıcılığı, oynaqlığı, dərin səmimiyət oxucunu düşündürür, fərəhləndirir. Müəllifin yaradıcılığında Azərbaycan torpağının çayları, çəmənləri, meşələri, rəngbərəng otları, hər fəslin özünəməxsus gözəlliyi, şirinliyi mahir bir şair gələmi ilə öz əksini tapır, həyata, varlığa bizdə qayğı, həssas münasibət oyadır. Əksər şeirlərdə o, nəinki bir şair, eyni zamanda bir rəssama dönür, haqqında danışdığı şeylərin, predmetlərin söz ilə şəklini çəkir. Hüseyn Arif, Xalq şairi Əziz Teymur müəllim ziyalılığı, insanpərvərliyi ilə məni ilk gündən özünə vurğun eləmişdir. Yusif Səmədoğlu, Əməkdar incəsənət xadimi Azərbaycanın layiqli oğlu Teymur Elçin nəcib, mərd, ata ürəkli şair qardaşımızdır. Biz onun qayğısını həmişə hiss etmişik. O, görkəmli partiya və dövlət xadimi olmaqla bərabər xəzinə bir İ n s a n d ı r! Xəlil Rza, Xalq şairi Teymuru Qarabağda baş verən, müharibəyə çevrilən erməni xəyanəti sarsıtdı. Teymur qırğınlara, el-obalarımızın dağılmağına, Şuşanın bombardman edilməyinə dözə bilmirdi, Teymurun şirin gülüşü qayğılı-qəmli baxışlarla, düşüncələrlə əvəz olunmuşdu. Son nəfəsində də Vətən dedi, torpaq dedi Teymur. Acınacaqlı müharibənin sonunu, qələbəmizi görmək idi ən yüksək arzusu. Bayram Bayramov, Xalq yazıçısı Sevimli şairimiz Teymur Elçin üzünü uşaqlara tutub böyüklər üçün, böyüklərə tutub balacalar üçün şeir yazan, söz deyən, fikir yürüdən sənətkardır. Kamil Vəli Nərimanoğlu, professor Şair yaradıcılıq prosesində kimlər üçün yazdığını diqqət mərkəzində saxlamış və unutmamışdır ki, azyaşlı oxucular heç bir üzgörənlik göstərmədən, kənar təsirə qapılmadan konkret hökm verirlər: “Yaxşıdır”, yaxud “Pisdir!”. *** Teymur Elçin xalqa xidmətini ömrünün qayəsi, sənətə xidməti yaradıcılığının məramı hesab edən sevimli şairimiz, görkəmli ictimai xadim, namuslu-zəhmətkeş ziyalıların vəfadarıdır. *** Teymur müəllim, Siz Azərbaycan uşaq ədəbiyyatının məhsuldar, zəkalı nümayəndəsisiniz. Biz Sizi uşaqlarımızın mənəvi yetkinliyi və təfəkkür kamilliyi naminə mütəsna fəaliyyət göstərən ilhamlı vətəndaş – şair kimi tanıyır və sevirik. Xalqa, Vətənə, xüsusilə, uşaqlarımızın könül dünyasına məhəbbət eşqi ilə döyünən ürəyiniz var olsun! İmamverdi Əbilov, professor Teymur müəllimin çox gözəl musiqi zövqü vardı. Ona görə də, onunla işləmək adama çox müsbət enerji verirdi. Gözəl ünsiyyət mədəniyyətinə malik idi. Həm də, çox zarafatcıl idi. Ona görə də, onunla işləməkdən adam nəinki yorulmurdu, heç doymurdu. *** Mənim şəxsi həyatımda, yaradıcılığımda, taleyimdə görkəmli şairimiz, unudulmaz Teymur Elçinin böyük rolu olub. Teymur müəllim həyatda mənim məsləhətçim idi. Aramızda yaş fərqi az olsa da, mən ona nəinki qardaşım, atam kimi baxırdım. Mən vaxtilə simfonik, kamera musiqisi yoluyla gedirdim. Teymur Elçin şəxsiyyəti, Teymur Elçin yaradıcılığı, Teymur Elçin fenomeni məni tamam başqa bir axara yönəltdi. Və bütün bunlara görə, mən ömrüm boyu ona minnətdaram. Teymur Elçin mənim sənət ömrümdə necə yaşayırdısa, eləcə də yaşayır. Oqtay Zülfüqarov, Xalq artisti Teymur Elçin mənim gözümdə əmin-amanlıq göyərçini, qeybətdən uzaq, uşaq kimi kövrək, könlü də üzü kimi gülümsər, xeyirxah insan, qeyrətli bir vətəndaş idi. Pənah Xəlilov, professor Teymur müəllimin həyatı və yaradıcılığı bir həyat məktəbi idi. Onun məktəbini keçən hər bir kəs mütləq günü-gündən inkişaf etməli idi, çünki Teymur müəllim də günü-gündən inkişaf edirdi və cilalanırdı. Bəzən onun bu gün yazdığı bir mətni eyni ilə bir gün sonra yazıb ona təqdim edəndə, yenə də müəyyən düzəlişlər edirdi. Soruşanda ki, Teymur müəllim axı bunu Siz özünüz dünən yazmışdınız, deyirdi ki: - “Mən onu dünən yazmışdım, sən inkişaf etmək istəmirsən?” *** Teymur müəllim su kimi saf və şəffaf, həddən çox təvazökar bir insan idi. Həm də, çox həssas və kövrək qəlbi var idi. Eyni zamanda çox ciddi və ətrafındakılara qarşı çox tələbkar olsa da, onların ən kiçik qayğılarına belə çox diqqətlə yanaşır, yeri gələndə onların problemlərinin həllində çox diqqətli olur, hətta ən yüksək səviyyələrdə onların çözülməsinə çalışırdı. *** Teymur Elçinin şeirlərinin dili ana südü kimi saf və təmiz, bulaq suyu kimi şəffaf və dup-durudur, axıcıdır. Kərim Tahirov, professor Biz ziyalıların anlamında Teymur Əliyev böyük, əzəmətli şəxsiyyətdir, yazıya gətirilməsi mümkün olmayan zəngin - keşməkeşli, çətin və uğurlu ömür yolu var. *** Onun başçılıq etdiyi çoxsaylı mədəniyyət ocaqlarının şöləsi sözlə yayılırdı və cəsarət edib demək istəyirəm ki, söz onun Tanrısı idi. Sözə qadir olmağın əzəli – Azərbaycan dilimizin ən büllur qaynağı olan Qarabağdan, Şuşadan mənbə almış, hər çeşmədən, hər gül-çiçəkdən, hər daş-qayadan söz vüqarı, söz rəngi, söz ətri əxz etmişdi. Dağlar başında havalanan bu çeşnəli-çeşnəli sözlər Bakıda ədəbi dilimizin gur axınında cilalanmış, dil nəhrində vəhdət bağlamışdı. Təsəvvür edin – çox gənc ikən qəzetdə ədəbi işçi, radioda diktor işləyən fitri istedad sahibi pillə-pillə qalxaraq mədəniyyətin bu sahəsinin bu fövqünə yüksəlmiş, geniş, səmərəli fəaliyyəti ilə heç vaxt itməyəcək izlər qoymuşdur. Təkcə musiqimizin deyil, ədəbiyyatımızın da dahisi Üzeyir Hacıbəyovun, görkəmli ədiblərimiz – Ə.Haqverdiyevin, Natəvanın, S.S.Axundovun tökdüklərini o, ətək-ətək yığmış və öz Teymur Elçin poeziyasını yaratmışdır! Cəmil Əlibəyov, yazıçı Teymur Elçin nədən yazırsa yazsın, bir müəllim kimi hərəkət edir, oxucusuna nəsə yeni bir şey öyrətmək, ruhunu oxşamaq, təfəkkürünü genişləndirmək, xəyalını qanadlandırmaq istəyir. *** Teymur Elçinin müxtəlif ölkələrin xalq poeziyasından etdiyi tərcümə nümunələri həqiqətən nümunə olmağa layiqdir. Şairin bir üstün cəhəti də budur ki, koloriti qoruyub saxlamağa cəhd etmiş, buna nail olmuşdur. Teymur Elçin öz yolunda dönməz olmuşdur. O, həmişə çalışmışdır ki, tarixi həqiqətləri düzgün və dəqiq işıqlandırsın. *** Hər bir yaxşı uşaq yazıçısı, yaxud şairi həm də yaxşı müəllimdir. Bu mənada Teymur Elçin “Şəkərim, duzum” kitabı ilə belə bir tərbiyəçi kimi çıxış edir, öz işinə məsuliyyət hissi ilə yanaşdığını göstərir. Teymur Elçinin müxtəlif folklor və yazılı poeziya nümunələri o qədər təbii, canlı, xalq ruhlu əsərlərdir ki, orijinal qədər gözəldir, inandırıcıdır, həmin xalqın ruhu qalmaqla bir növ bizimkinə çevrilmişdir, bizim malımız olmuşdur. Aydındır ki, şairin bu nəcib təşəbbüsü, gözəl və maraqlı işi xalq yaradıcılığına yaradıcı münasibətlə bağlıdır, demək bu əsərlərin orijinal qədər təbii tərcüməsini ağır, gərgin əməyin, ardıcıl axtarışın, xalq ədəbiyyatına olan böyük məhəbbətin məhsulu kimi qiymətləndirmək olar. Tofiq Mahmud, şair-publisist Teymur Elçin ana dilimizə çevirdiyi hər hansı bir şeirin məzmun və mənasını təhrif etməməyə, orijinalın üslubunu saxlamağa çalışır. Bununla yanaşı Teymur Elçin elə bir mühüm cəhəti də unutmur ki, tərcümə olunan hər hansı bir əsərin orijinala yaxınlığı Azərbaycan dilinin axıcılığının, aydınlığının pozulması hesabına olmamalıdır. Belə bir meyarı əsas tutmağın nəticəsidir ki, Teymur Elçinin tərcümələri dilin canlılığı etibarilə sünilikdən, dolaşıqlıqdan uzaqdır. Tənzilə Əliyeva, filologiya elmləri doktoru Teymur Elçin respublika sənət incilərinin qorunmasında, saxlanmasında və bu tükənməz xəzinənin daha da inkişaf etdirilməsində sadiq elm xadimi və bacarıqlı rəhbər kimi xalqın hörmətini qazanmış, yaradıcı qüvvələrə daim sədaqət və qayğı göstərən – elimizin, obamızın ləyaqətli oğludur. Davud Aslan, şair Şair, tərcüməçi, ictimai xadim... Bunlarla yanaşı onu səciyyələndirən ən üstün cəhət – şəxsiyyət olması idi. Mailə Muradxanlı, Əməkdar jurnalist Teymur Elçin hissi, bədii yaradıcılığı, xüsusən balalarımız üçün real zəmindən obrazlı təfəkkür səması açan gözəl şairimizdir. Sərdar Əsəd, şair Həddindən artıq tələbkar olan Teymur məlllim hər cümlənin, hər sözün üzərində zərgər kimi işləyir, onu sadə danışıq dilinə uyğunlaşdırırdı. Hidayət Səfərli, Əməkdar jurnalist Teymur müəllimin böyüklüyü o idi ki, gələcəyi fikirləşirdi. Televiziyanın və radionun sahələrində cavan mütəxəssis bir balaca özünü göstərə bilirdisə, onun gələcək inkişafı üçün hər bir şərait yaradırdı. Vaqif Behbudov, Əməkdar incəsənət xadimi Teymur müəllimin əsərlərinin hamısında uşaqlara dərin bir məhəbbət, sevgi hiss olunur ki, bu da onun yaradıcılığının başlıca leytmotivi kimi yadda qalır. Teymur Elçin poeziyasının məziyyətlərini şərtləndirən ən başlıca amil də onun uşaqlara olan məhəbbətidir. Uşaqların səviyyəsinə, maraq dairəsinə uyğun əsərlər yazan Teymur müəllim uşağı uşaq yerinə qoymur, adi bir hadisənin, süjetin arxasında son dərəcə mühüm əxlaqi problemlər qoyur və onun bədii həllini verməyə nail olur. Rafiq Yusifoğlu, şair, yazıçı, tənqidçi Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlanan bu quruma istedadlı şair, publisist və ictimai xadim Teymur Əliyevin sədr təyin edilməsi televiziyanın taleyində mühüm rol oynadı. Yüksək təşkilatçılıq qabiliyyəti və intelektual səviyyəsi, müasir bədii-estetik zövqü, əsl rəhbərə xas olan ciddi keyfiyyətləri –prinsipiallığı və tələbkarlığı, eyni zamanda qayğıkeşliyi ilə kollektivin dərin hörmətini qazanmış, bugünədək yaddaşlarda iz qoymuş Teymur Əliyev Azərbaycan Televiziyasının düzgün məcrada inkişafı üçün böyük zəhmət sərf etmişdir. Qulu Məhərrəmli, Əməkdar jurnalist, filologiya elmləri doktoru
Ədalət duyğusu Teymur Elçinin şeirlərini xeyli gözəlləşdirir. Onun əsərlərini xeyirin qələbəsindən doğan nəşə də bəzəyir. Uşaq sənətinin şah əsəri layladır. Uşaq ədəbiyyatı və incəsənətinin layladan yuxarıda dayanan nümunəsi yoxdur. Laylada anaların şairliyi və bəstəkarlığı qovuşur. Ana layla deyərkən həm də müğənnidir. Anaların ürəyi, ruhu laylada keçir uşağa, ana deyilən dünyanın odunu-közünü, dürrlərini, sehrini layla daşıyıb aparır balaca varlığa. Teymur Elçin dünya uşaq ədəbiyyatının öyrətmək təcrübəsini şeirimizdə özünəməxsus ustalıqla inkişaf etdirdi. Teymur Elçinin qorlu, qığılcımlı, cingintili nəfəsi uşaq şeirimizdə müstəqil qurşaq, müstəqil təbəqə kimi aydın seçilməkdədir. Onun tərcümələri ədəbiyyatımızda bizlərə dünyanın müxtəlif xalqlarının yaxşıya, yamana, gözəlliyə, çirkinliyə münasibətini yetirən əvəzsiz axındır. Əliyev Məstan (Günər) şair, publisist Bir çox istedada malik olan Teymur Əliyevin ən böyük istedadı məhz müəllimlik idi. Desəm ki, tədris müəssisələrində işləməmiş Teymur müəllimin həyatının ən başlıca vəzifəsi müəllimlik olub, səhv etmərəm. Əqidəsinə, mövqeyinin doğru olmasına möhkəm inamı olan, səmimi və son dərəcə namuslu həyat tərzi ilə seçilən Teymur müəllimlə tanış olan adamlar ilk dəqiqədən onun təsiri altına düşürdülər və bu gün, onun haqq dünyasına qovuşduğundan 20 il ötdüyündən sonra da həmin cazibədə yaşayanlar az deyil və müəllimlərinin tapşırıqlarına sadiq qalmış “əlaçı” şagirdlərinin fərqləndirici xüsusiyyətləri topladığı maddi sərvətdə deyil, vicdanla ömür sürmələrindədir. “Tutduduğu yer insana şərəf gətirməz, insan tutduğu yerə şərəf gətirər” misalının əyani sübutu Teymur müəllimin əmək fəaliyyəti ola bilər. Teymur müəllim yaşadığı dövrün yaxşı cəhətlərini özündə cəmləşdirib, mənfilikləri ilə həyatı boyu mübarizə aparırdı. Teymur müəlim bu gün olmasa da, onun xeyirli əməlləri bizimlədir. Əslində, hər insan əvəzsizdir və Teymur müəllimin yeri bu dünyada hələ uzun illər görünəcək. Zülfüqar Fərzəliyev, Əməkdar incəsənət xadimi Teymur Elçinin şeirləri xalq deyim tərzinə, tarixin sınağından çıxmış folklora bağlı, ona söykənmiş poeziyadır. Bu şeirlərdə bahar təravəti duyulur. Oynaq ritm, sözün, hətta səsin oyunu onu daha çox oxunaqlı, yaddaqalan edir. Uşaq psixologiyasını, uşaqların istək və arzularını, marağını bilmədən, yeddi rəngə bürünən göy qurşağına, narın yağışdan sonra yarpaq üstə göz açan, muncuqlanan şeh damlasına balaların gözü ilə baxmadan, yazı masasının arxasında qəlbinlə, hissinlə özün də bir az uşaqlaşmadan balacalar üçün böyük ədəbiyyat yaratmaq mümkün deyil. Aslan Kəmərli, şair Teymur Elçin Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsidir.Teymur Elçin yaradıcılığı bizim uşaq ədəbiyyatımızı xeyli zənginləşdirmiş, onun müasir inkişaf mərhələsini bir az da mənalı, məzmunlu etmişdir. Teymur Elçin poeziyasının xoşagələn cəhətlərindən biri də budur ki, onun şeirləri işıqlıdır, parlaqdır. Həmçinin, onu da qeyd edim ki, şair bu işıqlılığı, bu aydınlığı insanın ecazkar qüvvəsində, onun əməyində görür. Onun qardaş xalqlar ədəbiyyatından etdiyi tərcümələri də çox diqqətəlayiqdir. Nəriman Süleymanov, Əməkdar mədəniyyət işçisi Ən gözəl dövlət işçilərindən biri sayılan, gözəl insan, dürüst, həm mülayim, həm də sərt təbiətli insan, uşaqların ən sevimli şairi Teymur Elçin yüksək işgüzarlığı ilə böyük hörmət qazanmışdı. Adamlarla qaynayıb-qarışardı, ona görə də, işləri çox yaxşı gedərdi. Teymur Elçinin uşaq şeirlərini oxuyanlar bilir ki, o, nə qədər sərt təbiətli, kövrək və qayğıkeş ürəkli bir insan olub. Hər kəsi öz işinə, vəzifə borcuna sədaqətli olmağa istiqamətləndirir, qayğıkeş, hərtərəfli savad və mədəniyyətə yiyələnməyə səsləyirdi. Teymur Elçin ecazkar bir uşaq şairi idi. Teymur Elçinin hər bir uşaq şeirini təhlil edib, onun necə faydalı bir məqsədlə yazıldığını duyanda o, gözümüzdə daha da böyüyür. Teymur Elçin uşaqların ən böyük, ən uzunömürlü şairidir. İlyas Tapdıq, şair, tərcüməçi Teymur Elçin ağsaqqllığı ilə, dərin kamalı ilə ürəklərə çıraq tutan, poeziyası ilə bütün yaşlıları da kövrəkləşdirib körpələşdirən, müdrikliyinə heyran olduğum şairlərdəndir. Şahmar Əkbərzadə, şair Teymur Elçin “Azərbaycan xalq musiqiçiləri” kitabında olan sənətkarları ilk dəfə radio vasitəsilə millətə çatdırmaqda müstəsna xidmətləri olan həqiqi mədəniyyət xadimidir. Firudin Şuşinski, musiqişünas O, ürək adamı idi. Qəlbinin gözləri ilə bu dünyaya baxırdı. Qapıları hamının üzünə taybatay açıq idi. Hamını eşidirdi, dərdinə yanırdı. Bu onun ziyalılığından, nəslindən, nəcabətindən, yüksək mədəniyyətindən, aristokratlığından irəli gəlirdi. *** Teymur Elçin şeirləri arasından görünən, boy verən, pıçıltısı eşidilən, nəvələrini dəlicəsinə sevən, qeyri-adi şair idi, ipək kimi ürəyi olan baba idı. Bu Baba nəvələrinin əlindən tutub ata yurduna, Şuşadakı o müqəddəs ocağın başına qayıtmalıydı, istisinə sığınmalıydı və təzədən bu dünyaya gəlməliydi. Ömür vəfa etmədi... Zülfüqar Şahsevənli, şair, publisist Teymur müəllim sözün əsl mənasında bütöv bir insan idi. Çünki gördüyü işinə, əqidəsinə sadiq bir insan idi. Bu sadəlik elə bir ölçüyəgəlməz dərəcədə idi ki, onu vəzifəsindən sui-istifadəyə, öz maraqlarının təminatçısı olmağa, qohumbazlığa, dostbazlığa yaxın buraxmazdı. *** Böyük şəxsi məziyyətlərə sahib olan əsl insana vəzifə deyil, o vəzifəyə şan-şöhrət gətirir. Haqqında söhbət açmaq istədiyim Teymur Əliyev kimi. Mənim həyat məntiqimə görə rəhbər işçi başçılıq etdiyi kollektivə hər sahədə nümunə olmalıdır. Həm rəhbərlik etdiyi sahənin bütün incəliklərinə bələd olma xüsusiyyətlərilə, həm də geniş dünyagörüşü, yüksək mədəniyyətilə. Bu saydığım keyfiyyətlərin hər biri Teymur müəllimdə var idi. *** Allah-Taala həm zahiri, həm də daxili gözəlliyi sıradan hər kəsə vermir. Onu özünün sanki seçilmiş bəndələrinə verir. Teymur müəllim də Ulu Tanrının elə o seçilmiş bəndələrindən idi. İlk baxışdan insanın diqqətini çəkən, hətta onda heyranlıq yaradan, olduqca yaddaqalan zahiri görünüşü var idi. *** Teymur Elçində bir müəllim zabitəsi var idi. Yaşımızdan asılı olmayaraq hər birimiz onun qarşısında özümüzü bir şagird, bir tələbə kimi hiss edirdik. Bu müəllimin ən böyük xoşbəxtliyi ondaydı ki, o, sevilən bir müəllim idi. Sevda Saleh, Xalq artisti Şəxsiyyət sözü olduqca böyük məna kəsb edir. Bu bir həqiqətdir ki, hər dövrün öz ensiklopedik biliyi, geniş dünyagörüşü, yüksək mədəniyyəti ilə, yaşadığı cəmiyyətdəki nüfuzuyla seçilən şəxsiyyətləri olur. Teymur Əliyev də öz dövrünün böyük ziyalısı, ictimai-siyasi xadimi, bir sözlə böyük Şəxsiyyəti idi. Məryəm Zöhrabbəyova, radio jurnalisti Teymur müəllim Azərbaycan Radio-Televiziyası üçün sözün əsil mənasında fenomen bir insan idi. Cəmisi 7 il sədr vəzifəsində çalışıb. Amma Azərbaycan efir dünyasında əbədiyaşar bir ömür qazanıb. Zərxanım Əhmədli, radio jurnalisti Teymur müəllim üçün istedad, işgüzarlıq, saf əqidə əsas meyar idi. Teymur Əliyevlə ilk ünsiyyətimizdən son görüşlərimizədək onu hər zaman doğru, dürüst, olduqca alicənab gördüm. Alicənab sözü cox böyük məna kəsb edir. Onu hər vəzifə sahibinə, hər insana aid etmək olmaz. Bu sözün mahiyyətində çox böyük mənalar durur. Mənəvi təmizlik deyilən bir ifadə var. Bu da tək-tək adamlarda olur. Teymur müəllim də, o təklərdən biri idi. İdeal bir mənəvi təmizlik daşıyıcısı idi. İnsanlarda da bu keyfiyyəti çox dəyərləndirirdi. Həm də, çox arif adam idi. Qarşısındakını obrazlı şəkildə desək oxuya bilirdi. Doğruya dayaq olardı, yalnız doğruya. Həqiqəti sevərdi, yalnız həqiqəti. *** Son dərəcə tələbkar idi. Ən böyük tələbkarlığı da elə özünə qarşı idi. Hər kəsdən dürüstlük tələb edərdi. Çünki özü də bu yolun yolçusu idi. Onun üçün şəxsi mənafe deyilən anlam yox idi. Dövlətin, xalqın, dinləyici və tamaşaçının mənafeyi onun üçün hər şeydən əzəl idi. Seyfulla Cəfərov, AzTV-nin əməkdaşı Teymur Elçin gözəl və məzmunlu nəğmələri ilə körpələrimizə bol-bol sevinc bəxş edir. Heydər Qasımlı, AzTV-nin əməkdaşı Çox hörmətli Teymur müəllim həyatı, biliyi və mübarizəsi ilə ziyalılarımıza, gənclərimizə örnəkdir. Zakir Abbasov, AzTV-nin əməkdaşı
Teymur Əliyev işdə və həyatda çox ciddi idi. İşdə məsuliyyət, daim öz üzərində işləmək və öz biliyini artırmaq, tələbkarlıq, xüsusilə özünə qarşı tələbkarlıq onun əsas şəxsi keyfiyyətlərindən idi. İşçilərin hər birinə böyük qayğı ilə yanaşırdı. Elə buna görə də, hamımız ona, yaşından asılı olmayaraq “Teymur müəllim” – deyə müraciət edirdik. Gözəl insan, mehriban və qayğıkeş yoldaşımız – sədrimiz Teymur Əliyev mənim yaddaşıma belə həkk olunmuşdur. Tofiq Axundov, AzTV-nin əməkdaşı Вы внесли весомый вклад в развитие литературы для детей и юношества, создав десятки поэм, сказок, песен, на которых росло и воспитывалось не одно поколение нашей молодежи. Выши сборники стихов «В синем море – белый дом», «Детям», «Послушайте, расскажу…», «Снегурочка и Звездочка», «Бип-бип» и многие другие пользуются заслуженной любовью и популярностью у молодого читателя. Мы ценим Вас и как замечательного переводчика на родной язык стихов К.Чуковского, А.Барто, С.Маршака, произведений фольклора многих народов мира. Особенно приятно отметить, что Вы успешно совмещаете свою активную литературную работу с большой партийной и общественной деятельностью. Желаем Вам, дорогой Теймур Сулейманович, новых творческих свершений на благо нашей многонациональной литературы! Константин Федин, Секретарь Правления Союза писателей СССР, русский писатель Эта была очень светлая, интеллигентнейшая личность, один из тех немногих руководящих работников большого масштаба, которые и после кончины продолжают жить в благодарной людской памяти. Анар, Народный писатель Если сегодня сохранились в записи какие-то песни Бюль-Бюля, это полностью заслуга Теймура Алиева, руководившего в те годы Телерадиокомитетом. Узнав о том, что Бюль-Бюль находится в Шуше (август 1961 г.), Теймур Алиев командирует туда группу телевизионщиков, благодаря чему и сохранились для потомков бесценные кадры последнего пребывания великого певца в отчем доме на священной карабахской земле… Полад Бюль-Бюль оглу, Народный артист «Советская тюркология» имеет в лице Теймура Алиева верного друга и искреннего доброжелателя. В неше время большое счастье быть правильно понятым и объективно оцененным! За это я от всей души благодарен ему. Имран Сеидов, писатель Теймур Алиев хорошо знал и высоко ценил труд тех, кто работал на Гостелерадио, так как и сам когда-то был внештатным корреспондентом радио. В период руководства Телерадиовещанием Т.Алиева там были сконцентрированы лучшие силы республики. Теймур муаллим был чист, как горный хрусталь, наверное, оттого окружающие так тянулись к нему. Нахид Гаджизаде, писатель Теймур Сулейманович – человек большой души, доброго сердца, сопереживающий и проявляющий внимание ко всей моей творческой жизни. Владимир Плетнев, Народный артист, балетмейстер Теймур Алиев – человек, чьё сердце не только поэ- тичнo, но и доброжелателно к людям. Сулейман Велиев, Заслуженный деятель искусства, Заслуженный работник культуры,писатель Пишу дорогому Теймуру Эльчину, Люблю в нем поэта, ценю в нём мужчину. Мне хочется братом Теймура назвать, Хотя не положено это по чину. Владимир Кафаров, Заслуженный деятель искусств Азербайджана, Заслуженный работник культуры, поэт и переводчик Дорогой Теймур Сулейманович! Я могу только представить какой музыкой Востока звучат Ваши стихи на родном языке! И главным в их содержании мне представляется: любовь к людям, к своей земле… Вы для меня олицетворение не только своего народа, но и всего Востока. Я всегда чувствую высокость Вашего духа, неторопливую мудрость, талант. Вы - человек с широкой эрудицией и глубокой политической мысли. Ваши знания, культура и общечеловеческие качества могут сделать честь не только Вашей родной республике. Вы для меня стали прекрасным олицетворением Азербайджана. Примите сердечную благодарность за радость, принесенную глубоко поэтичной, искрящейся добротой и высотой человеческого духа, книгу «Радость». Какое совпадение созданного с действительным ощущением читателя! Мне по душе Ваша книга «Радость». Которая дышит добром и высокой нравственностью. Вы владеете великолепным даром: излучаете и дарите людям тепло и добро. Вы поэт – поэт большого таланта и доброты. Так пусть же расцветают Ваши произведения. Светите людям! Вечно будет жить Ваша поэзия и то добро, которое щедро дарите людям. Ольга Сергеевна Чернобривцева, Деятель культуры Украины |