Xurşidbanu Natəvanın heykəli — Azərbaycanın
görkəmli şairə-qadını Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli.
Ömər Eldarovun yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun
əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O,
daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu baxımdan heykəltəraş
şairə "Xurşidbanu Natəvan" (1960) heykəlini yaradıb.
Abidə qranit kürsülük milli ornamentlərlə bəzədilib və bütövlükdə
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və heykəltəraşlıq
sənətimizin Qızıl Fonduna daxil edilib.