28 illik işğal zamanı erməni vandalizminə məruz
qalmış abidələrdən biri də "Xan qızı" bulağıdır. 1871-ci ildə əhalini
içməli su ilə təmin etmək üçün Xan qızı Natəvan Sarıbaba dağından Şuşaya
su kəməri çəkdirərək, evinin qarşısında bulaq tikdirmişdi.
1992-ci il mayın 8-də Şuşa işğal olunduqdan sonra, erməni qəsbkarları
bulağın suyunu qurtmuşdular. Müzəffər Azərbaycan Ordusunun şanlı
Zəfərindən sonra 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada aparılan
bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun
olaraq gerçəkləşdirilməyə başlanmışdır.
Həyata keçirilən işlər çərçivəsində “Xan qızı” bulağı bərpa edildi.
2021-ci il mayın 12-də Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şuşada
“Xan qızı” bulağının açılışını etdi.