E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


XIX əsrin 70-ci illərinə qədər Şuşada içməli su problemi olmuşdur. Əhali içməli suyu dağlardan, Daşaltı və Xəlfəli çaylarının sahillərindəki çeşmələrdən tuluqlara doldurub min bir əziyyət hesabına at və eşşəklərlə şəhərə daşıyırdılar. 1871-ci ildə əhalini içməli su ilə təmin etmək üçün Xan qızı Natəvan Sarıbaba dağından Şuşaya su kəməri çəkdirmişdi. Həmin su kəməri saxsı borularla çəkildiyi üçün suyu sərin olurdu. Sonralar saxsı borular tunc borularla əvəz edilmişdir.
Bulaq ağ mərmər sal daşlarla tikilmişdir. Xan qızı bulağı 12 gözdən və 8 guşəli çarhovuzdan ibarət olub Xurşidbanu Natəvanın evi qarşısında tikilmişdi.



<< Geri