Natəvanın heykəli
- Əməkdar incəsənət xadimi Həyat Abdullayeva tərəfindən Xurşidbanu Natəvanın anadan olmasının 150 illiyi
münasibətilə hazırlanmışdır.
Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evinin həyətində yerləşdirilən
heykəlin açılışını 1982-ci ilin yay aylarında Ümummilli Lider Heydər
Əliyev şəxsən özü edib.
1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı bir çox
tarixi-mədəni abidələr erməni
qəsbkarlarının qurbanına çevrilmişdir. Bu abidələr arasında digər heykəllərlə bərabər Natəvanın
heykəlinə də zərər vurularaq, baş barmağı yox edilmişdir.
Daha sonra Gürcüstana aparıb satmışlar. 1993-cü ildə Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə heykəllərin əridilib yoxa çıxarılmasının
qarşısı alınaraq, Bakıya gətirilmişdi.
Paytaxtda - Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılıb, 2000-ci
ildən muzeyin kolleksiyasına daxil edilmişdir.
Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə
heykəllər yenidən əvvəlki yerinə gətirilmiş və 2021-ci il yanvarın 14-də
Şuşaya səfəri zamanı açılışını edib.