E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Xurşidbanu Natəvanın heykəli (Vaterlo) — Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş, fevralın 18-də açılış mərasimi keçirilib.
Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.


 

<< Geri