1832-ci il
6 avqust |
XIX əsr
Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı
Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan
Şuşada anadan olmuşdur. |
|
- İlk
tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri
olmuşdular.
- Məktəb yaşına çatdıqda evdə dövrün alim və
sənətkarlarından dərs almağa başlamışdır.
- "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı,
dünyəvi elmlərlə də tanış olmuşdur.
- Doğma dili ilə bərabər, ərəb və fars dili dillərini
öyrənmiş, onların vasitəsilə klassik şeirin
qayda-qanunlarını mənimsəmişdir. |
1850 |
-Vorontsovun şəxsi yavəri
Xasay bəy Usmiyevlə ailə həyatı qurmuş, əvvəlcə Dağıstanda,
sonra isə Tiflisdə yaşamışlar. |
-Yaradıcılığa təxminən XIX
əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun "Xurşid"
imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız
cüzi bir hissəsi bizə gəlib çatmışdır. |
1855 |
- Xurşidbanunun
oğlu Mehdiqulu xan dünyaya gəlmişdir |
1856 |
-
Xurşidbanunun qızı Xanbikə xanım anadan olmuşdur. |
1858 |
-
Məşhur Fransız yazıçısı Aleksandr Düma ilə Bakı şəhərində
görüşmüşdür.. |
1867 |
- Xan qızının
Qarabağ cinsli “Əlyetməz” və “Meymunu” adlanan köhlənləri
Parisdə keçirilən ümumdünya sərgisində birincilik qazanmış,
qızıl medala və fəxri fərmana layiq görülmüşdü.
|
1869 |
- Rəiyyət
içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş,
bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir.
- Xan qızının Qarabağ cinsli “Əlyetməz” və “Meymunu” adlanan
köhlənləri Moskvada keçirilən ümumdünya sərgisində birincilik
qazanmış, qızıl medala və fəxri fərmana layiq görülmüşdü.
|
1870 |
- Şairə özünə
"Natəvan" (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin
məzmunlu qəzəllərini yaratmışdır.
|
1872 |
- Ədəbiyyat
tariximizdə məşhur olan “Məclisi-üns” cəmiyyətini təşkil
etmişdir.
|
1873 |
‒ Şuşa şəhər
əhalisinin suya olan təlabatını ödəmək məqsədi ilə
başlanğıcını şəhərdən yeddi kilometr aralıda yerləşən
Sarıbaba dağının ətəyindən götürən saxsı borularla su kəməri
çəkdirmişdir (“Xan qızı bulağı”). |
1878-1880 |
‒ Xan
qızı tərəfindən Merdinli məhəlləsində bir gün kişilərə, bir
gün qadınlara xidmət göstərən “Şirin su hamamı”
tikdirmişdir (Layihənin memarı Kərbəlayi Səfixan Qarabaği) |
1886 |
- 227
səhifədən ibarət “Gül dəftəri” adlı şeir və rəsmlərdən
ibarət albomu tərtib etmişdir. |
1887 |
- Yaşadığı
binanın şimal səmtində məktəb binası tikdirmişdir. |
1888 |
- Tiflis
şəhərinə köçdüyü ilə əlaqədar “Məclisi-ünsü”ü tərk etmişdir. |
1889 |
- Şuşaya
yazdığı şəxsi xarakter daşıyan məktubu Respublika
Əlyazmaları fondunda saxlanılır. |
1897 |
- Oktyabrın
1-də vəfat etmiş, Ağdamın "İmarət" qəbiristanlığında dəfn
olunmuşdur. |
1928 |
- İlk mətbu
əsəri “Natəvan (Xurşid Banu)” Hənəfi Zeynallının
redaktəsi ilə “Azərnəşr”də ərəb qrafikasında nəşr edilmişdir. |
1932 |
‒ 10 oktyabrda
Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Xan
qızı Natəvanın evində ilk uşaq musiqi məktəbi ‒ “Şuşa Musiqi
məktəbi” fəaliyyətə başlamışdır; |
1937 |
- Natəvanın
şeirləri rus dilinə tərcümə edilərək Moskva, Leninqrad və
Bakıda nəşr olunan jurnal və kitablarda hissə-hissə
cıxmışdır. |
1938 |
- “Şeirlər”
adlı kitabı Məmməd Rahimin redaktəsi ilə “Azərnəşr”də köhnə
latın qrafikasında nəşr edilmişdir. |
1956 |
- “Şeirlər”
adlı kitabı M. A. Sultanovun redaktəsi ilə “Azərnəşr”də
çapdan çıxmışdır. |
1981 |
- “33 qəzəl”
adlı kitabı “Gənclik” nəşriyyatında nəşr olunmuşdur. |
1982 |
‒ Azərbaycan
KP MK-nin Birinci katibi Heydər Əliyevin iştirakı ilə məşhur
Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünün açılışı
olmuşdur; |
1984 |
- İlk
akademik nəşri - “Əsərləri” “Yazıçı” nəşriyyatında
çapdan çıxmışdır. |
1985 |
‒ Xurşidbanu
Natəvan adına Respublika uşaq (vərəm) sanatoriyası
yaradılmışdır. |
1987 |
‒ Xurşidbanu
Natəvanın evində Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ
filialı fəaliyyətə başlamışdır. |
1991 |
- Təbriz
şəhərində “Seçilmiş əsərlər”i ərəb qrafikasında nəşr
edilmişdir. |
1993 |
‒ Üzeyir
Hacıbəyov, Xan qızı Natəvan, Bülbülün ermənilər tərəfindən
Şuşada güllələnmiş heykəlləri ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə Bakıya gətirilmiş və Azərbaycan Milli
İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdir. |
2004 |
- Bəylər
Məmmədovun tərtib etdiyi və ön söz yazdığı “Əsərləri”
“Lider” nəşriyyatında çapdan çıxmışdır.
|
2012 |
- 3 aprel
Azərbaycan Prezidenti İlham Əliyev "Xurşidbanu Natəvanın
anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında"
Sərəncam imzalamışdır;
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə Mustafa Çəmənlinin tərtib etdiyi
“Neçin gəlməz” şeirlər kitabı “Təhsil” nəşriyyatında çapdan
çıxmışdır.
|
2016 |
‒ Fevralın
18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının
Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış
mərasimi keçirilmişdir. Abidənin müəllifi heykəltəraş İmran
Mehdiyevdir. |
2018 |
‒
Hollandiyanın Harlem şəhərindəki Montessori kollecində şairə
Xurşidbanu Natəvanın poemaları əsasında səhnələşdirilmiş
“Xarı & Bülbül” teatr tamaşası təqdim edilmişdir.
|
2019 |
‒ 7 may
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli
Qərarı ilə Xurşidbanu Natəvan əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına
daxil edilmişdir.
|
2021 |
‒ 16 martda
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Üzeyir
Hacıbəyov, Xan qızı Natəvan, Bülbülün güllələnmiş heykəlləri
Şuşaya gətirilmişdir; |
‒ 12 mayda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Xan
qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış
keçiriblər; |
‒ 12 mayda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Xan
qızı” bulağında olublar; |
‒ 15 iyunda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan “Xan qızı”
bulağında olublar; |
2022 |
Xurşidbanu Natəvanın 190
İlliyinin Qeyd Edilməsi Haqqında Azərbaycan Respublikasi
Prezidenti Sərəncam imzalamışdır. |