E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Xurşidbanu Natəvanın anadan olmasının 150 illiyi münasibətilə Əməkdar incəsənət xadimi Həyat Abdullayeva tərəfindən Natəvanın heykəli hazırlanmışdır.
Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evinin həyətində yerləşdirilən heykəlin açılışını 1982-ci ilin yay aylarında Ümummilli Lider Heydər Əliyev şəxsən özü edib.
1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı bir çox tarixi-mədəni abidələr erməni qəsbkarlarının qurbanına çevrilmişdir. Bu abidələr arasında digər heykəllərlə bərabər Natəvanın heykəlinə də zərər vurularaq, baş barmağı yox edilmişdir.
Daha sonra Gürcüstana aparıb satmışlar. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə heykəllərin əridilib yoxa çıxarılmasının qarşısı alınaraq, Bakıya gətirilmişdi.
Paytaxtda - Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılıb, 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilmişdir.
Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə heykəllər yenidən əvvəlki yerinə gətirilmiş və 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı açılışını edib.



<< Geri