İtaliyada Xurşidbanu Natəvanın şərəfinə yaylıq istehsal edilib. "Banu" kolleksiyasına
məxsusdur.
Yaylıq Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyadan,
Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli
medalyondan, məşhur Qarabağ xalçalarından birini, eləcə də Azərbaycan
xanımını simvolizə edən qadın şəklinin əks edildiyi mərkəzi şəkildən
ibarətdir. Yaylığın perimetrində Qarabağın ermənilər tərəfindən işğal
olunmuş ərazilərinin adları və bölgəyə məxsus kilim elementləri əks
edilmişdir.
Yaylıq 90 sm ölçüdə olmaqla kvadrat formadadır, İtaliyada yüksək
keyfiyyətli ipəkdən istehsal edilmişdir. Yaylığın nəfis tərtibatlı
qutusu və yaylıq üzərində olan bütün elementlərin ətraflı izahı verilmiş
kitabçası vardır.