“Xocalıya
ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Dialoq və
Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Baş
Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start
verilmişdir.
Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və
dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq
maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın
fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin
yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu
hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil
tərəfindən unudulmamasına yönəlmişdir.
Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz
müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri
və resurslarından, o cümlədən media, internet və canlı
tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində
təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik
təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına
qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı
qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda
azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq
halları ilə mübarizəyə yönəlmişdir.
Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və
hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini
dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr,
konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın
məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri
təşkil edir.
Kampaniyanin strateji məqsədləri
Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona
hüquqi və siyasi qiymətin verilməsi;
Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr
istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın
verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq
kompensasiyanın ödənilməsi;
Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan
şəxslərin cəzalandırılması;
Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının
artırılması;
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ
qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda
yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması.
https://justiceforkhojaly.org/az/content/kampaniya-haqqinda