Erməni işğalçılarına qarşı fədakarcasına
mübaribə aparan 10 nəfər Xocalı rayon sakini
Respublikanın ən yüksək fəxri adına - Milli
Qəhrəman adına layiq görülmüşdür (9 nəfər
ölümündən sonra):
Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) -
1953-cü ildə Xocalıda anadan olmuşdur.
Xocalı şəhər hava limanın komendantı - rəisi
işləmişdir.
Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən
sonra) - 1954-cü ildə Xocalıda anadan
olmuşdur. Xocalı Şəhər Özünümüdafiə
taborunun komandiri idi.
Ələsgər Xanlar oğlu Novruzov (ölümündən
sonra) - 1949-cu ildə Laçın rayonu Kürdhacı
kəndində anadan olub. Müəllim idi.
Füzuli Salah oğlu Rüstəmov (ölümündən sonra)
-1959-cu ildə Xocalıda anadan olmuşdur.
Xocalı Özünümüdafiə taborunun üzvü idi
Araz Bahadur oğlu Səlimov (ölümündən sonra)
- 1963-cü ildə Xocalıda anadan olmuşdur.
Taborun üzvü idi.
Tabil Qasım oğlu Həsənov (ölümündən sonra) -
1960-cı ildə Xocalı rayonunun Kosalar
kəndində anadan olmuşdur. Kosalar kənd
Özünümüdafiə taborunun üzvü idi.
İnqilab Ələkbər oğlu İsmayılov (ölümündən
sonra) - 1962-ci ildə Xocalıda anadan
olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü
idi.
Şakir Şamil oğlu Salahov (ölümündən sonra) -
1966-cı ildə Xocalı rayonunun Cəmilli
kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra) -
1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
Mövsüm Şahin oğlu Məmmədov - 1967-ci ildə
Xocalı rayonunun Kosalar kəndində anadan
olub. Hazırda Şuşa rayon Polis şöbəsinin
rəis müavini işləyir.