E L E K T R O N   M Ə L U M A T   B A Z A S I


Azərbaycan dilində

Həsənov, Əli Məhəmmədəli oğlu. Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması [Mətn] : [Azərb., türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində] /Ə. M. Həsənov ; [mətni Azərb. dilindən xarici dillərə tərc. ed.: A. Ağaoğlu (türk dilinə), N. Xidirov (rus dilinə), N. İsmayılov (ingilis dilinə) [və b.]] ; elmi red. E. Əhmədov ; burax. məsul A. Aslanov.- Bakı: [Zərdabi LTD], 2017.- 462, [2] s.: portr., fotoşək., xəritə., faks., 22 sm.

Səkkiz dildə nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin işğalı zamanı həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq edilir. Xüsusilə, kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilmişdir.


Xocalı soyqırımının dünyada tanıdılması: fəaliyyət və nəticələr [Mətn] : sənədlər toplusu : [Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilir] /Azərb. Respublikası Milli Məclisi ; tərtibçi.: A. Ağayev, S. Abdullayeva ; red. H. Babayev ; dizayn V. Əliyev.- Bakı: [Azərbaycan Respublikası Milli Məclisi], 2017.- 211, [1] s.: fotoşək., faksimile, 20 sm.
Topluda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisi tərəfindən 1992-2017-ci illərdə qəbul edilmiş sənədlər, "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş fəaliyyəti əks etdirən materiallar, eləcə də Xocalı soyqirimının tanınması ilə bağlı beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin icra və qanunvericilik orqanlarının qəbul etdikləri rəsmi sənədlər xronoloji ardıcıllıqla verilmişdir.


Xocalı yaddaşı [Mətn]: [Xocalı soyqırımı qurbanlarının xatərəsinə ithaf olunub] /Azərb. Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası; ideya müəl. və naşir E. Süleymanov ; bədii red. D. Musayev; məsul red. G. Nəsibov.- Bakı: [CBS polygraphic production], 2017.- 336 s., [1] v. xəritə, [1] qatlanmış fotoşək.: fotoşək., xəritə, portr., 24 sm.
Nəşrdə şərti olaraq soyqırıma qədərki, soyqırım və sonrakı dövr haqqında publisistik məqalə və məlumat-soraq materialları, Xocalıda şücaət göstərmiş Milli Qəhrəmanların qısa həyat yolu, "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyəti, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan respublikasının prezidenti İlham Əliyevin soyqırımla bağlı çixiş və müraciətləri, rəsmi sənədlər yer alıb. Bundan başqa, hadisələr bütün kitab boyu müstəqil məna yükü daşıyan fotoxronikanın vasitəsilə oxuculara təqdim edilir.


Türk dilində

Hasanov, Ali M. prof., dr. Hocalı soykırımı: nedenleri, sonuçları ve uluslararası arenada tanınması [Metn] /A. Hasanov ; edt. E. Ahmedov.- Bakü: Zerdabi Neşr, 2019.- 34, [1] s.: 21 sm.
Kitapta 20. yüzyıl başlarında ermenilerin Azerbaycanlılara karşı etnik arındırma ve soykırımı siyaseti, Hocalı soykırımının nedenleri, sonuçları verilib.
 

İngilis dilində

International recognition of the Khojaly Genocide: activities and outcomes [Text]: collection of documents /trans. A. Karimova , M. Suleymanov ; design V. Aliyev; Milli Majlis of the Republic of Azerbaijan.- Baku: Milli Majlis, 2018.- 211, [1] p.: photo, 20 cm.

This book is about Khojaly genocide to the attention of the world community, this collection presents, in a chronological order: the documents adopted on Khojaly tragedy by the President of the Republic of Azerbaijan and Milli Majlis during 1992-2018.


<< Geri