2020-ci il
martın 1-də Bakı Gəmiqayırma Zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə
Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan”
gəmi-bərəsinin istismara verilmişdir.
“Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda
inşa olunub.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva”
gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər.