2006 - iyunun 29-da Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının açılışı olmuşdur.Kənd xəstəxanası 35 çarpayılıqdır, Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına iki ay yarım ərzində əsaslı şəkildə bərpa olunmuş və müasir avadanlıqla təmin edilmişdir. Hazırda burada 25 nəfər çalışır. Burada poliklinika da fəaliyyət göstərir. Burada cərrahiyyə otağı, stomatoloji kabinet, doğum, göz xəstəlikləri şöbələri var.