E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ANA


Sözləri: Fikrət Qoca
    Musiqisi: Sevil Əliyeva  

Dinlə; Ana
        


Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara gözlü anam,
hara getsəm gözün mənə baxar,
Ana qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü bəzər
 Qəlbi geniş ana,
həyat verdin mənə,
Günəş kimi yana-yana, ana,
Mənim günəş anam,
Ana, əziz ana,
Ana qəlbi başım üstə səma.

Ana səsin aydın səhər olar,
Ana qəlbin keşik çəkər bizə,
Yolum üstə uzaq səfər olar,
İşıq olar nurdan düşən gözə.

Mənim görən gözüm sənsən, ana,
Ömrüm-günüm, sözüm sənsən, ana.

Qəlbi geniş ana,
həyat verdin mənə,
Günəş kimi yana-yana, ana,
Mənim günəş anam,
Ana, əziz ana,
Ana qəlbi başım üstə səma.


<< Geri