2000 - 28 aprel Bakının Bin
əqədi rayonu ərazisində Zərifə Ə
liyeva
adına parkın açılış mərasimi olub.
Parkın mərkəzində təxminən
üç metr boy atmış yaşıl
ağacın
dibində bir metal lövhə
diqqəti cəlb edir. Orada yazılıb:
«Bu ağacı
Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri Heydər Əliyev əkmişdir.
28 aprel, 2000». Ümummilli
liderimiz Heydər Əliyevin burada əkdiyi ilk ağacla
bu parkın əsası
qoyulmuşdur.
Sonralar parkın ərazisi genişləndirilmiş,
burada yeni yaşıllıqlar
və çiçəkliklər salınmışdır.
Mərkəzdə, mərmər hovuz və fəvvarənin yanında
Zərifə xanım Əliyevanın
heykəli qoyulmuşdur. Park
Cavad xan küçəsi boyunca uzanır
və buradakı məşhur
zeytun bağına
qovuşur. 4-5 hektarlıq
sahəni əhatə edən bu yaşıllıqlar
məkanında əhalinin səmərəli
istirahəti üçün yaxşı
şərait yaradılmışdır.
Burada bədii tərtibatla salınmış
yaşıllıqlar
və gül-çiçəklər
diqqəti cəlb edir. Baş- başa
vermiş zeytun,
çinar, Eldar şamı,
küknar, akasiya və başqa
ağacların
arası ilə salınan
daş üzlüklü
çığırlar, ətrafdakı
ecazkar mənzərə, müasir
işıqlandırma sistemi, yaraşıqlı
oturacaqlar, quşların
cəh-cəhi, saf hava hər gün
buraya gələn yüzlərlə insana
zövq verir, onlara xoş
əhvali- ruhiyyə bəxş edir.