E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Yardımlı qəsəbəsində körpələr evi-uşaq bağçası


2005 - Sentyabrın 9-da Yardımlı qəsəbəsində Akademik Zərifə Əliyeva adına körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təxminən iki aya tikilmiş bina ən müasir standartlara cavab verir. Ümumi sahəsi 720 kvadratmetr olan binada uşaqlar üçün oyun zalı, yataq, yemək, dərs, həkim müayinəsi otaqları vardır. Burada Heydər Əliyev guşəsi də yaradılmışdır. Həyətdə karusellər qoyulmuş, oyun meydançası, gəzinti yerləri düzəldilmişdir. 800 kvadratmetrə yaxın ərazidə yaşıllıq salınmış, müxtəlif bəzək kolları və güllər əkilmişdir. Binanın öz qızdırıcı sistemi də vardır.

.


 

<< Geri