E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 BAKI ŞƏHƏRİNDƏ LİSEY


Akademik Zərifə Əliyeva adına məktəb 15 sentyabr 2008-ci ildə fəaliyyətə başlayıb. Məqsədimiz hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəlişi - 2008-ci il aprelin 28-də akademik Z.Əliyeva adına məktəbin açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin açılışında şəxsən iştirak etmiş, məktəbin interyeri ilə tanış olmuş, sinif otaqlarını, fənn kabinetlərini gəzmiş,öz dəyərli tövsiyələrini vermişdir. Məktəbdə IX - XI sinif şagirdləri təhsil alırlar. Məktəbə qəbul imtahanlar yolu ilə həyata keçirilir. Fənn imtahanları ilə yanaşı, şagirdlər psixoloji testlər də verirlər.

I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa şagirdlərin əldə etdiyi biliklərin səviyyəsini yoxlamaq üçün dekabr və aprel aylarında aralıq imtahanları – Məktəbdaxili Qiymətləndirmə Testləri ( sonradan MQT ) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil edilir. MQT -nin nəticələrinə əsasən hər bir sinfin, fənnin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış 6 şagird təqaüdə layiq görülür.

Aprel və may aylarında məktəbimizdə şifahi imtahanlar silsiləsi keçirilir. Şagirdlər Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya kimi fənlərdən imtahanlar verirlər. Bundan başqa rus bölməsinin şagirdlərinin Azərbaycan dili fənnindən zaçot verməsi nəzərdə tutulur.

Məktəbimin qapıları oxumaq və keyfiyyətli təhsil almaq istəyən hər bir kəs üçün açıqdır.
 


 

<< Geri