E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Qəbələ şəhərində park


2007- martın 2-də Qəbələ şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılışı olmuşdur.

6,5 hektar ərazini əhatə edən parkda milliliklə müasirlik çox uyarlı şəkildə uzlaşdırılmışdır. Burada kafe, şirniyyat evi, idman kompleksi, ağsaqqallar üçün çay evi, restoran, diskoteka, konsert və əyləncəli proqramlar üçün gözəl səhnə yaradılmışdır. Gözoxşayan parkda 7 süni göl, fəvvarəli hovuzlar, yaraşıqlı bulaqlar vardır. Parkda 10 mindən çox gül kolu və ağac əkilmişdir. Xüsusilə gecə vaxtları əsrarəngiz görünən park zəngin təəssürat bağışlayır. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış bu mədəniyyət və istirahət obyekti müasir standartlara cavab verir. Gənclərin asudə vaxtının səmərəli keçməsi üçün maraqlı proqramlar təşkil olunur, kiçik yaşlı uşaqlar üçün də karusellər, yelləncəklər quraşdırılmışdır. Kompleksdə futbol, voleybol, basketbol meydançaları, idman salonları var. Burada gələcəkdə rayon əhəmiyyətli yarışlar keçiriləcəkdir

.

 


 

<< Geri