E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Saatlı rayonunda mədəniyyət və istirahət parkı


2008-Sentyabrın 26-da Saatlı rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkı istifadəyə verilmişdir.

2,3 hektar sahəsi olan yeni istirahət guşəsi şəhid ailələri, müharibə əlilləri üçün tikilmiş 32 mənzilli binanın, habelə yaşayış massivinin yaxınlığında yerləşir.

Dekorativ ağaclar, gül kolları əkilmiş parkdakı müasir fəvvarələr buraya xüsusi yaraşıq verir.

Parkın ərazisində çoxlu oturacaq qoyulmuş, istirahət və gəzinti guşələri yaradılmış, gözoxşayan işıqlandırılmasistemi qurulmuşdur. .

 


 

<< Geri