|
1923 |
Aprelin 28-də Azərbaycanın dilbər guşəsi
olan Naxçıvan Muxtar
Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan
olmuşdur. |
1942 |
Orta məktəbi bitirdikdən sonra
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicəprofilaktika
fakültəsinə daxil olmuşdur. |
1947 |
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsini əla qiymətlərlə bitirmişdir.
Ümumittifaq Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma
kursunda həkim-oftalmoloq ixtisasına yiyələnmişdir. |
1949 |
Azərbaycan Elmi Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət
göstərmişdir. |
1950 |
Aspiranturaya daxil olmuşdur. Tədqiqat
işi traxomanın müalicəsi ilə bağlı məsələlərə - traxomanın
müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli
vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan
antibiotikdən – sintomisindən istifadə olunmasına həsr
edilmişdir. |
1953 |
Aspiranturanı bitirmişdir. |
1953-1957 |
Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya
İnstitutunda elmi işçi
işləmişdir. |
1960 |
«Traxomanın digər terapiya üsulları
ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik
dissertasiyasa müdafiə etmişdir. |
1960-1967 |
Oftalmologiya İnstitutunda böyük elmi
işçi vəzifəsində çalışmışdır. |
1963 |
SSRİ Ali Attestasiya Komissiyası
ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı
vermişdir. |
1967 |
Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
göz xəstəlikləri kafedrasına dosent
vəzifəsinə dəvət olunmuşdur. |
1969 |
Ə.Əliyev adına
Azərbaycan Həkimləri Təkmilləşdirmə
İnstitutunda göz xəstəlikləri
kafedrasının görmə orqanının peşə
patologiyası laboratoriyasının müdiri
vəzifələrində çalışmışdır. |
1976 |
H.Helmqolts adına
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda «Azərbaycanın bir sıra
kimya müəssisələri işçilərinin görmə
orqanının vəziyyəti» mövzusunda disser-
tasiya müdafiə etmişdir. |
Tibb elmləri
doktoru elmi dərəcəsi elmi adına layiq
görülmüşdür. |
1977 |
Z.Ə.Əliyevanın
təklifi və rəhbərliyi ilə Bakı şəhərində
Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti
İdarə Heyətinin plenumu keçirildi. |
1978 |
Azərbaycan Dövlət
Həkimləri Təkmilləş dirmə İnstitutunun
oftalmologiya kafedrasının müdiri
olmuşdur. |
1979 |
1976Azərbaycan
Dövlət Həkimləri Təkmilləş- dirmə
İnstitutunun oftalmologiya kafedrasının
professoru seçilmişdir. |
Oftalmoloqların
Ümumittifaq elmi Cəmiyyəti İdarə Heyəti
və Sovet sülhü müdafiə komitəsinin üzvü
seçilmişdir. |
1981 |
Oftalmologiyanın
inkişafına verdiyi böyük töhfəyə – görmə
orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə
oftalmologiya aləmində ən yüksək
mükafata layiq görülmüşdür. |
SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ.Averbax
adına mükafatına layiq görülmüşdür. |
1982-1985 |
Ə.Əliyev adına
Azərbaycan Həkimləri
Təkmilləşdirmə
İnstitutunda oftalmologiya kafedrasının
müdiri vəzifələrində çalışmışdır. |
1983 |
Azərbaycan
respublikası Elmlər Akademiyasının
həqiqi üzvü seçilmişdir. |
1983 |
Azərbaycan
Respublikası Elmlər Akademiyasının
akademiki seçilmişdir. |
1985 |
Aprelin 15-də
Moskva şəhərində vəfat etmişdir. |
1994 |
Zərifə Əliyevanın
cənazəsi Moskvanın Novo- Deviçye
qəbiristanləğından Bakıya gətirilərək,
Fəxri Xiyabanda dəfn olunmuşdur. |
2013 |
7 fevralda Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev “Akademik Zərifə
Əliyevanın 90 illik yubileyinin
keçirilməsi haqqında” Sərəncam
imzalamışdır. |
Azərbaycan və rus dillərində “Zərifə Əliyeva:
Ziyarətə çevrilmiş ünvanlar” kitabı işıq üzü
görmüşdür. |
2014 |
Əlizamin Hüseynlinin Zərifə xanım Əliyevadan
bəhs edən “Əsrimizin sevgilisi” adlı sənədli
poeması çap olunmuşdur. |
2018 |
Kərəm Kərimovun “Akademik Zərifə xanım
Əliyeva” kitabı nəşr olunmuşdur. |
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından “Zərifə
Əliyeva. Biblioqrafiya” kitabını nəşr
etmişdir. |
2022 |
3
noyabr 2022-ci il Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev
Akademik Zərifə Əliyevanın 100 illik
yubileyinin qeyd edilməsi haqqında
sərəncam imzalamışdır. |
|