1923 Aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1942

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicəprofilaktika fakültəsinə daxil olmuşdur.

1947

Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirmişdir. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnmişdir.

1949 Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir.
1950 Aspiranturaya daxil olmuşdur. Tədqiqat işi traxomanın müalicəsi ilə bağlı məsələlərə - traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edilmişdir.
1953 Aspiranturanı bitirmişdir.
1953-1957

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi işləmişdir.

1960 «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyasa müdafiə etmişdir.
1960-1967 Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
1963 SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
1967 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
1969 Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.
1976 H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda disser-­ tasiya müdafiə etmişdir.

Tibb elmləri doktoru elmi dərəcəsi elmi adına layiq görülmüşdür.

1977 Z.Ə.Əliyevanın təklifi və rəhbərliyi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi.
1978 Azərbaycan Dövlət Həkimləri Təkmilləş­ dirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri olmuşdur.
1979

 1976Azərbaycan Dövlət Həkimləri Təkmilləş­- dirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilmişdir.

Oftalmoloqların Ümumittifaq elmi Cəmiyyəti İdarə Heyəti və Sovet sülhü müdafiə komitəsinin üzvü seçilmişdir.
1981 Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata layiq görülmüşdür.
SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
1982-1985 Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.
1983 Azərbaycan respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1983 Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
1985 Aprelin 15-də Moskva şəhərində vəfat etmişdir.
1994 Zərifə Əliyevanın cənazəsi Moskvanın Novo- Deviçye qəbiristanləğından Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunmuşdur.
2013 7 fevralda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Azərbaycan və rus dillərində “Zərifə Əliyeva: Ziyarətə çevrilmiş ünvanlar” kitabı işıq üzü görmüşdür.
2014 Əlizamin Hüseynlinin Zərifə xanım Əliyevadan bəhs edən “Əsrimizin sevgilisi” adlı sənədli poeması çap olunmuşdur.
2018 Kərəm Kərimovun “Akademik Zərifə xanım Əliyeva” kitabı nəşr olunmuşdur.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Zərifə Əliyeva. Biblioqrafiya” kitabını nəşr etmişdir.

<< Geri