E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ZƏFƏR AĞACI


“Sumqayıt Texnologiyalar Parkı” (STP) Şirkətlər Qrupu 8 noyabr - Zəfər Günü münasibətilə “Zəfər ağacı” abidəsi hazırlayıb. Abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.“Zəfər ağacı” paslanmaya davamlı metaldan hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış, üzərində şəhidlərimizin adları yazılmış 3000 metal hərbi adlıqlardan ibarətdir. Ağacın hündürlüyü 2,9 metr, eni 2,2 metr və çəkisi 400 kiloqramdır. Azərbaycan vətəndaşları və şəhərimizin qonaqları “Zəfər ağacı”nı görmək üçün noyabrın 7-dək kimi Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə” adlı yarmarkanı ziyarət edə bilərlər. “Zəfər ağacı”nın noyabrın 8-də Sumqayıt Şəhərinin Şəhidlər Xiyabanında quraşdırılması planlanır.

<< Geri