... Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman
Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı.O vaxt
mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla
dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Bunlar hamısı
onun xatirələridir.Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında
idi. Nəyə görə? Heç
bir cinayət yox idi. Ona görə ki, millətini
sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı.
“Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək
məsələsini qoymuşdular.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
...Sizin yüksək bədiiliklə qələmə aldığınız əsərlər milli
qaynaqlardan bəhrələnərək vətənpərvərliyin tərənnümü, insanın mənəvi
icalığı və fəlsəfi düşüncələrlə səciyyələnir.
***
...Siz
yaradıcılığını Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü
uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol
oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə
olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdansınız.
Poeziya sənətimizin ənənələrini zamanın sınaqlarından çıxaran
və yaşadan bir şair kimi adınız ölkəmizdə daim ehtiramla çəkilir.
İlham Əliyev,
Azərbaycan Respublikası Prezidenti
... Torpağımıza azadlıq, müstəqillik baharının gəlməsini ilk duyan,
bu baharın gəlməsi üçün illər boyu çarpışan və bu baharı ilkin
salamlayan, müædələyən şairlərimizdən biri də Bəxtiyar Vahabzadədir.
Sovet senzura sisteminin dar iəriivələri iiində də Bəxtiyar
Vahabzadə üz süzünü deyə bilmiş, hələ o illər Şəki qəzetində çap
etdirdiyi “Gülüstan” poemasında xalqımızın tarixi faciəsi haqqında,
bülünməsi, ikiyə ayrılması, parialanması və əsarətə düşməsi haqqında
təsirli, yanıqlı bir dillə süz aimışdı.Son beş-altı ildə də azad,
müstəqil Azərbaycan uğrunda mübarizənin iətin yollarında Bəxtiyar
müəllimi həmişə ün sıralarda gürmüşük, gürürük və inşallah, hələ çox
illər görəcəyik. Hər bir böyük şairimiz kimi Bəxtiyar Vahabzadənin
də bəzən başa düşülmədiyi, niyyətinin,sözünün tərs yozulduğu
məqamlar olub. Amma bütün böyük sənətkarlar kimi o, səbir, dözüm
sınağından da ləyaqətlə keçə bilib.
Anar
...Bəxtiyar Vahabzadə fitri
şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə
başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt
sənətkarlardandır...
...Bəxtiyar Vahabzadənin
qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur.
Mehdi Hüseyn.
... Bəxtiyar Vahabzadə süzün əsl mənasında şairdir. Onun poetik fıriasının iəkdiyi lüvhələr rəngarəng və maraqlıdır. Dili şirəli və koloritlidir. Vahabzadənin poeziyası - düşüncələr poeziyasıdır.Bu düşüncələr bəzən həyatın üst qatlarına toxunsa da, şerlərinin bir qismində ayrı-ayrı motivlər- məsələn, yaxınlaşmaqda olan qocalığın kədərli
müædəiisi olan ağaran sailar motivi təkrar olunsa da, ümumiyyətlə, Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir.Şair ən yaxşı şerlərində oxucuları ilə məhrəmanə sühbət edir. Adama elə gəlir ki, o daha bir şer yazmaq istəməmiş, üz dəruni fikirlərini ən yaxın dostları - oxucuları ilə bülüşməyi arzulamışdır. Şairin ovqatı qeyri-ixtiyari olaraq sizəsirayət edirsizi sevinc,kədər bürüyür.Siz vvəllər,bəlkədə, qəlbinizdəbu cür emosiyalar doğurmayan şeylərin, hadisələrin mənası haqqında düşünməyə başlayırsınız.
Ündiisə həmin şeylər, hadisələr dəqiq tapılmış şairanə sözlərin gücü ilə qatqat mühüm əhəmiyyət kəsb edir. Onlar sizi fəaliyyətə,məhəbbətə,nifrətə iağırır.
***
Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə büyük olan poetik istedadır. Bu yaradıcılıq istedadı ona dərin xalq məhəbbəti qazandırmışdır. Onu Vətənin sevimli şairi etmişdir. Belə bir tale səadətdir. Belə bir insan həqiqətən bəxtiyardır. Bu bəxtiyarlıq bir insan, bir vətəndaş, bir nəğməkarın bəxtiyarlığıdır. Mən Bəxtiyarı belə tanımışam, belə duymuşam, belə sevmişəm.
Rəsul Rza.
Vahabzadə şeirimizin Fizuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər,
Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə
parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə
dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır
ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət
duyursan.
Mirzə İbrahimov.
... Bəxtiyar poeziyası döyüşdür - o, ictimai haqsızlıqla, biganələrlə, şöhrətpərəstlərlə, ikiüzlülərlə, qorxaq və əxlaqı natəmizlərlə döyüşür. Bəxtiyarın zəkalı, tutarlı, qaynar, xoşsözlü şeri gözümüzün qarşısında doğma lüvhələr yaradır; başı qarlı Kəpəz, Şahdağı, Savalan, Kürün, Arazın uğultulu qıæovları, Muğanın, Şirvanın il boyu yaşıl donlu,ucsuz-bucaqsız vadiləri vəsf olunur; onun şerində coşğun Xəzər, mavi, zümrüd səma, mehriban cənub günəşimiz canlanır.
Niyazi
Bəxtiyar xalqının, vətəninin sevgisini, qayğısını qazanmış bir
şairdir. Bu isə yaradıcı insan üçün ən böyük bir səadətdir.
Balaş Azəroğlu.
Bəxtiyar hər nə yazırsa, ürəkdən yazır, təbii yazır, təmənnasız
yazır. Biz onun lirikasının avazında saxta notlar hiss etmirik.
İlyas Əfəndiyev
Bəxtiyar şeiri onun öz ürəyindən a
xıb gəlir. Burada
təqlid görünmür. Şair ağarmağa başlayan qıvrımlarını
qarışdırmır, öz alnını yumruqlayıb durmur. Düzdür, o, "yaradıcılıq
əzabları"nı çəkir, ancaq bu əzab fərəһlidir. Görəsən "yaradıcı
əzab"dan da dünyada şirin və bəһrəli nə var?!
S. Rəһimov
Bəxtiyar Vaһabzadə çox xoşbəxt şairdir, çünki həyatı boyu uğrunda
mübarizə apardığı arzusuna çatdı
-
doğma
xalqının müstəqilliyini,
azadlığını gördü.
Elçin Əfəndiyev
Torpağımıza azadlıq, müstəqillik baһarının gəlməsini ilk duyan, bu
baһarın gəlməsi üçün illər boyu çırpışan və onu ilkin salamlayan,
müjdələyən şairlərimizdən biri də
Bəxtiyar Vaһabzadədir.
Anar
Yalnız millətinin adından danışan şair milli şair olur.
Bəxtiyar
Vaһabzadə məһz belə şairdir.
Yaşar Qarayev
Bəxtiyar dərin tellərlə öz xalqına bağlıdır. O, şeirimizin klassik
ənənələrindən qidalanaraq özünün müasir ruһlu, müasir amallı şeir
dünyasını yaratdı. Onun bir qanadı dünəndirsə, bir qanadı bu gündür,
özü isə sabaһa uçan bir qartala bənzəyir.
Nəbi Xəzri
Bəxtiyar Vaһabzadənin yaradıcılığı insanın mənəvi və ictimai
bütövlüyünə mane olan һər cür çəpərlərə qarşı üsyan poeziyasıdır.
S. Rustəmxanlı
Bəxtiyar şeirinə zaman dəruni düşüncələrin qanadında daxil olur,
ömür əbədiyyət һaqda bədii-fəlsəfi ümumiləşdirmənin bünövrəsinə
çevrilir.
N.Cabbarov
B. Vaһabzadə yaşlı nəslin һafnzəsində özünə möһkəm yer tutan
çavidlərin, cavadların, müşfiqlərin, ildırımların dediklərini yeni
mərһələdə yeni nəslə deməyə çalışır, tapıntılarını poetik təzadlar
üstə quraraq sətiraltı mənalara "enir" və bu yaradıcılıq axtarışları
onu başqa müəlliflərdən fərqləndirirdi.
N. Həsənzadə
...Bəxtiyar Vahabzadənin özü, onun poeziyası, siyasi, elmi
təfəkkürü, həyat, cəmiyyət hadisələrinə münasibəti, sözün əsl
mənasında, möcüzədir.
Teymur Xəlilov
Dərin məna, gözəl məntiq, ürək çırpıntılarıyla dolu
bədii fəlsəfi fikirlər Bəxtiyar şeirinin özülüdür. Onun
һər yeni şeirini səbirsizliklə gözləyənlərdən biriyəm.
Açığını deyim, şair
Bəxtiyar mənə məһarətlə mövzu seçən
ustad bir rəssamı xatırladır.
Mikayıl Abdullayev
Bəxtiyar öz lirikasında lirik olduğu qədər də fnlosofdur. Onun şeirləri predmetlidir, konkretdir. Şeir nəinki o
xunur və səslənir, һəm də gözlə görünür. Şeirlərnn һamısında şairin sinirləri һiss olunur, sözlə ünsiyyəti dərk edilir.
Yeqor İsayev
.
Yeqor İsayev
...Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə
millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən
övladı olduğun xalqın nitq hissəsində fel olmağı
bacarasan,xalqının canlı dil memarlığına üz töhfəni verə
biləsən.
Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün
mahiyyət kəsb edir və millilikdən ümumbəşəri fövqə qalxır. Milli və
beynəlmiləl münasibətlər problemi günümüzün canlı mübahisələrə
çevrilən məsələlərindən biridir və bu problem... öz mütərəqqiliyini,
obrazlılığını, nadir əhatəliyini və məhsuldarlığını bir daha
Vahabzadə yaradıcılığında tapıb. İndiki halda sən azərbaycanlı şairi
oxuyanda - dünyanı oxuyursan.
Bundan başqa mən Vahabzadənin görkəmli sənətkar - şair
üstünlüklərini, çox güclü cəhətlərini qeyd etmək istərdim. Lirizm və
vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa simlərdir və bu
simlər onun şəxsi və ictimai dünyagürüşünün qüdrətliliyinə bir daha
şəhadət verir.
O, vətənpərvərdir, o aqildir, sözün yaxşı mənasında nəsihət verən,
yol göstərən sənətkardır. Vahabzadənin başqa kamil cəhətlərindən
biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada
bilir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq -
Bəxtiyarın mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən və
zənginliyindən xəbər verir.
Çingiz Aytmatov
...Bəxtiyar Vahabzadə bütün
ölkədə tanınan və sevilən şairdir. Onun
poeziyasında şərqə məxsus bütün
gözəl keyfiyyətlər əksini tapıb...
İljas Süleymanov
...Bəxyiyar Vahabzadə bizə öyrətdi ki, hər bir millətin ana dili o
millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən
qiymətli mirasdır.
Bəxtiyar Vzһabzadə üçün ayrıca bir tarixçilik anlayışı yoxdur, ayrıca bir ənənəvi «milli
xaraktera ayrıca bir müasir «intellektual qəһrəman» yoxdur. Onun üçüi yalnız eyni vaһid, yekparə varlıq müqəddəs əbədi Azərbaycan vardır..
Əhməd Bican Ercilasin.
Türk ədəbiyyatı üçün Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil nə isə,
Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan,
yeni Azərbaycan Cümhuriyyətinin yaranmasında onun hayqıran
yaradıcılığının mühüm bir payı vardır.
Yavuz Bülənt Bakilər
Bəxtiyar Vahabzadənin poeziyası briliyant kimi bir şeirdir.
Mehmet Kaplan
B. Vaһabzadəyə görə şairin vücudu Vətən torpağı, nəfəsi
Xəzər dənizindən əsən ruzgar, qanı Kür, Araz çaylarıdır.
Şair Vətən və millət əqidəsinin məcmuudur.
Əli-Yavuz Akpınar
B.Vaһabzadənin ömür yolu üçbucaq içindəki insanın üsyanlarını,
təzadlarla dolu mübarizlərini, ürək çırpan anlarını, arxasınca
getdiyi, amma çata bilmədiyi
xəyalların yaratdığı taleyə
küsgünlərini bizə anladır.
Dursun Yıldırım
Bəxtiyar Vaһabzadə bütün türk dünyasının ortaq səsi, sevən ürəyi,
aydınlıq üzü və gözəllik cizgisi, rəmzidpr.
Yavuz Bülənd Başkər
Bəxtiyar şeirlərində şirin-şəkər dilimiz, pakdanpak dinimiz,
keçmişlərdən boy göstərən tariximiz, adət və ənənələrimiz, müdrik
dünyagörüşümüz, qədim söz sənətimiz, bir sözlə, bizi özümüzə
qaytaran, bizi yüzilliklərdən bəri yox
olmağa qoymayan, yox
olmaqdan
һifz edən, yatmış uyquda olan başları qəflət yuxusundan oyadan
mümtaz dəyərlər yaşayır.
Fatiһ Bağçıoğlu
Bəxtiyar Vaһabzadənin "һörümçək tor bağladı" şeirində böyük
bir dövrün zülm panoramasını bir quşbaxışı romantizm ilə deyil,
gerçəkli obrazların gözümüz qarşısında canlandırmışdır. Şeirin һər
misrası bir sancı, һər bir kəlməsi bir fəryadın təzaһürüdür.
M. Halivtin Kukul
O, vətənin dərdini çəkən, vətənin naminə yaşayıbyaradan sənətkardır.
Böyük öndər M. Ə. Rəsulzadənin qaldırdığı üçrəngli bayrağa işarə
edərək "Bu bayraq altında yaşamaq qədər, torpağa getmək də şərəfdir,
deyərək öz һəqiqətinə inanır. O, "bu böyuk amalla yaşamasını, doğma
qardaşı belə olsa, düşmən biləcək qədər öz vətəninin sövdaçısıdır.
20 yanvar faciəsinin ertəsi günü işğalçı rus ordusu generalının
üzünə tülürməklə ölümlə üz-üzə durmaqdan da çəkinməmişdir. Biz B. Vaһabzadəni belə tanıyırıq.
Hüsniyyə Mayadağlı
Bəxtiyar Vaһabzadə sözün əsl mənasında şairdir. Həm də
һeç kimə bənzəri olmayan və bədii söz ustasının
yaradıcılıq diapozonu olduqca genişdir.
Stanislav Kunyayev
Şair hər şeirində təbiidir, çünki o, səmimidir, ürəyiaçıqdır, ədabaz
deyil, sünilikdən uzaqdır. Onun poeziyasında ağır və eyni zamanda
çəkisiz, şəffaf və əsrarəngiz poetik iksir var.
Pavlo Movçan (Ukrayna)