Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadənin
xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər İcra
Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin
adının verilməsini və Bəxtiyar Vahabzadənin yaşadığı binaya (İstiqlaliyyət
küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Şəki Şəhər İcra
Hakimiyyəti Şəki şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin
adının verilməsini və Şəki şəhərində Bəxtiyar Vahabzadənin büstünün
ucaldılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. təhsil sistemində filologiya ixtisası üzrə təhsil alan
tələbələr üçün Bəxtiyar Vahabzadə adına təqaüdün təsis edilməsini təmin
etsin;
3.2. Şəki şəhərinin orta məktəblərindən birinə Bəxtiyar
Vahabzadənin adının verilməsini təmin etsin;
3.3. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2009-cu il