E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

BƏXTİYAR VAHABZADƏNİN EV-MUZEYİ


Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyinin binası Şəkidə, Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evdə yerləşir. Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Muzeyin əsası şairin doğumunun 100 illiyi ilə münasibətilə, Azərbaycan Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə qoyulmuşdur. 2017–2018-ci illərdə aparılan bərpa, yenidənqurma və bədii tərtibat işlərindən sonra muzeyin rəsmi açılış mərasimi 31 avqust 2018-ci ildə olmuşdur.
Ev muzeyinin ekspozisiyası 70m2 təşkil edir və 3 otaqdan ibarətdir. Burada həmçinin inzibati və fond otaqları da vardır. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar təşkil edir. Burada ümumilikdə 735 ədəd eksponat ziyarətçilərə nümayiş olunur.



<< Geri