"B.M. Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 fevral tarixli
167 nömrəli Sərəncamının 3-cü bəndinin icrasının təmin edilməsi
məqsədi ilə Azərbaycan Respublikasınınm Nazirlər Kabinetiqərara
alır:
-
Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində
filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar
Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilsin.
-
Müəyyən edilsin ki:
tədris ilinin hər bir semestri üçün tələbələrə "Bəxtiyar
Vahabzadə adına" təqaüdün verilməsi haqqında qərar onların
təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin
təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil
Nazirliyitərəfindən qəbul edilir;
-
"Bəxtiyar Vahabzadəadına" təqaüdün verilməsi Azərbaycan
Respublikasının dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi
üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilir.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.RASİZADƏ
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 dekabr2009-cu il
№ 188