|
Film Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 70 illiyi ərəfəsində lentə alınmışdır. Şəkidə dünyaya göz açmış şair yaradıcılığını doğma torpağa həsr etdiyi şeirlərdən başlayıb. Onun əsərlərinin ilkin sınaqları, ilk sözləri Vətən torpağından, el sinəsindən gəlir. Güclü poetik zəkaya və ilhama malik olan Bəxtiyar Vahabzadə böyük məhəbbət qazanmış şairlərimizdəndir. Onun sənəti xalqının mənəvi dünyasından, onun çoxəsirlik tarixindən bəhs edən cəsarətli poeziyadır. Məşhur kəlamı: "Yaşamaq yanmaqdır, yanasan gərək" onun bütün həyatını əks etdirir. O, xalqın xoş günlərində də, ən çətin dövrlərdə də onları dəstəkləyib, dərdlərinə şərik çıxıb. Bəxtiyar Vahabzadə millətinin gözündə təkcə bir şair kimi yox, gözəl mənəvi keyfiyyətlərə sahib olan bir insan kimi yüksəlib. O nəinki Azərbaycanın, bütün Türk dünyasının görkəmli şairlərindəndi
|