E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

   
 

AZƏRBAYCAN DİLİNDƏ

Nə qədər şair var, söz var, şeir var
Dünyada onlardan mənəm yadigar.


İnsanla yaşayan mərddir, kişidir,

Kimsəni sevməmək namərd işidir.


Otlara yaraşar başını əymək,
İnsanın başıysa ucada gərək.


Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
Ədalət sədaqətlə abad eylər ölkəni.


Künc-bucaqda qalana sən bu qədər atma ox,
Yoxsulların ahından, qarğışından çəkin, qorx!


Dünyanın işini, yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.


Hər kəs ki, zülm üçün qılıncı aldı,
Qan tökən şir kimi pəncəsiz qaldı.


İkibaşlı dostluğu dostluq sanma heç zaman,
Qərəzli dost-düşməndir, arxalanma heç zaman.


Dost qəlbi torpaqdır, ona əl vursan,
Əlin pak olacaq o zaman, inan.


Çarpış dünya ilə şiri-nər kimi,
Yoxsa udar səni o, əjdər kimi.


Hünərli dünyada təxtü tac alar,
Alçalmaz heç zaman, başı ucalar.


Qanı çörəyinə yavanlıq elə,
Papağı dik saxla, baş getsə belə.


Mərdə təmiz bir ad, candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.


Hər kim toxum əksə şoranlıq çölə,
Ancaq peşmançılıq gətirər ələ.


Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.


Zəhmətdən incimə, yeni mədən aç!
Bu dünya əhlinə xəzinələr saç!


Gərəkdir gec yatıb erkən göz açmaq.


Çalışan ruzunu daşdan çıxardar.


Dünya zirəklərin karvan yoludur,
Düz və təmizlərin sadiq quludur.


Hər uzanan ələ halva verilməz.


Halal ye tərlantək, halal ov ara,
Bənzəmə leş üstə qonan quşlara.


Sabaha çox da sən ümid bağlama,
İşi lap bu gecə düzəlt, saxlama.


Yoxsulluq üz versə sənə, heç zaman
Yalvarıb istəmə kimsədən aman.


Nə çox əylənən ol, nə də çox yeyən,
Bunlardan süstləşər, boşalar bədən.


Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hünərdir, hünər.


Qızılı saymaqda bil ki, səhvin var,
Dünyanın gözünü ağıl parladar.


Aqil o kəsdir ki, vəfadar ola.


Səbəb boş deyilməz, gəl düşün bir az,
Yolu xəyal ilə süpürmək olmaz.


Pis, yaxşı nəyin var, demək malındır,
Lakin sənə vacib öz kamalındır.


Ağılsız kəslərlə oturub duran
Ağıldan, şüurdan deməsin dastan.


Nəsihət eşitsə çarə arayan
Dərdinə bir açar tapar hər zaman.


Hər işdə lazımdır ayıqlıq, diqqət,
Hər kuzə çeşmədən çıxmaz səlamət


Bağda əmək qoydu göyərçin, ey yar


Acgöz olma, sənin deyil bu saray,
Yalnız bir çörəkdir alacağın pay.


Xəcalət gətirən bir peşə əlbət,
Peşə sahibinə çəkdirər zillət.


Kimsənin dalınca söyləmə yaman,
Utanma üz-üzə gəldiyin zaman.


Kəhrəba olsa da əqrəb quyruğu
Yenə də əqrəbdir, zəhərlidir bu.


Təkəbbürlə baxma yoxsula, zinhar,
Onun da özünün bir cəlalı var.


Məsləkindən savayı, bil ki, yoxdu qazancın,
Əgər varsa məsləkin, demək çoxdu qazancın.


Süleymanın mülkünü sorma hər an hardadır?
Mülkü öz yerindədir, de, Süleyman hardadır?


“Mənəm-mənəm” deyib çox qılınc taxan
Torpaqlar altında yatmışdır əlan.



<< Geri