E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

   
 

Nizami Gəncəvinin həyat və fəaliyyətinin əsas tarixləri

Main dates of life and work of Nizami Ganjavi

1141

Nizami Gəncəvi - Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi qədim Gəncə şəhərində anadan olmuşdur.

1169

Dərbənd hökmdarı Nizamini öz sarayına cəlb etmək üçün ona Afaq adlı bir kəniz göndərmişdir.Şair Afaqı qəbul etmiş və onunla evlənmişdir.

1174

Nizaminin Afaqdan Məhəmməd adlı bir oğlu olmuşdur.

1176-1178

Nizami Gəncəvi ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ni yazmışdır.

1179

Şairin həyat yoldaşı Afaq vəfat etmişdir və o, ikinci dəfə Gövhər adlı bir qadınla evlənmişdir.

1180

Nizami Yaxın Şərqdə ilk romantik poema sayılan “Xosrov və Şirin” poemasını bitirib Cahan Pəhləvana hədiyyə göndərmişdir.

1186

Cahan Pəhləvanın ölümündən sonra onun yerinə keçmiş Qızıl Arslan Nizami ilə görüşmək üçün Gəncəyə gəlmişdir.

1188

Nizami üçüncü böyük əsəri “Leyli və “Məcnun” poemasını yazmışdır.

1193-1197

Nizami Ağsunqar Körpə Arslana ithaf etdiyi “Yeddi gözəl” poemasını yazmışdır.

1200

Nizami yaradıcılığının ən uca zirvəsi sayılan “İskəndərnamə”ni yazılıb qurtarmışdır.

1209

  • Nizami Gəncəvi qədim Gəncə şəhərində vəfat etmışdir.

  • 13-14 əsrlər Nizaminin Gəncə şəhərinin yaxınlığında – Əhmədli kəndində dəfn olunduğu yerdə - qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilmişdir.

1891

XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan türbənin ciddi təmirə ehtiyyacı olduğuna görə Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümü münasibətilə türbənin yerində Nizami Gəncəvinin məqbərəsi ucaldılmışdır.

1896

M.Tevinkovun “Qədim Rusiya ilə Xəzəryanı dövlətlərin münasibətlərinin Nizaminin “İsgəndərnamə” poemasında bir mənbə kimi xarakteristikası” adlı kitabı Tiflisdə rus dilində cap olunmuşdur.

1907

“Nizаminin evlаdınа nәsiһәti” M.Hаdinin tərcümə- sində “Fеyuzаt” jurnalında nəşr edilmişdir.

1909

İlk dəfə Nizami haqqında Mirzə Məhəmməd Axundzadə “Şеyх Nizаmi” adlı kitabını Gən- cədə çap etdirmişdir.

1932

Nizami Gəncəvinin məqbərəsi üzərinə müvəqqəti abidə qoyulur.

1939

Azərbaycan SSR XKS-nin “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olması gününün 800 illiyinə həsr edilən daimi sərgi (ev-muzeyi) təşkil etmək haqqında” 1939-cu il 1 noyabr tarixli 4972 №-li Qərar qəbul edilmişdir.

1939

Nizami Gəncəvinin “Şeirlər” kitabı capdan cıxmışdır.

1940

Moskvada Nizamiyə həsr edilmiş elmi sessiya və iclas keçirilmişdir.

1940

Nizаmi əsərlərinin tərcüməsi üzrə Bаkıda keçirilmiş ümümittifаq müşаvirə.

1940

Аzərbаyçаn ХKS qərаrınа görə Nizаminin epoхаsı, həyatı və yarаdıcılığı һаqqındа konkurs elan edilmişdir.

1941

Anadan olmasının 800 illik yubiliyi müharibə şəraitində Leninqradda (indiki Sankt-Peterburq) Leninqrad Dövlət Ermitajında qeyd edilmişdir

1941

EА Аzf. Nizаmi аdınа Dil və Ədəbiyyat Institutunun hazırladığı “Nizаmi lirikаsı” kitаbı capdan çıxmışdır.

1945

Ev-muzeyinin açılışı olmuşdur.Sonradan Nizami muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir

1946

Kirovabadda (indiki Gəncədə) Nizami Gəncəvinin abidəsi qoyulmuşdur. Heykəltəraş F.H.Əbdürrəhmanovdur.

1947

Keçən əsrin 40-cı illərində dağılmış qədim məqbərənin yerində daş məqbərə ucaldılmışdır.

1947

SSRİ Nazirlər Sovetinin 674 № -li 24 mart 1947-ci il tarixli qərarına əsasən memar S.Ə.Dadaşov və M.Ə.Hüseynovun, heykəltəraş F.Əbdürrəhmanovun layihələri üzrə Azərbaycan şairi Nizami Gəncəviyə Bakı şəhərində abidə qoyulmuşdur.

1947

Nizami Gəncəvinin anadan olmasının 800 illiyi dövlət səviyyəsində təntənəli surətdə qeyd edilmişdir.

1947

Moskva, Leninqrad, Gürcüstan, Özbəkistan, Ermənistan, Türkmənistan, Litva, Latviya, Dağıstanda Nizam Gəncəvinin anadan olmasının 800 illiyi dövlət səviyyəsində təntənəli surətdə qeyd edilmişdir.

1947

Nizaminin anadan olmasının 800 illiyi münasibətilə Moskvada SSRİ Elmlər Akademiyası və Sovet Yazıçıları İttifaqı təntənəli iclas keçirmişdir.

1979

Azərbaycan KP MK “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etmişdir.

1979

Azərbaycanda ənənəvi poeziya günləri keçirilir.

1980

Bakıdakı rayonların birinə Nizaminin adı verilmişdir.

1981

Nizami Gəncəvinin anadan olmasının 840 illiyi keçirilməsi münasibətilə qərar qəbul edilmişdir.

1981

“Nizаmi аdınа mеdаl tәsis еdilmәsi һаqqındа” Аzәrbаycаn SSR Nаzirlәr Sоvеti qərar qəbul edilmişdir.

1981

Nizami Gəncəvinin adına SSRİ-nin poçt markası buraxılmışdır.

1981

Nizami Gəncəvinin anadan olmasının 840 illiyi Moskvanın Ittifaqlar Evinin Sütunlu salonunda təntənəli qeyd edilmişdir.

1981

Nizаmi Gəncəvinin аnаdаn оlmаsının 840 illiyi ilә əlaqədar olaraq V.İ.Lenin adına Sarayda tәntənәli yığıncаq keçirilmişdir.

1990

“Nizami Gəncəvinin anadan olmasının 850 illiyi haqqında” Azərbaycan KP MK qərar qəbul etmişdir.

1990

Bakıda Nizami Gəncəvinin adına Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi açılmışdır.

1991

N.Gəncəvinin anadan olmasının 850 illiyi qarşısında yubiley tədbirləri keçirilməsi haqqında SSRİ mədəniyyət naziri N.N.Qubenkonun Əmri verilmişdir.

1991

Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.

1991

Nizami Gəncəvinin 850 illiyi münasibəti ilə buraxılmış SSRİ-nin 1 rublluq yubiley monetası buraxılmışdır.

1991

N.Gəncəvinin 850 illiyi Rusiyada və Belarusun paytaxtı Minsk şəhərində qeyd edilmişdir.

1991

Təbriz Universitetində Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilmişdir.

1991

N.Gəncəvinin 850 illiyi münasibətilə İraqda beynəlxalq konqres keçirilmişdir.

1991

Nizami Gəncəvinin 850 illik yubileyi şərəfinə Əlişir Əhmədovun təbliğat səyahətinə çıxmışdır.

1992

Türkiyənin paytaxtında “Azərbaycan şairi Gəncəvi Nizami simpoziumu” keçirilmişdir.

1993

Adına kəsilmiş pul - 500 Azərbaycan manatı tədavülə buraxılmışdır.

1995

İran İslam Respublikasının müştərək müəssisəsi Azərbaycan-İran İslam Vəhdət ocağının orqanı olan “Nizami Gəncəvi” jurnalı capdan cıxmışdır.

1996

Nizami Gəncəvinin Lüksemburqda Rusiya Federasiyası Səfirliyinin ərazisində abidəsi ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev açılışda çıxış etmişdir.

1998

“Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin qoyulması haqqında” Azərbaycan Respublİkası Prezidenti Sərəncam vürmişdir.

2002

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin açılışında iştirak etmişdir.

2004

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində iştirak etmişdir.

2004

Nizami Gəncəvinin külliyyatı ilk dəfə latın qrafikası ilə nəşr edilmişdir.

2005

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Kişinyov şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində iştirak etmişdir.

2006

Nizami Gəncəvinin möhtəşəm məqbərəsi 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir.

2007

Strasburqdakı “Azərbaycan evi” və Universitetin Türkologiya departamentinin “Nizami Gəncəvi və dünya mədəniyyəti” mövzusunda tədbir təşkil etmişdir.

2008

Mədəniyyət seriyası çərçivəsində Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş 100 manat dəyərində qızıl xatirə sikkələri istehsal olunaraq tədavülə buraxılmışdır.

2009

Nizaminin vəfatının 800 illiyi qeyd olunmuşdur.

2010

YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaları İnstitutu Səmərqənddə "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" mövzusunda Beynəlxalq elmi konfrans keşirmişdir.

2011

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

2011

Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur. 2012 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboyda Nizami Gənvi adına parkın açılışında iştirak etmişdir

2012

İtalyanın Roma şəhərində dahi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

2012

Prezident İlham Əliyev Gəncədəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir.

2012

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir.

2013

Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmışdır

2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib

<< Geri