E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

   
 

Nizami adına Ədəbiyyat İnstitutu

Ünvan:
AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

  • Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü, tarixi və inkişaf qanunauyğunluqları

  • Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:


Azərbaycan ədəbiyyatının qaynaqları, tarixi mərhələ təsnifi və inikişaf qanunauyğunluqları silsiləsindən, habelə milli ədəbi abidələrin elmi ictimaiyyətə çatdırılması istiqamətində son beş ildə 70 (onlardan 6-sı xaricdə) kitab çap olunmuşdur. Beynəlxalq ədəbi əlaqələrin tarixi təcrübəsinə və çağdaş vəziyyətinə, folklor irsimizə, klassiklərin yubileyinə həsr olunmuş 30-dan artıq beynəlxalq, regional və respublika müşavirələri keçirilmişdir

Təşkilatın tarixi haqqında qısa məlumat:

İnstitut 1932-ci ildə yaranmışdır. 30-cu illərdə o, SSRİ EA-nın Azərbaycan filialına daxil idi. 1945-ci ildə Azərbaycan SSR EA yaradıldıqdan sonra Ədəbiyyat İnstitutu onun tərkibinə daxil oldu. 40-cı illərin sonunda o, Dilçilik İnstitutu ilə birləşdirilmişdir. 1969-cu ildən İnstitut Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu adı altında fəaliyyət göstərir.

Təşkilatın struktur bölmələri:

  • Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsi

  • Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsi

  • Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsi

  • Yeni dövr (XIX əsr- XX əsrin əvvəlləri)Azərbaycan ədəbiyyatı şöbəsi

  • XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsi

  • Müasir Azərbaycan ədəbiyyatı şöbəsi

  • Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi

  • Türk xalqları ədəbiyyatı şöbəsi

  • Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsi

  • Ədəbiyyat nəzəriyyəsi şöbəsi

  • İnformasiya və biblioqrafiya şöbəsi

  • Elmi irsin toplanılması və sistemləşdirilməsi şöbəsi


<< Geri