Kitabxananın Tarixi
Salyanda ilk ictimai qiraətxana 1903-
cu ildə, xalq müəllimlərindən Mirzə Əziz Babazadə və Mirzə Yaqub
Ələkbər oğlu Əlizadənin təşəbbüsü və zəhməti ilə yaradılmışdır.
Əslində ilk qiraətxananın yaradılmasına 1880-ci ildə Salyanda təhsil
müəssisəsinin yaradılmasına təsadüf edir. Salyan məktəbinin təsisi
xalq təhsili ilə bərabər mədəni-maarif işlərinin də inkişafına xeyli
təsir etdi. Bu məktəbin açılması ilə Salyanda ilk dəfə ictimai
kitabxana yaradıldı. Belə ki, məktəbin açılması mərasimi
münasibətilə oraya toplaşanlar "məktəb ictimaiyyət kitabxanası" adlı
bir kitabxana təşkil etməyi qərara aldılar və bu məqsədlə könüllü
olaraq pul topladılar. Qısa müddət ərzində 342 man. 40 qəp.
toplandı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il oktyabrın
1-də Salyan normal məktəbi nəzdində ilk məktəb-ictimaiyyət
kitabxanası açıldı. Lakin camaatdan toplanan kitab və dövrü mətbuat
məktəb şagirdlərinin təlabatını qismən ödəyirdi. Burada toplanılan
təcrübə müstəqil ictimai qiraətxananın açılmasında mühüm rol
oynadı.1903-cu ildə ilk ictimai qiraətxananın təşkil olunmasını
bütün tərəqqipərvər adamlar sevinclə qarşıladılar.Çünki xalqı qəflət
yuxusundan oyatmaq, maarifləndirmək lazım idi. Qiraətxana üçün ilk
bina "Muğan" mehmanxanası ilə yanaşı olan köhnə dükanlardan biri
kirayə edilib.Hazırda həmin yerdə yerləşən şəhid adını daşıyan bağ
yerləşir. Qiraətxanaya 420 manat 60 qəpik məbləğində kitab və dövrü
mətbuat bağışlanmışdı.Qiraətxanadan istifadə üçün oxu haqqı da
müəyyən edilmişdi.Oxu haqqı və ianə vasitəsi ilə toplanan pul fondun
zənginləşməsinə xərclənirdi. Bura Salyanda qabaqcıl ideyaların
təbliği mərkəzinə çevrilir.Inqilabi ruhlu əsərlərin müzakirəsi
keçirilərkən M.Ə.Babazadənin və M.Y.Əlizadənin şagirdləri keşikdə
dayanırdılar. Sonradan bu ictimai qiraətxana hər il kitab fondu
ilə zənginləşdi və nəhayət kütləvi kitabxanaya çevrildi.
Kitabxanaların müxtlif idarələrə məxsus olması, onların fondlarının
əlaqəli şəkildə komplektləşdirilməsi kitabdan daha geniş istifadə
etmək məqsədilə Respublikada gedən mərkəzləşmə zamanı 1975-ci ildə
Salyan Rayon Kitabxanası da Mərkəzləşdirilmiş Kitabxana Sisteminə
çevrildi. 1978 –ci il kollektiv üçün uğurlu oldu. Kitabxana nümunəvi
xüsusi layihə əsasında istifadəyə verilmiş yeni yaraşıqlı binaya
köçdü. 1996-cı ildə Azərbaycan hökuməti "Azərbaycan
Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq
tədbirləri haqqında" qərar qəbul etmişdir.1999-cu ildə "Kitabxana
işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu
qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana
yenidən, yüksək səviyyədə, günün tələbinə uyğun şəkildə təmir olundu
və yeni avadanlıqlarla təmin olundu.
Kitabxana Bugün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında " 2004-cu il 27 dekabr tarixli sərəncamına əsasən fondumuza
12395 nüsxə kitab daxil edilmişdir. Bu da yeni nəslin inkişafına
yüksək təsir göstərir.
Hal-hazırda Nizami Gəncəvi adına
Salyan rayon Mərkəzi Kitabxana özündə 54 filialı
birləşdirir. Onlardan:
MKS öz işlərini günün
tələblərinə uyğun qurur.Hal- hazırda oxu zalında eyni vaxtda 80
nəfər oxucu mütaliə ilə məşğul ola bilər.Fond tutumu 50 min nüsxə
olan xidmət söbəsindən istək və marağımıza uyğun ədəbiyyatı almaq
mümkündür. 2009-cu ildə Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada
Elektron Kitabxananın yaradılması üçün 11 kompüter və digər
avadanlıqlar alınmışdır. Kitabxananın əsas məqsədi oxucuların
milli zəmində və ümumbəşəri dəyərlər əsasında tərbiyə
olunmasıdır.Böyüməkdə olan gənc nəslin əqli və ictimai inkişafında
zahiri deyil, daxili gözəlliyini, mədəniyyətə, vətənə sevgi, əməyə,
zəhmətə qadir olmagı, elmin bütün sahələrindən baş çıxarmağı bacara
biləcək bir nəsil yetişdirmək, tərbiyə etməkdən ibarətdir.
|