Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi — Azərbaycan elm və mədəniyyətinin
görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin
irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə
fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi
beynəlxalq təşkilatdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan
Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley
tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il
tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda
təsis edilmişdir. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına
baxmayaraq qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi
xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyyətidir. Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və
mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ
olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri
dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdı. Nizami
Gəncəvi BM müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və
ictimai təşkilatlarla müxtəlif mövzularda sıx əməkdaşlıq etməkdədir.
Mərkəzin baş ofisi Bakı şəhərində (Azərbaycan) yerləşməsinə
baxmayaraq fəaliyyəti müxtəlif ölkələri əhatə etməkdədir.
Hal-hazırda Mərkəzin Həm-Sədirləri Latviyanın sabiq Prezidenti xanım
Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru cənab
İsmail Seragəldindir.
|