E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

   
 

Nizami Gəncəvi məqbərəsi

Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilmişdi. İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir. Seyyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət etmişdi. Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib. Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib.

1947-ci ildə şairin dağılmış qədim məzarı üstündə Nizami məqbərəsi - şairi anadan olmasının 750-ci ildönümünə həsr edilmiş abidə ucaldılıb. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə şairin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir.

Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.


NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ



<< Geri