Nizami Parkı düz şəhərin
mərkəzində- Nizami adına Ədəbiyyat Muzeyinin qarşısında yerləşir.
Nizaminin heykəli burada 1949-cu ildə ucaldılıb. Heykəltaraş- F.Əbdürrəhmanov, memar- S.Dadaşov, M.Hüseynov. Şairin tuncdan
hazırlanan altı metrlik heykəli 9 metr hündürlüklü cilalanmış
labradordan hazırlanmış səkkizüzlü pyedestalın üzərindədir. Postamentin
səthini rəssam Q.Xalıkovun eskizləri əsasında heykəltaraş A.Xryunov
işləyib. Səth şairin əsərlərinə həsr edilib. Nizaminin heykəlinin
açılışı və ətrafındakı bağın abadlaşdırılması şairin 800 illiyinə həsr
edilmişdi.
|
|