E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

   
 

Nizami Kino Mərkəzi

"Nizami" kinoteatrı - Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. 1934-cü ildə istifadəyə verilib. Kinoteat binası “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir.


NİZAMİ KİNO MƏRKƏZİNƏ VİDEO SƏYAHƏT
   



<< Geri