LEYLI VƏ MƏCNUN
(1907)

Birinci redaksiyada 5 pərdəli, 6 şəkilli, sonrakı quruluşlarda 4 pərdəli, 6 şəkilli əsər.

Operanın ilkin strukturu Ü.Hacıbəylinin “Əsərləri”nin I və II cildlərində bərpa olunmuşdur /Məhəmməd Füzulinin eyni adlı poeması əsasında Ü.Hacıbəylinin librettosu.

İlk tamaşası 1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyev Teatrında (sonralar Ş.Qurbanov adına Dövlət Musiqili Komediya Teatrı) olmuşdur. Baş rollarda: H.Sarabski (Qeys – Məcnun), A.Fərəcov (Leyli), M.Məmmədov (Qeysin atası), İ.Qasımov (Qeysin anası), D.Dağıstani (İbn Səlam), Kəngərli (Zeyd. Rejissor H.Ərəblinski, dirijor Ə.Haqver-diyev, tarda ifa etmişlər Q.Pirimov və Ş.Axundov16.

Operanın ən yüksək əhəmiyyətə malik yeni quruluşları M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən 1935-ci ildə (quruluşçu rejissor S.Dadaşov) və 1955-ci ildə (quruluşçu rejissor M.Məmmədov, dirijor H.Həsənov, rəssam İ.Seyidova) gerçəkləşdirilmişdir. Yeni orkestr redaksiyasının müəllifi N.Əliverdibəyov (1959). Opera Qafqazın, Orta Asiyanın və İranın bir sıra şəhərlərində nümayiş etdirilmişdir. Libretto bir sıra dillərə tərcümə olunmuşdur.

Opera üzərində işləyənlər

Rejissor:

H.Ərəblinski

Bəstəkar:

Ü.Hacıbəyli

Liberettonun müəllifi

Ü.Hacıbəyli

Operanın süjeti:

Məhəmməd Füzulinin eyni adlı poeması əsasında

Liberettonun dili

Azərbaycan

Dirijor:

Ə.Haqverdiyev

Premyerası

1908-ci il yanvarın 12-də

Janr:

Muğam-operası

Baş rollarda:

- Hüseynqulu Sarabski

 (Qeys – Məcnun)


- A.Fərəcov (Leyli)


- M.M.Məmmədov  

  (Qeysin atası)


- İ.Qasımov  

  (Qeysin anası)


- D.Dağıstani

(İbn Səlam)


 - Kəngərli (Zeyd)


Operanı müşayiət edib:

Tarda: Q.Pirimov və Ş.Axundov

Səhnəyə qoyulduğu yerI:

Bakıda H.Z.Tağıyev Teatrında (sonralar Ş.Qurbanov adına Dövlət Musiqili Komediya Teatrı)

Ölkə:

Flag of Azerbaijan.svg Azərbaycan