4 pərdəli, 6 şəkilli əsər: Aşıq dastanlarının motivləri əsasında. Librettonun müəllifi: Ü.Hacıbəyli. Əlyazması.
İlk tamaşası 1912-ci il mayın 18-də Bakıda Mayılov qardaşları teatrında (sonralar M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı) olmuşdur. Baş rollarda: H.Sarabski (Kərəm), Ə.Ağdamski (Əsli), M.H.Terequlov (Qara keşiş), M.M.Məmmədov (İsfahan şahı). Rejissor: H.Ərəblinski, dirijor: Ü.Hacıbəyli, xormeyster: M.H.Terequlov.
Opera M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında mühüm yer tutmuşdur. 1957-ci ildən N.Əliverdibəyovun yeni orkestr redaksiyası ilə ifa olunmuşdur. Dirijoru: Ə.Bədəlbəyli. Əsər Qafqazın, Dağıstanın, Orta Asiyanın və İranın bir çox şəhərlərində tamaşaya qoyulmuşdur. Libretto fars dilinə tərcümə olunmuşdur.
Opera üzərində işləyənlər
Rejissor:
|
H.Ərəblinski |
Bəstəkar: |
Ü.Hacıbəyli |
Liberettonun
müəllifi |
Ü.Hacıbəyli |
Operanın süjeti: |
Eyni adlı Azərbaycan xalq dastanının motivlәri üzrә yazılmışdır |
Liberettonun
dili |
Azərbaycan |
Dirijor:
|
Ü.Hacıbəyli |
Xormeyster: |
M.H.Terequlov |
Premyerası
|
1912-ci il, mayın 18-də |
Janr:
|
muğam-operası |
Baş rollarda: |
- Hüseynqulu Sarabski
(Kərəm)
- Əhməd bəy Ağdamski (Əsli)
- M.H.Terequlov
(Qara keşiş)
- M.M.Məmmədov
(İsfahan şahı)
- M.Kazımovski
(Divanə)
- və başqaları... |
Səhnəyə
qoyulduğu yerI: |
Mayılov qardaşları teatrında |
Ölkə:
|
Azərbaycan |
|
|