Üzeyir bəy Hacıbəyovun yarımçıq
qalmış operası. 4 pərdəli əsər.
1945-ci ildә yaradılırdı.
Librettosu Ü. Hacıbəyov tәrәfindәn xalq rәvayәtlәri әsasında
yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bәstәlәnmiş musiqi parçaları
arasında Firuzәnin ariyası xüsusilә diqqәtәlayiqdir. Onun musiqisi
һәzinliyi, şairanәliyi ilә fәrqlәnir. Bu ariya melodiyasının ifadәliliyi
vә oxunaqlığına görә bәstәkarın yazdığı әn gözәl opera ariyalarından
biridir.
Operanın librettosu Hacıbəyovun
"Seçilmiş әsәrlәri"nin I cildindә (B., 1964) çap olunmuşdur. Firuzәnin
ariyası Moskvada (Y. Fidlerin tәrcümәsi ilә — 1949; P. Pançenkonun
tәrcümәsi ilә — 1956) vә Bakıda (Ü. Hacıbәyov. "Seçilmiş ariyalar,
romanslar vә maһnılar" toplusu. Tәrtibçi vә redaktor Ә. Abbasov. B.,
1975) nәşr edilmişdir.
|