HARUN VƏ LEYLA
(1914)

Üzeyir bəy Hacıbəyovun altıncı, sonuncu muğam operası. 1915-ci ildә bәstәlәnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı әrәb dastanının motivlәri әsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. 5 pәrdәli idi. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Görünür, operanın musiqisi müәllifi qane etmәmiş vә o, hәmin әsәri «musiqili pyes» adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükәndiyi fikrinә gәlәn bәstәkar «Harun vә Leyla»-dan sonra muğam operası yazmamışdır.