KOROĞLU
(1936)

5 pərdəli əsər: Aşıq dastanının motivləri əsasında yazılmışdır. Librettonun müəllifi: Q.İsmayılov. Şeirlər M.S.Ordubadiyə məxsusdur.

İlk tamaşası 1937-ci il aprelin 30-da Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında olmuşdur. Baş rollarda: Bülbül (Rövşən), G.İsgəndərova (Nigar), M.T.Bağırov (Həsən xan), A.Zülalov (Ehsan paşa), B.Mustafayev (İbrahim xan), Q.Hüseynov (Həmzə bəy), Q.İsgəndərov (təlxək), M.Paşayeva (xanəndə qız). Rejissor: İ.Hidayətzadə, dirijor: Ü.Hacıbəyli, rəssam: R.Mustafayev və baletmeyster: İ.Arbatov, birinci balerina: Q.Almaszadə. “Koroğlu” operası 1941-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Libretto rus dilinə 1938-ci ildə D.Paşayev tərəfindən sətri, R.İvnev tərəfindən şeirə çevrilmiş, 1943-cü ildə isə L.Zalsman tərəfindən tərcümə olunmuşdur. 1938-ci ildə opera birinci Azərbaycan incəsənəti dekadası günlərində Moskvada nümayiş etdirilmişdir. Rejissor: İ.Hidayətzadə, dirijor: A.Həsənov. Rolları ifa edirdilər: Bülbül (Rövşən), G.İsgəndərova (Nigar), M.T.Bağırov, M.Levin (Həsən xan), A.Sultanov, V.Nikolski (İbrahim xan), İ.Eloğlu, B.Mustafayev (Ehsan paşa), 18 Not materialları mühafizə olunmamışdır. A.Anatollu, Q.İsgəndərov (təlxək), M.Paşayeva, A.Rzayev (xanəndə qız), H.Hüsey- nov (Həmzə bəy).

Əsər 1941-ci ildə İranda (M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı kollektivinin qastrol səfərində) göstərilmişdir.

1943-cü ildə opera ilk dəfə rus dilində tamaşaya qoyulmuşdur: rejissor İ.Hidayətzadə, tamaşanın musiqi rəhbəri və dirijoru Niyazi, rəssam A.Filipov, baletmeyster S.Gevorkov, xormeyster (Y.Qrossman). Rollarda çıxış edirdilər: A.Drozdov (Rövşən), M.Titarenko (Nigar), K.Knijnikov (Həsən xan), V.Nikolski (İbrahim xan), S.Nevedov (Ehsan paşa), Y.Dvorkin (Həmzə bəy), Q.İsgəndərov (təlxək), V.Fadeyeva (xanəndə qız).

1959-cu ildə opera yeni səhnə redaksiyasında ikinci Azərbaycan incəsənəti dekadası günlərində Moskvada nümayiş etdirilmişdir: dirijor Niyazi, quruluşçu rejissor M.Məmmədov, rəssam Ə.Fətəliyev. Rolları ifa edirdilər: Bülbül, L.İmanov, İ.Cəfərov, T.Əliyev (Rövşən), F.Əhmədova, R.Muradova (Nigar), A.Bünyadzadə, F.Mustafayev (Həsən xan), C.Qafarov, Q.Əliyev (İbrahim xan), F.Mehdiyev, M.Topçiyev (Ehsan paşa), K.Məmmədov, F.Mehdiyev, K.Yaqubov (Həmzə bəy), K.Məmmədov, Q.Hüseynov (təlxək), X.Qurbanova, R.Cabbarova (xanəndə qız).

1975-ci ildə (Üzeyir Hacıbəyovun 90 illiyi şərəfinə) Bakıda “Koroğlu”nun yeni quruluşu hazırlanmışdır. Dirijor R.Abdullayev, rejissor F.Səfərov, quruluşçu rəssam T.Salahov, baletmeyster Q.Almaszadə, xormeysterlər N.Məlikov, Q.Kor- yagin olmuşdur. Rolları ifa etmişlər: L.İmanov (Koroğlu), F.Əhmədova (Nigar), F.Mustafayev (Həsən xan), K.Əliyev (İbrahim xan), K.Məmmədov (Ehsan paşa), F.Mehdiyev (Həmzə bəy), H.Məmmədov (təlxək), S.Əzimi (xanəndə qız).

Koroğlu həmçinin Aşqabadda (1939, türkmən dilində), İrəvanda (1942, erməni dilində), Daşkənddə (1950, özbək dilində) opera səhnələrində tamaşaya qoyulmuşdur. .

Opera üzərində işləyənlər

Rejissor:

İ.Hidayətzadə

Bəstəkar:

Ü.Hacıbəyli

Liberettonun müəllifi:

Q.İsmayılov

Şeirlər:

M.S.Ordubadi

Rəssam:

R.Mustafayev

Baletmeyster:

İ.Arbatov

Operanın süjeti:

Aşıq dastanının motivləri əsasında

   

Dirijor:

Ü.Hacıbəyli

Premyerası

30aprel 1937

Janr:

Muğam-operası 

Rollarda:

- Bülbül

(Rövşən)


- G.İsgəndərova

(Nigar)


- M.T.Bağırov

(Həsən xan)


- A.Zülalov

(Ehsan paşa)


- B.Mustafayev

(İbrahim xan)


- Q.Hüseynov

(Həmzə bəy)


- Q.İsgəndərov

(təlxək)


- M.Paşayeva

(xanəndə qız)


Səhnəyə qoyulduğu yerI:

M.F.Axundov adına Azər-baycan Dövlət Opera və Balet Teatrında

Ölkə:

Flag of Azerbaijan.svg Azərbaycan