Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə
başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət",
"İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin"
jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar
altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli
imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik
məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik
miniatürlər dərc etdirmişdir. "Molla Nəsrəddin"
jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox
istifadə etmişdir: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa",
"Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza",
"Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən",
"Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan",
"Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi
təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən
publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin
əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından
olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində
əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı
saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və
parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.
Üzeyir Hacıbəyovun zəngin yumoristik
söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində
«Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi
yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun «Bazar
söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar
seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən
məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!»,
«Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!»
kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi
məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində
əsasən Bakı şəhər Dumasının fərsiz deputatla-rını rüsvay
edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını
nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz
«qlasnıları» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun
qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət
Duması», «Ata və oğul», «Moizə» və s.) böyük
komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə
hesab etmək olar.
Üzеyir Hacibəylinin “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal», “Yеni İqbal” qəzеtlərində dərc olunmuş publisist məqalə, hеkayə, fеlyеton və miniatürləri