ARŞIN MAL ALAN (FILM, 1917)

"Arşın mal alan" — 1917-ci ildə çəkilmiş tammetrajlı bədii film.

Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.

Film haqqında

  • Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.

  • Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurdular.

  • Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir. Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin seçmək", "Arşın mal alan", "İkisi axtardı, dördü evləndi".

  • Film Mirzəağa Əliyevin kinoda ilk işidir.

Film üzərində işləyənlər

   

Əsərin müəllifi:

Üzeyir Hacıbəyov

Quruluşçu rejissor:

Boris Svetlov

Quruluşçu operator:

Qriqori Lemberq

Filmin direktoru :

Hüseynqulu Sarabski

Rollarda:

Rollar Hüseynqulu Sarabski - Əsgər
Əhməd Ağdamski - Gülçöhrə
Ələkbər Hüseynzadə - Soltan Bəy
Yunis Nərimanov - Cahan xala
Mirzəağa Əliyev - Süleyman
Aleksandra Olenskaya - Asya
Hənəfi Terequlov - Vəli
Yeva Olenskaya - Telli
Məmməd Əlili

Janr:

Komediya

 

 


İlk baxış tarixi:


Texniki məlumatlar: 7 hissə

Müharibə

Dil:

səssiz (titrlər azərbaycancadır)

Ölkə:

Flag of Azerbaijan.svg Azərbaycan

İstehsalçı qurum:

"Filma" Səhmdar Cəmiyyəti

Filmin növü:

Tammetrajlı Bədii Film

Rəng:

Ağ-Qara

İl:

3 yanvar 1917

Texniki məlumatlar:

7 hissə
35 mm

<< Geri