-
Film
aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.
-
Film aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir.
-
Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı
operettası əsasında ekranlaşdırılmışdır.
-
Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27
milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri
olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu.
Moskva, 1966).
-
Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti
qazandırmışdır.
-
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji
tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir
göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş
etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film"
seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc
siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal
Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə
"Qızıl Siyahı" ya daxil edilmişdir. ("Oqonyok" jurnalı, № 2, Yanvar,
1996).
-
Film 136 ölkədə nümayiş etdirilmiş[1], 86 dilə tərcümə edilmişdir.
-
Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600
dəfə səhnədə bu obraza həyat vermişdir.
-
Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə
"Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə
gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil
edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş
etdirilib.
-
Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir
Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.
-
Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə
butaforiyadan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş
bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli
əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə
olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən
çəkiliş müddətinə götürülmüşdü.
-
Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.
-
Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, AtaHoldingin
dəstəyi və “Peachline” şirkətinin təkilatçılığı ilə film bərpa
olundu və rənqləndi.
-
Filmin rəngləndirilmiş yeni versiyasının ilk baxış tarixi və məkanı
10 dekabr 2013-cü il Heydər Əliyev mərkəzidir.